Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Firəngiz Rəhimbəyli (5 avqust 1958, Bakı – 16 avqust 2022, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, aktrisa.

Firəngiz Rəhimbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Firəngiz Rəhimbəyli

Firəngiz Rəhimbəyli (5 avqust 1958, Bakı – 16 avqust 2022, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, aktrisa.

Firəngiz Rəhimbəyli
Ümumi məlumatlar
Digər adı Firəngiz Rəhimbəyova
Doğum tarixi 5 avqust 1958(1958-08-05)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 avqust 2022(2022-08-16) (64 yaşında)
Vəfat yeri
  • Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Vəfat səbəbi ürək tutması
Musiqiçi məlumatları
Fəaliyyəti aktrisa, müğənni

Həyatı

Firəngiz Rəhimbəyli 5 avqust 1958-ci ildə Bakının Lökbatan qəsəbəsində dünyaya gəlib. Anası Raisa çox erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurur. Sona xanım AMEA-nın işçisi olub. Firəngizi, demək olar ki, ögey anası böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olur, toyunu edir. Hazırda uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır.

80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilir. 1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülür. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s. mahnılar ifa edir. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə "Bəxt üzüyü" filmindəki Sevda rolu gətirir.

İlk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə ABŞ-nin Los-Anceles şəhərinə köçür. Amerikaya köçüdükdən sonra qızı adını dəyişərək Reyçel adını götürür. 1999-cu ildə orada amerikalı memar Reymond Antoni ilə ailə həyatı qurub. Əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik edir və kiçik bizneslə məşğul olurdu.

2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" yenidən Seda roluna çəkilib.

O, 2022-ci il avqustun 16-sı ürək tutmasından vəfat edib. Sənətçi 6 sentyabr 2022-ci ildə Kaliforniyanın Westlake Village şəhərindəki "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib.

Filmoqrafiya

  1. Gümüşgöl əfsanəsi (film, 1984)
  2. Bəyin oğurlanması (film, 1985)
  3. Bəxt üzüyü (film, 1991)
  4. Bəxt üzüyü 2 (film, 2017)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Firəngiz Rəhimbəyli haqqında məlumat. Firəngiz Rəhimbəyli nədir? Firəngiz Rəhimbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    ISO 3166-2:ID

  • Fevral 27, 2026

    1801-ci il

  • Fevral 27, 2026

    Eucalyptus angustissima

  • Fevral 27, 2026

    Tsri

  • Fevral 27, 2026

    Roald Dal

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst