Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mahmud qalası — Masallı rayonu Mahmudavar kəndində yerləşmişdir. Qala orta əsr abidəsi hesab olunur. Qalanın sahəsi təxminən 4-5 hektar, hündürlüyü isə 6-7 metr

Mahmud qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Mahmud qalası

Mahmud qalası — Masallı rayonu Mahmudavar kəndində yerləşmişdir. Qala orta əsr abidəsi hesab olunur. Qalanın sahəsi təxminən 4-5 hektar, hündürlüyü isə 6-7 metr olmuşdur.

Mahmud qalası
Yerləşir Mahmudavar, Masallı rayonu
Tikilmə tarixi orta əsr
Üslubu şəhər tipli qala
Vəziyyəti xarabalıqları qalıb
38°54′40″ şm. e. 48°41′16″ ş. u.HGYO
Xəritə

Tarixi

Mahmudavar kəndi ərazisində orta əsrə aid şəhər tipli qala olmuşdur. Qalanı Mahmud adlı bir feodal inşa etmişdir. Mahmud çox nüfuzlu bir şəxsiyyət olmuşdur. Kəndin adı burada mövcud olan çay, istil və qalanın bu günədək Mahmudla bağlı səslənməsi fikrimizi sübuta yetirir. Mahmud qalası haqqında mətbuatda ilk dəfə 1965-ci ildə tədqiqatçı-tarixçi Əbdülrza Əhmədov məlumat vermişdir. Onun fikrincə "İndi xarabalıqları görünən Mahmud qalası orta əsrdə tikilmişdir. Ümumi sahəsi 3-4 hektar olan bu qala torpaq divardan və qala ətrafı xəndəkdən ibarətdir. Xəndəyin bəzi yerlərinin eni 3-4 metrdən çoxdur. Düşməndən qorunmaq asan olsun deyə qalanın ətrafındakı xəndək su ilə doldurularmış. Yaşlı kənd sakinlərinin öz ata-babalarından eşitdiklərinə görə, qala divarları əvvəllər çox hüdür olmuş, kənardan baxanlar qalanın içərisində olan evləri və ağacları görməmişlər" ("Tarix, içtimaiyyət, coğrafiya tədrisi", jurnalı, səh. 64, N2, buraxılış 1965)

Mahmud qalasının tarixini öyrənmək məqsədi ilə 1989-cu ildə AMEA-nın Tarix İnstitutunun arxeoloqları Mahmudavar kəndinə gələrək Mahmud qalasında olmuş, kənddə bir neçə kurqan yeri müəyyən etmiş və Mahmudavarın arxeoloji xəritəsini tərtib etmişlər. Tarix üzrə fəlsəfə dotoru, arxeoloq Abuzər Ələkbərov Mahmud qalasını belə səciyyələndirmişdir: “Mahmudavar orta əsrlərdə şəhər olmuşdur. Orta əsr şəhər qalaları üçün səciyyəvi olan bütün əlamətlər bu qalada öz əksini tapmışdır. Qala divarları burada müdafiə olunmaq məqsədilə xüsusi xəndəklə əhatə olunmuşdur. Qala daxilində və ətrafında aşkar edilən orta əsrlərə aid müxtəlif keramika nümunələri göstərir ki, qala şəhərin bir hissəsi olmuş və onun mərkəzində yerləşmişdir. Çox güman ki, qala buranın bünövrəsini qoymuş Mahmud xana məxsus imiş. Şəhərin xüsusi qəbiristanlığı olması faktı da fikrimizi təsdiq edə bilər. Şəhər sonralar tənəzzülə uğrasa da, qalıqları indiyədək qalır”

Mahmud qalasından ayrı-ayrı vaxtlarda çoxlu pul və silah nümunələri, bəzək şeyləri, əmək alətləri, dulusçuluq məmulatları tapılması buranın mühüm yaşayış məntəqəsi olmasını bir daha təsdiq edir. Mahmud qalasından bu gün əsər-əlamət qalmamışdır. Qala dağıdılmış, onun xarabalıqları həyətyanı torpaq sahəsi kimi camaata paylanmış, burada yaşayış evləri tikilmişdir. Mahmud qalası ərazisinin həyətyanı torpaq sahəsi kimi paylanması tariximizin müəyyən bir dövrünü özündə yaşadan daha bir abidəmizin məhvinə gətirib çıxarmışdır. İndi də kənd sakinləri qala daxilindəki əraziyə "Ğələ" (Qala), burda yaşayanlara isə "ğələvoj" (qalalı) deyirlər.

Həmçinin bax

Mahmudavar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mahmud qalası haqqında məlumat. Mahmud qalası nədir? Mahmud qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Ənvər Qasımzadə

  • Fevral 27, 2026

    Əməliyyat sistemləri

  • Fevral 27, 2026

    Folk

  • Fevral 26, 2026

    Şərif

  • Fevral 27, 2026

    Maliyyə nəzarəti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst