Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mi

Dəyirman (qrup)

  • Ana Səhifə
  • Vikipediya
  • Dəyirman (qrup)

Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi.

Dəyirman
Əsas məlumatlar
Üslub Hip-hop
Fəaliyyət illəri 1999–2010
Ölkə Azərbaycan
Şəhər Bakı
Dil Azərbaycan dili
Leybl VVS-records
Dəyirman Production
Heyət Miri Yusif
ABD Malik
L-Mir
Keçmiş üzvlər Anar Abdulla

"Dəyirman" 1996-cı ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib.

Mündəricat

Tarixi

Qrupun yaranması

Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar. Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi. Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi.

1995-ci ildə yaranan "G. G. G. Aіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi. Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi.

Populyarlıq qazanması

"Dəyirman" 1996-cı ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Mahnının sözləri Ozan Arifə, musiqisi Aytən İsmixanova və ABD Malikə aiddir. Mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.

2000-ci illər

"Az@rimeyk" adlanan alboma vokal yazmağa daha sonra musiqi akademiyasının tələbəsi olan Leyla Əliyeva dəvət olundu. 2000-ci il aprelin 22-də Leylanın iştirak etdiyi "Sarı gəlin" mahnısının versiyası "İlin ən yaxşı video klipi" nominasiyasında Azərbaycanın ictimai Humay mükafatına layiq görülmüşdür. Anar və Elmir 2004-cü ildə Rusiya rep sənətçiləri ilə əlaqələr qurmaq üçün Moskvaya gəlsələr də, Anar qəzaya uğradığından, əməkdaşlıq alınmadı.

"Dəyirman" 2006-cı il noyabrın 29-da Londonun "İSİS" klubunda London azərbaycanlılarının cəmiyyətinin dəvəti ilə çıxış edib.

Qrup 2007-ci il martın 18-də Moskvada "Azərbaycan" mədəniyyət və təhsil mərkəzi tərəfindən təşkil edilmiş "Qırmızı baharlı Novruz" adlı xeyriyyə konsertində iştirak etmişdir.

"Dəyirman" 2008-ci ilin yayında öz dəb xəttini (hansına ki, cinslər və mahnıların sözləri ilə yazılmış köynəklər daxil idi) açmağa hazırlaşırdı. "Dəyirman" uğurlu olsa da, qrupun əsas gəliri, musiqi ilə əlaqəli olmayan kommersiya fəaliyyətlərindən gəlirdi: Elmir və Malik reklam işində özlərini sınamağa qərar verdilər, Miri Yusifin isə klub-restoranın sahibi idi.

2010-cu illər

2010-cu ildə "Dəyirman" və ABŞ-nin sosial mövzularda yaradıcılığı ilə tanınan rep ifaçısı Toni Blekmen "Xocalıya Ədalət" rep mahnısını yazmışdırlar. Mahnının aranjimançısı Qremmi mükafatına sahib olan Qordon Vilyams idi. Klipin çəkilişləri Şəhidlər Xiyabanında, Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə aparılmışdır. Mahnıda müasir rep ritmləri ilə yanaşı Azərbaycan milli musiqisinin elementləri — muğam və balaban musiqisindən də istifadə edilmişdir.

Qrup 2010-cu il aprelin 11-də Bakının Buta Palace səhnəsində repçi 50 Cent-in "Before I Self Destruct" albomunun promo-turunda da iştirak edib. 2010-cu il mayın 21-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Dəyirman" qrupunun 10 yaşı münasibətilə Yaşıl Teatrda konserti keçib. Konsertdə ötən illər ərzində qrupun ifa etdiyi ən yaddaqalan və sevilən, həmçinin yeni albomlarından olan mahnılar yer alıb.

"Dəyirman" 2011-ci il avqustun 28-də Bakı Caz Mərkəzində Maykl Ceksonun anım gecəsində iştirak edib.

Qrupun heyəti

  • Miri Yusif (Mir Yusif Mirbabayev)
  • ABD Malik (Malik Kələntərli)
  • L-Mir (Elmir Məhərrəmov)

Keçmiş üzvlər

  • Anar Abdulla

Diskoqrafiya

"Dəyirman"ın diskoqrafiyasına 6 studiya albomu daxildir.

Studiya albomları
Ad İl Qeyd
Az@rimeyk 2000
Trek siyahısı
№BaşlıqMüddət
Qurd 2001
Trek siyahısı
№BaşlıqYazar(lar)Müddət
1."İntro"Dəyirman0:26
2."Ya Qarabağ, Ya Ölüm"Ozan Arif5:45
3."Mama"Emin Əfəndi4:02
4."Toppuş qızlar"Emin Əfəndi4:57
5."Avtoş"Miri Yusif3:54
6."Qurd"Emin Əfəndi3:07
7."Baku"Emin Əfəndi3:55
8."Uşaq nəğməsi" (feat. Səyyah)Emin Əfəndi4:10
9."Türk türkə dəstək" (feat. Maho B)Maho B, Emin Əfəndi4:02
10."L-günü" (feat. Samirə Allahverdiyeva)L-Mir4:56
11."Pul tap ver"Emin Əfəndi2:49
12."Avtoş 2"Miri Yusif4:35
13."Yeri var"Emin Əfəndi4:08
14."Külək"Şamil3:04
15."Outro"Dəyirman1:19
Gözümüz sözdür 2002
Trek siyahısı
№BaşlıqMüddət
Corc Buş haralıdır? 2004
Trek siyahısı
№BaşlıqMüddət
Atmosfer 2006
Trek siyahısı
№BaşlıqMüddət
1."Gəlmədin" (feat. Röya)4:36
2."Atmosfer"4:36
3."Cibdə varsa pul" (feat. Elnarə Xəlilova)4:35
4."Kor korrupsiya"3:26
5."Dərəbəylik"5:01
6."Arsız" (feat. Şirin)3:48
7."Bas-a-bas" (feat. Clan-a-Plan)5:40
8."Geydirmə" (feat. Şirin)3:36
9."Yetim" (feat. Maestro Ceyhun)3:05
10."Bakı, Bakı" ("Məhəllə" soundtrack)4:06
11."Oyuncaq"2:55
12."Həsr olunur"2:54
13."Next" (feat. Elşad Xose)3:15
14."Guantanamera" (feat. Chuck Norris)4:16
Bərk sürən 2008
Trek siyahısı
№BaşlıqMüddət

Videoqrafiya

Say Klip
01 Sarı Gəlin ft. Leyla
02 Ya Qarabağ, Ya Ölüm
03 Narko
04 25& ft. Züleyxa Akçurina
05 I'll see you… (duet Coolio & Elşad Xose)
06 Cibdə Varsa Pul (duet Elnarə Xəlilova)
07 Gəlmədin (duet Röya)
08 Bərk Sürən
09 Malena
10 Milyonerlər Məhəlləsi
11 Justice For Khojaly Tony Blackman

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəyirman (qrup) haqqında məlumat. Dəyirman (qrup) nədir? Dəyirman (qrup) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nəsil

  • Fevral 27, 2026

    Qardaş

  • Fevral 27, 2026

    Mamayı məhəlləsi

  • Fevral 27, 2026

    Yoğurt

  • Fevral 27, 2026

    Şamaxı şəhəri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst