Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eskimos-Aleut dil ailəsi — Eskimosların dili. Paleoasiya dillərinin eskimos-aleut qrupuna daxildir. Rusiya Federasiyasının

Eskimos-aleut dilləri

  • Ana Səhifə
  • Vikipediya
  • Eskimos-aleut dilləri

Eskimos-Aleut dil ailəsi — Eskimosların dili. Paleoasiya dillərinin eskimos-aleut qrupuna daxildir. Rusiya Federasiyasının

Eskimos-aleut dilləri
Danışanların ümumi sayı
  • təq. 85.000 nəf.
Təsnifatı
Eskimos-aleut dilləri
Dil kodları
ISO 639-5 esx
LINGUIST List eska
IETF esx
Glottolog eski1264
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

subyektlərindən Çukotka Muxtar Dairəsində, Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında, Kanadanın şimali bölgələrində və Danimarkanın muxtar adası Qrenlandiyada danışılan dil ailəsi. 102 000 nəfərlik etnik əhalidən təhmini 85 000 nəfəri anadilində danışa bilir. ISO 639 sistemində kodu esx-dir.

Çukot yarımadasında (RF), Alyaska y-anda (ABŞ), Kanada və Qrenlandiyanın arktik ərazilərində yayılmışdır. Bu dildə təqribən 120 minə qədər insan danışır. 20-yə yaxın dialekti var. Qrammatik quruluşca iltisaqi dildir. Erqativ quruluşlu sadə cümlələr geniş yayılmışdır. RF-də 1932-ci ildə latın, 1937-ci ildə isə Kirill qrafikası əsasında əlifbası tərtib edilmişdir.

Eskimos-Aleut dillərindən ən geniş yayılanı Qrenlandiya inuit dili, Şərqi Kanada inuit dili, İnyupik dili və Alyaska yupik dilidir.

Qərbi və Şərqi Kanada inuit dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir. Bu iki dili danışan əhalinin Kanadadaki rəsmi adı İnuitlər.

Eskimos-Aleut dil ailəsi

Alyaskada danışanı ən çox olan Eskimos-Aleut dili Alyaska yupik dili olub bu dildə danışan əhali 14 000 dən birəz fazladır

Mündəricat

Təsnifatı

  • Eskimos-Aleut dil ailəsi
    • Aleut qolu
      • Aleut dili (öz dilində olan adı: Unangam Tunuu)
    • Eskimos qolu
      • Sirenik eskimos dili (öz dilində olan adı: Uqeghllistun)¹
      • Yupik dilləri
        • Sirenik yupik dili¹
        • Əsl Yupik dilləri
          • Sibir yupik dili (öz dilində olan adı: Yupigestun)
          • Naukan yupik dili (öz dilində olan adı: нывуӄаӷмит)
          • Alyaska yupik dili (öz dilində olan adları: Yugtun, Yugcetun, Cugtun)
            • Çupikcə (öz dilində olan adı: Cugtun)
            • Nunivak çupikcəsi (öz dilində olan adı: Cugtun)
          • Supik dili və ya Alyutik dili (öz dilində olan adı: Sugcestun, Sugtestun və ya Alutiitstun)
      • İnuit dilləri
        • İnyupik dili və ya Alyaska inuit dili (öz dilində olan adı: Iñupiatun)
        • Qərbi Kanada inuit dili (öz dilində olan adı: Inuvialuktun)
        • Şərqi Kanada inuit dili (öz dilində olan adı: Inuktitut)
        • Qrenlandiya inuit dili və ya Qrenlandiya dili (öz dilində olan adı: Kalaallisut)

¹ 1997 ilde yox olan Sirenik yupik dilini bazıları Yupik dillerinden qabul edərkən, Menovşçikov (Меновщиков) kimi bazı dilçilər Sirenik yupik dilini Yupik dilləri dışında dutaraq Sirenik eskimos dili adı altında Eskimos dillərinin üçüncü qrupu olaraq təsnif edər.

Anadili

Alyaskada 1980 və 1992-ci illərdə, Eskimo-Aleut dillərində dannışa bilən əhali

Ayaska etnik sayı anadilində danışa bilənlərin sayı % danışa bilənlərin orta yaş həddi
1980 . . . .
Sibir Yupikləri 1.100 1.050 95 Orta nəslin çoxu və uşaqların hamısı
Alyaska Yupikləri 17.000 14.000 80 Orta nəslin çoxu və uşaqların bir qismi
İnyupikler 12.000 5.000 40 Orta nəslin çoxu və uşaqların bir qismi
Supikler 3.000 1.000 33 Orta nəslin çoxu və uşaqların bir qismi
Aleutlar 2.200 700 35 Orta nəslin çoxu və uşaqların bir qismi
1992 . . . .
Sibir Yupikləri 1.100 1.050 95 Orta nəslin hamısı və uşaqların böyük bir qismi
Alyaska Yupikləri 18.000 12.000 67 Orta nəslin hamısı və uşaqların kiçik bir qismi
İnyupiklər 13.000 4.000 31 Orta nəslin çoxu və uşaqların bir qismi
Supiklər 3.100 600 19 Orta nəslin çoxu və uşaqların bir qismi
Aleutlar 2.100 400 19 Orta nəslin çoxu və uşaqların bir qismi

Qrammatika

  • Sözlərdə üç say vardır: tək, iki, cəm (iki say yalnızca Qrenlandiya inuitçesi ile Sirenik yupikçəsində yoxdur)
  • Sözlər yalın halda çoğu zaman adlıq hal şəkilçisi alırlar :
    • tək üçün daha çox -q (Eskimos) / -x̂ (Aleut)
    • iki üçün daha çox -k (Eskimos) / -x (Aleut)
    • cəm üçün daha çox -t (Eskimos) / -n (Şərqi Aleut) -s (Qərbi Aleut)
  • Sözlər (və ya cümlələr) 4 bölümdən oluşur:
    • kök (İng. stem)
    • yapım şəkilçisi (İng. postbase)
    • çəkim şəkilçisi (İng. ending)
    • bağlaç (İng. enclitic)
  • Tamlama (isim və ya sifət) bulunmaz
  • Azərbaycan dilində iyelik tamlaması (genitive + possessive) ilə ifadə edilən (mis: adamın evi) yapılar, Eskimos-Aleut dillərində iyelik tamlaması olmadığı üçün ona yaxın başqa bir yapıyla (relative + absolutive) qurulur:
    • Aleut dili:
      • Unangam tunuu : Aleut dili
      • tayaĝum ulaa : adamın evi
      • tayaĝus hlangis : adamın oğulları
      • alaĝum qaa : dəniz balığı
      • isuĝim ajagaa : dişi suiti
      • sabaakam tutuusiki : köpəğin qulaqları
    • Alyaska yupik dili:
      • qayam paanga : kayağın ağzı
      • nunam iqua : tundranın sonu
    • İnyupik dili:
      • tuttum nagrua : Şimal maralının buynuzu
      • tuttum niaqua : Şimal maralının qafası
    • Şərqi Kanada inuit dili:
      • illuup ukkuanga : evin qapısı
      • anaanama illunga : anamın evi
    • Qrenlandiya inuit dili:
      • piniartup qajaa : ovçunun kayağı
      • Kaalip illua : Karl'ın evi
  • Eskimos dillərində masdar (infinitive) olmadığı üçün sözlüklərdə feiller ümümü olaraq üçüncü tək şahıs bildirme kipi (indicative) olaraq yeralır və ya tire (-) ile feil kökü belirtilir.

Vikipediya versiyaları

Eskimos-Aleut dillərinde Vikipediya versiyaları:

  1. İnyupik dilindeki Vikipediya versiyası : Makpiġaaq Kanna
  2. Şərqi Kanada inuit dilindeki Vikipediya versiyası : ᐊᒥᖅ
  3. Qrenlandiya inuit dilindeki Vikipediya versiyası : Saqqaa
  4. Alyaska yupik dilindeki Incubator versiyası : Ikirun

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eskimos-aleut dilləri haqqında məlumat. Eskimos-aleut dilləri nədir? Eskimos-aleut dilləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Giya Kançeli

  • Fevral 27, 2026

    Mahmud qalası

  • Fevral 27, 2026

    Kim Sunmin

  • Fevral 27, 2026

    Domeniko Çimaroza

  • Fevral 27, 2026

    Dizdar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst