Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avalokiteşvara (sanskritcə – “varlıqlara lütfkarlıqla nəzər yetirən hökmdar”, yaxud “əziyyət çəkənlərin yalvarışlarını eşidən hökmdar”) – bütün buddların sonsuz

Avalokiteşvara

  • Ana Səhifə
  • Vikipediya
  • Avalokiteşvara

Avalokiteşvara (sanskritcə – “varlıqlara lütfkarlıqla nəzər yetirən hökmdar”, yaxud “əziyyət çəkənlərin yalvarışlarını eşidən hökmdar”) – bütün buddların sonsuz şəfqətinin təcəssümüdür, eləcə də müxtəlif mədəniyyətlərdə bir kişi və ya bir qadın kimi təmsil olunur.

Avalokiteşvara
sanskr. अवलोकितेश्वर
sanskr. 𑖀𑖪𑖩𑖺𑖎𑖰𑖝𑖸𑖫𑖿𑖪𑖨​
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dalay Lama Avalokiteşvaranın təcəssümü sayılır və Avalokiteşvaranın təşəbbüslərini mütəmadi olaraq həyata keçirir. Avalokiteşvara ümumdünya mərhəmət idealını təcəssüm etdirir və budda Amitabhanın emanasiyası sayılır.

Avalokiteşvara kultu 1-ci əsrdən başlayaraq formalaşmışdır, onu əlində hökmən şanagüllə bitkisi tutmuş dörd-altı-min əli, on bir üzü olan insan cildində təsvir edirlər. Əllər yardım diləyən hər kəsə kömək etməyə hazırlığı, başlar həyatın müxtəlif sahələrində mövcudluğu ifadə edir. Avalokiteşvara müxtəlif formalar (cəmi 32) ala, həmçinin hinduist allahlarından Brahma, Vişnu, Şiva və digərlərinin cildinə girə bilir.

Əfsanədə deyilir ki, Avalokitesvara bir zamanlar bütün canlıları sansaradan xilas etmək üçün monastır vəd vermişdi, lakin o, bu vəzifənin nə qədər çətin olduğunu başa düşəndə, başı dayanmadı və on bir hissəyə bölündü.

Avalokiteşvara şimal buddizm ölkələrində geniş yayılmışdır. Ona müxtəlif adlar altında sitayiş edirlər: Çində – Quan-şi-in, Koreyada – Kvanım, Yaponiyada – Kanon, Himalay ölkələrində və Tibetdə – Çenrezi, Monqolustanda və Rusiyanın buddist xalqlarında – Arya-Bolo (yaxud Xonşim). Avalokiteşvara yerli allahların, xüsusilə ilahələrin, Tibetdə isə canlı insanların – buddist məktəblərində ruhani başçıların (dalay-lamaların, karmapların) cildinə girir. Hesab edilir ki, Avalokiteşvara Budda Şakyamuninin nirvanası ilə gələcəyin Buddası Maytreyanın doğulması arasındakı dövrdə Yer üzünün başçısıdır.

Avalokiteşvaranın ən əsas atributlarından biri altıbucaqlı Mantra Om Mani Padme humdur, buna görə də bodhisattvanı bəzən Şadakşari ("altı hecanın Rəbbi") adlandırırlar. Təsbehlərin istifadəsi ilə bu mantranın təkrarlanması Tibet Buddizmində ən məşhur dini təcrübədir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avalokiteşvara haqqında məlumat. Avalokiteşvara nədir? Avalokiteşvara nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Kaspilər

  • Fevral 27, 2026

    Arid iqlim

  • Fevral 23, 2026

    9 iyun

  • Fevral 27, 2026

    Sloveniyalılar

  • Fevral 27, 2026

    Rupert Qrint

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst