Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi.

Abdulla Sur

  • Ana Səhifə
  • Vikipediya
  • Abdulla Sur

Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi.

Abdulla Sur
Doğum tarixi 23 iyul 1883
Doğum yeri Gəncə, Rusiya imperiyası
Vəfat tarixi 1912 (28–29 yaşında)
Vəfat yeri Gəncə, Rusiya imperiyası
Dəfn yeri
  • Səbiskar qəbiristanlığı
Təhsili İstanbul Universiteti, 1909
Fəaliyyəti yazıçı
Vikimənbənin loqosu Abdulla Sur Vikimənbədə

Mündəricat

Həyatı

Abdulla Sur 1882-ci ildə Gəncədə anadan olub.

Təhsili

İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır.

1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır.

Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır.

Fəaliyyəti

İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.

O, Qafqazın müxtəlif mətbuat orqanlarına A. Sur, Məhəmmədzadə, Qafqasiyalı, A. Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazmışdır. "Şərqi-rus" bağlandıqdan sonra yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirir, eyni zamanda "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazır.

Çağdaşları bu yorulmaz və istedadlı gənci, həm də gülərüz, xoşxasiyyət, milətçi və bütün tələbələrinin sevimli müəllimi olaraq xatırlayacaqlardı.

1906-cl ildə Abdulla Sur İstanbula gedir. İki il yarım burada yaşayaraq, İstanbul Darülfununda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışır. Türk qəzetlərində məqalələri çap olunur. Həyatının İstanbul vaxtında ən böyük və ən önəmli əsərini "Türk ədəbiyyatına bir baxış" kitabını yazmağa başlayır. Həcmi min səhifədən artıq olan bu kitabı bitirsə də, çap etdirmir. Əlyazma halındakı kitabın çox hissəsi itmiş, yalnız ayrı-ayrı parçaları qalmışdır.

İstanbulda 1908-ci ilin noyabr ayına qədər yaşayan Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparmış, İbrahim Şinasinin "Şair evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirmişdir. Rus dilində yazılmış olan coğrafiyaya dair bir kitabı da türkcəyə çevirmişdir. Bütün bunlardan əlavə üç cildlik bir antalogiya hazırlamağa başlamışdır.

Azərbaycana qayıtdıqdan sonra Abdulla Surun vətəninin mədəniyyət həyatına daha böyük qatqısı olmuşdur. O, 1910-cu ildə Gəncədə "Ədəbiyyat və Sənət" cəmiyyəti qurmuşdu. Bu cəmiyyətin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq, onların qarşıdakı təhsillərinə kömək etmək idi. Cəmiyyət yeni ədəbiyyat və sənət əsərlərini ortaya çıxarmaq üçün müsabiqələr də təşkil edirdi.

Klassik və çağdaş Azərbaycan və Osmanlı türk ədəbiyyatının problemleri ilə davamlı şəkildə məşğul olan Abdulla Sur, dilin və üslubun sadəliyi, başa düşülən olması məsələsinə olduqca böyük önəm verirdi. Buna görə də o, əsərlərini ərəb, fars və türk dillərinin sintezindən ibarət bir dildə yazan Əbdülhaq Həmid, Tofiq Fikrət, Məhəmməd Hadi kimi görkəmli şair və yazıçıların yaradıcılığını tənqid atəşinə tutur, onların işlətdikləri süni dilin əsərlərindəki fikrin və düşüncələrin başa düşülməsinə əngəl yaratdığını iddia edirdi.

XX əsrin tanınmış şairlərindən olan Əhməd Cavad Gəncədə Abdulla Surdan ədəbiyyat dərsləri almış və təsirində qalmışdır. Sur isə Firidun bəy Köçərlini özünün müəllimi saymaqla bərabər "Azərbaycan Ədəbiyyatı" əsərinin yazılmasında ona kömək etmişdir.

Ölümü

Abdulla Sur 1912-ci il may ayının 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişmiş və Gəncə Səbiskar qəbiristanlığıda dəfn olunmuşdur.

Kitabları

  • Abdulla Sur. Fikrin karvanı. Bakı: 1984

Həmçinin bax

  • Ədəbiyyatşünaslıq

Ədəbiyyat

  • Azərbaycan ədəbiyyatı tarixi. II C.-B.: Azərnəşr, 1960.- 908 s.
  • Elçin. Fikrin karvanı.- B.: Yazıçı, 1984.- 348 s.
  • Köçərli F. Azərbaycan ədəbiyyatı. I C.- B.: Elm, 1979.- 609 s.
  • Köçərli F. Azərbaycan ədəbiyyatı. II C.- B.: Elm, 1981.- 460 s.
  • Mirəhmədov Ə. Azərbaycan ədəbiyyatına dair tədqiqlər.- B.: Maarif, 1983.- 964 s.
  • Talıbzadə K. Azərbaycan ədəbi tənqidinin tarixi.- B.: Azərnəşr, 1984.- 340 s.
  • Talıbzadə K. XX əsr Azərbaycan tənqidi.- B.: MEA, 1966.- 540 s.
  • Qasımov Cəlal. Abdulla Surun həyatı və yaradıcılığı, Bakı: "Təhsil" nəşriyyatı, 2004, — 136 s.
  • Sultanlı Vaqif. Azərbaycan ədəbi tənqidi, Bakı: Nurlar, 2019. — 312 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abdulla Sur haqqında məlumat. Abdulla Sur nədir? Abdulla Sur nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ruhlar aləmi

  • Fevral 26, 2026

    İnfeksiya

  • Fevral 27, 2026

    Ra

  • Fevral 23, 2026

    Ceyran Mahmudova

  • Fevral 27, 2026

    İlbiz

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst