Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nunivak çupikcəsi (öz adı Cugtun ; İngilis dilində Cup'ig və ya Nunivak Cup'ig, Nunivak Cux) – Alyaska'da, Nunivak adasında Nunivak çupikləri tərəfindən danışıl

Nunivak çupikcəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Nunivak çupikcəsi

Nunivak çupikcəsi (öz adı Cugtun ; İngilis dilində Cup'ig və ya Nunivak Cup'ig, Nunivak Cux) – Alyaska'da, Nunivak adasında Nunivak çupikləri tərəfindən danışılan Eskimos-Aleut dil ailəsinin Yupik dilləri qrupundan bir Eskimos dili olan Alyaska yupikcəsinin dialekti.

Nunivak çupikcəsi
Ölkələr Amerika Birləşmiş Ştatları (Nunivak adası, Alyaska)
Təsnifatı
Nunivak çupikcəsi
Dil kodları

Nunivak adasında danışılan Nunivak çupikcəsi, ada da böyük təsirə məruz qalaraq formalaşan Alyaska yupikcəsinin ən fərqli dialekti olup ayrı bir dil kimi qəbul edilmişdir və Nunivakdəki məktəbdə təlim və tədris olunur.

İndiki zamanda Nunivak çupiklərinin sayı 215 dir və ana dilində yalnız Mekoryuk qəsəbəsində yaşayan yaşlı insanlar tərəfindən danışılır; uşaqlar danışa bilmədikləri dillərini məktəbdə öyrənirlər.

Mündəricat

Təsnifatı

  • Eskimos-Aleut dil ailəsi
    • Aleut qolu
      • Aleut dili
    • Eskimos qolu
      • Sirenik eskimos dili (öz dilində olan adı: Uqeghllistun)¹
      • Yupik dilləri
        • Sirenik yupik dili¹
        • Əsl Yupik dilləri
          • Sibir yupik dili (öz dilində olan adı: Yupigestun)
          • Naukan yupik dili (öz dilində olan adı: нывуӄаӷмит)
          • Alyaska yupik dili (öz adları Yugtun, Yugcetun, Cugtun)
            • Unaliq-Pastuliq yupikcəsi  : Norton Sound bölgəsində danışılır
            • Əsl Alyaska yupikcəsi : Yukon və Kuskokvim bölgələrində danışılır (öz dilində olan adı: Yugtun, Yugcetun)
            • Egegik yupikcəsi : Bristol Bay bölgəsində danışılır
            • Çupikcə : Hooper Bay və Chevak bölgələrində danışılır (öz dilində olan adı: Cugtun)
            • Nunivak Çupikcəsi (öz dilində olan adı: Cugtun)
          • Supik dili və ya Alyutik dili (öz dilində olan adı: Sugcestun, Sugtestun və ya Alutiitstun)
      • İnuit dilləri
        • İnyupik dili və ya Alyaska inuit dili (öz adı Iñupiatun)
        • Qərbi Kanada inuit dili (öz dilində olan adı: Inuvialuktun)
        • Şərqi Kanada inuit dili (öz dilində olan adı: Inuktitut)
        • Qrenlandiya inuit dili və ya Qrenlandiya dili (öz dilində olan adı: Kalaallisut

¹yeri qəti deyil

Təhsil

Dünyada yalnız bir məktəbdə, Aşağı Kuskokvim Məktəb Bölgəsinə (LKSD Lower Kuskokwim School District) bağlı olan Mekoryuktaki məktəbdə (Nuniwarmiut School PK-12) Nunivak çupikcəsi "xarici dil" kimi öyrədilmişdir. Uşaqlar ana dillərini bilmədikləri üçün evdə danışmırlar, məktəbdə sonradan öyrənirlər. Məktəbin 32 şagirdi var. Alyaska Yerli Dil Mərkəzi tərəfindən Alyaska yupikcəsindən (Yup'ik) ayrı olaraq Nunivak çupikcəsi (Cup'ig) ilə də dərs kitabı yayımlanmaktadır.

Nunivak çupik kişisi

Tükənmə təhlükəsi

Nunivak çupikcəsinin təhlükə altındakı dillərdən olduğu Alyaska Yerli Dil Mərkəzi (ANLC) tərəfindən də təsdiq edilmişdir. Dil hər an ölü dillər siyahısına salına bilər. Michael Krauss tərəfindən 1975-ci ildə aparılan tədqiqata əsasən "bəzi uşaqlar Çupikcə danışa bilir" deyilirdi, 1982-ci ildə isə "uşaqların heç biri çupikcə danışa bilmir" nəticəsi əldə edilmişdir.

Qrammatikası

  • Sözlərdə üç say vardır: tək, iki, cəm
tək iki cəm mənası
qusngir qusngig qusngit şimal maralı
iqalluyagar iqalluyagag iqalluyagat Salvelinus malma
qay'ar qay'ag qay'at / qass'it kayak
tuutangayag tuutangayiigeg tuutangayit Branta canadensis
alpa alpag alpat Uria
qimugta qimugteg qimugtet köpək
  • Sözlər yalın halda çoğu zaman adlıq hal şəkilçisi qəbul edir: daha çok -r və ya -g
  • Sözlər (və ya cümlələr) 4 hissədən ibarət olur: kök (İng. stem), yapım şəkilçisi (İng. postbase), çəkim şəkilçisi (İng. ending), bağlaç (İng. enclitic)
  • Tamlama (isim və ya sifət) bulunmaz
  • Azərbaycan dilində yiyəlik forma (genitive + possessive) ilə ifadə edilən (mis: adamın evi) ifadəsi vardır, Eskimos-Aleut dillərində yiyəlik forma olmadığı üçün ona yaxın olan digər bir formadan istifadə edilir.relative + absolutive

Nümunə cümlələr

  • Cangacit? – Necəsən (Yaxşısanmı)?
  • Canritua – Yaxşıyam
  • Unuakukegci – Sabahın xeyir
  • Agayunerpakegcikici – Yeni iliniz mübarək olsun
  • Allrakularakegciluci-llu – Və ya yeni iliniz mübarək olsun
  • Quyana – Təşəkkürlər
  • Taqukat, maklit neqkanka – suitləri, saqqallı suitləri mənim yeməklərim
  • Quyana niicugnillua – Məni dinlədiyiniz üçün təşəkkür edirəm
  • Quyana naqluki allnganka – Yazdığımı oxuduğunuz üçün təşəkkür edirəm

Nümunə mətn:

Nunivak çupikcəsi : Tamakut cuut pilliaraat ciuliaratuut nallumteni. Cugtun ayuqellernek caumallret amllertut, culliarit. Aukwallaat kwa-i curpailemta piqullrungataat apertusciigatki-llu kwaten tauggaam tangrrumaaqluki kwangkuta pitungamta avani cuut, cullret augkut. Atamta-llu [?] piliqucullrulliningateki tamaakut ak'allaulrit nalluaput qangvaq pillrit. Tava tayim' cami pillrit niicuitaput.
Orijinal mətn (ing.)
Our ancestors made those before we were even born. There are many of those people-faced figures, the ones they made. Those are very ancient and were carved way before we were born and people in the time we were young could not talk about them because they did not know of them. But they were made and how old exactly they are is not known about. We never hear when they have made those or what year.

Ədədlər

Yukon-Kuskokwim
yupikcəsi
Hooper Bay-Chevak
çupikcəsi
Nunivak
çupikcəsi
mənası
atauciq atauciq ataucir 1
malruk malruk malzrug 2
pingayun pingayun pingayun 3
cetaman citaman cetaman 4
talliman talliman talliman 5
arvinglegen / arvinelgen arvinelgen arwinleg 6
malrunlegen / malrunelgen malrunelgen malzrunleg 7
pingayunlegen / pingayunelgen pingayunelgen pingayunleg 8
qulngunritaraan qulngunritaraq qulngunrita’ar 9
qula / qulen qula qula 10
qula atauciq qula atauciq qula-ataucir 11
qula malruk qula malruk qula-malzrug 12
qula pingayun qula pingayun qula-pingayun 13
akimiarunrita’ar akimiarunritaraq akimiarunrita’ar 14
akimiaq akimiaq akimiar 15
akimiaq atauciq akimiaq atauciq akimiar ataucir 16
akimiaq malruk akimiaq malruk akimiar malzrug 17
akimiaq pingayun akimiaq pingayun akimiar pingayun 18
yuinaunrita’ar cuinaunritaraq cuinaunrita’ar 19
yuinaq cuinaq cuinar 20
yuinaq qula / yuinaq qulen cuinaq qula cuinar-qula 30
yuinaak malruk / malruk ipiaq (Yukon) malruk ipiaq malzrug-ipiar 40
yuinaak malruk qula malruk ipiaq qula . 50
yuinaat pingayun / pingayun ipiaq pingayun ipiaq pingayun ipiar 60
yuinaat pingayun qula pingayun ipiaq qula . 70
yuinaat cetaman citaman ipiaq cetaman-ipiar 80
yuinaat cetaman qula citaman ipiaq qula talliman ipiar qula 90
yuinaat talliman talliman ipiaq talliman ipiar 100
tiissitsaaq tiititsaaq / tiissitsaaq tiisiss'ar 1.000
qulen tiissitsaat . . 10.000
yuinaat talliman tiissitsaaq . . 100.000
miilicaaq . . 1.000.000
tiissitsaaq miilicaaq . . 1.000.000.000

Rus dilindən keçmiş bəzi sözlər

Rus Amerikası dövründə (1733 – 1867) 1821 ilində ilk dəfə Ruslarla və Ruscayla qarşılaşan Yupiklərin dillərində Rusca alıntılar indiki vaxtda da canlılığını davam etdirər:

  • caarralar (< Rus. сахар) 'şəkər'
  • caayu (< Rus. чай) 'çay'
  • cainig (< Rus. чайник) 'çaydan'
  • cap'akir ( < Rus. сапоги) 'bot, poti'
  • cass'ar (< Rus. часы) 'saat'
  • culunar (< Rus. солонина ?) 'duzlu balıq'
  • kelipar (< Rus. хлеб) 'çörək'
  • maslar (< Rus. масло) 'kərəyağı'
  • miss'ug (< Rus. мешок) 'bag; çuval'
  • mulut'ug (< Rus. молоток) 'çəkic'
  • paltug (< Rus. пальто) 'palto'
  • pelatekar (< Rus. палатка) 'çadır'
  • putuskar (< Rus. подушка) 'yastıq'
  • tiisiss'ar (< Rus. тысяча) 'min'
  • yaassig : (< Rus. ящик) 'qutu'

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nunivak çupikcəsi haqqında məlumat. Nunivak çupikcəsi nədir? Nunivak çupikcəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İon adaları

  • Fevral 27, 2026

    Carduoideae

  • Fevral 28, 2026

    Nikolayevka (Bakalı)

  • Fevral 27, 2026

    IV Murad

  • Fevral 27, 2026

    Sibir yupikləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst