Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəmil Fikrət oğlu Əmirov — Azərbaycan bəstəkarı, cazmen, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü

Cəmil Əmirov

  • Ana Səhifə
  • Vikipediya
  • Cəmil Əmirov

Cəmil Fikrət oğlu Əmirov — Azərbaycan bəstəkarı, cazmen, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi.

Cəmil Əmirov
Ümumi məlumatlar
Doğum tarixi 3 may 1957(1957-05-03) (68 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Fikrət Əmirov
Anası Aidə Əmirova[d]
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Janrlar caz,etno-caz
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20182018 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20062006

Mündəricat

Həyatı

Cəmil Fikrət oğlu Əmirov 3 may 1957-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun ailəsində anadan olub. 1965–1975-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb.1975–1980-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) Bəstəkarlıq fakültəsində Cövdət Hacıyevın sinifini bitirib.Daha sonra 1980–1982-ci illərdə aspirantura təhsili alıb.

Ailəsi

  • Atası Fikrət Əmirov
  • Anası Aidə Əmirova
  • Bacısı Sevil Əmirova

Əmək fəaliyyəti

  • Azərbaycan Dövlət Kamera Orkestri (1978–1983)
  • Fortepiano və klavesin ifaçısı kimi Azərbaycan Televiziya və radio Komitəsinin "Qobustan" estrada – folklor ansamblının rəhbəri (1983−1985)
  • Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1985–1989)
  • Azərbaycan Dövlət "Muğam" teatrının musiqi rəhbəri (1989−1990)
  • Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1990 – 1991)
  • Azərbaycan Dövlət Kamera Orkestrinin fortepiano və klavesin alətinin solisti
  • "Qaya" Dövlət estrada-simfonik orkestrinin musiqi rəhbəri (1991−1992)
  • Bakı şəhər Mədəniyyət idarəsinin Caz klubun rəhbəri (1992)
  • R.Babayevin rəhbərlik etdiyi "Cəngi" ansamblı (1992−1995)
  • Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi (2009-cu ildən bu günə qədər)
  • Konsert fəaliyyəti: Gənclər və tələbələrin Ümümdünya festivalı (Moskva,1985)
  • Beynəlxalq caz festivalı (Tbilisi, 1986)
  • "Gaudemus" Beynəlxalq musiqi həftəsi (Bolqarıstan-1988, Hollandiya-1989)
  • Etno musiqisinin Ümümdünya festivalı (Hamburq, 1999, Dakar, Sineqal 1993)
  • "Gülüm" layihəsinin iştirakçısı "SAVAB" ansamblının musiqi rəhbəri (Bakı, 2002)
  • Etnomusiqinin Ümümdünya festivalında "SAVAB" ansamblının musiqi rəhbəri (İstanbul, 2005)
  • Ümümdünya caz festivalı (Astana,2006)
  • Bir sıra sənədli və animassiya filmlərinə, tamaşalara, müxtəlif tərkibli ansambllar üçün instrumental musiqinin və mahnıların müəllifi

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 16 sentyabr 2006
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 27 may 2018
  • Azərbaycan Respublikası Prezidentinin mükafatı — 6 may 2016, 1 may 2017-ci ildə, 9 may 2018 10 may 2019
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2020-ci ildən

Elmi əsərləri

F.Əmirov və C.Hacıyevin həyat və yaradıcılıqları haqqında bir neçə populyar qəzet və jurnallarda məqalələri çap olunub. H.Əliyev fondu tərəfindən nəşr olunan "F.Əmirov — Ömrün səhifələri" və əsərlərindən ibarət antologiyanın müəllifidir.

Filmoqrafiya

  • Armudu (film, 1986)
  • Bir dəfə görmək... (film, 1984)
  • Dəvətnamə (film, 1989)
  • Həvəskarlar və ya peşəkarlar (film, 1987)
  • İkinci həyat (film, 1984)
  • Kədərimiz... Vüqarımız...
  • Qudyalçay (film, 2001)
  • Oktyabr və Azərbaycan (film, 1987)
  • Oyun (film, 1996)
  • Sakit Yonun macəraları (film, 1985)
  • Talada ev (film, 1986)
  • Təkəlduz (film, 1985)
  • Bahar əyləncələri (film, 1989)

Video

  • Cəmil Əmirov — Qış nağılı
  • Cəmil Əmirov və "Savab" qrupu — Laylay — Fikrət Əmirovun eyniadlı mahnısının caz improvizasiyası
  • Cəmil Əmirov və "Savab" qrupu — Fayton
  • Cəmil Əmirov və "Savab" qrupu — Talisman
  • Cəmil Əmirov və "Savab" qrupu — Tonqal
  • Cəmil Əmirov və "Savab" qrupu — Freska
  • Cəmil Əmirov — Ayrılıq
  • Cəmil Əmirov — Cıdır

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəmil Əmirov haqqında məlumat. Cəmil Əmirov nədir? Cəmil Əmirov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Diktatura

  • Fevral 27, 2026

    Vaqner

  • Fevral 27, 2026

    Georgi Plexanov

  • Fevral 27, 2026

    Ceremi Ayrons

  • Fevral 27, 2026

    Mustafa Topçubaşov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst