Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dekadentçilik və ya Dekadans (fr. decadent — düşük, depressiya) — fransız sözü olub, tənəzzül, düşkünlük mənasında işlənir. XIX əsrin sonu, XX əsrin əvvəllərind

Dekadentçilik

  • Ana Səhifə
  • Vikipediya
  • Dekadentçilik

Dekadentçilik və ya Dekadans (fr. decadent — düşük, depressiya) — fransız sözü olub, tənəzzül, düşkünlük mənasında işlənir. XIX əsrin sonu, XX əsrin əvvəllərində ədəbiyyat və incəsənətin vəziyyətini ümumi xarakterizə etmək üçün istifadə olunan termin. XX əsrin birinci yarısında ona sinonim olan "fin de siecle" (fr. Əsrin sonu"), "Jahrhundertwende" (alman dilində "əsrin dəyişməsi"), "Avropanın qürubu", "Avropa gecəsi", "mədəniyyət böhranı" və s. anlayışlar işlənirdi. Termin 1830-cu illərdə Fransada meydana gəlmiş, əvvəlcə romantik incəsənət tənqidçiləri tərəfindən istifadə olunmuşdur. 1780-ci illərdə yayılmağa başlamışdır (Qonkur qardaşları, Pol Verlen və başqaları). Yazıçılardan Aleksandr Aleksandroviç Blok, Pol Verlen, Knut Hamsun, S.George, Zinaida Qippius, Karl Huismans, Q.D.Annunsio, Uilyam Batler Yeyts, Stefan Mallarme, Moris Meterlink, Dmitri Merejkovski, Avqust Strindberq və Oskar Uayldın; bəstəkarlardan Klod Debüssi, Aleksandr Skryabin, Arnold Şönberq və Riçard Ştrausun; rəssamlardan Leon Bakst, Arnold Böklin, Q.Moro, Qustav Klimt, Odilon Redon, Pyer Püvi de Şavann və başqalarının yaradıcılığında dekadent üslubunun xüsusiyyətləri meydana gəldi .

Dekadans üslubunun yaradıcıları köhnə, akademik sənət növlərinə qarşı çıxır, müasir insanın dünyagörüşünü ifadə etmək üçün yeni formalar axtarırdılar. Bu dövrün əsərləri ümidsizlik, bədbinlik, həyatdan imtina, həddindən artıq subyektivlik (oxşar, meylli, şok edici formulalar və kliklərlə - üslub cihazları, plastiklər, kompozisiya konstruksiyaları, vurğu və s.) ilə seçilirdi. Ümumiyyətlə, cəmiyyətdən uzaqlaşma, gündəlik həyata nifrət (taedium vitae) dekadentliyin xarakterik xüsusiyyətləri kimi qəbul edilir və bu üslub nümayəndələrinin yaradıcılığı reallıqdan uzaq sənət poetikası olub, məzmuna deyil, formaya üstünlük verirdilər.

Fridrix Nitsşenin sayəsində termin kulturoloji məna kəsb etmişdi. Dekadans xristian Avropasının ümumi böhranı, İntibah dövründən sonrakı fərdiyyətçilik ilə eyniləşdirilirdi. XX əsrdə dekadans anlayışı yardıcılığın təyinatı haqqında polemikalara səbəb oldu, bu zaman yaxın terminlərlə bir sırada qeyri-ardıcıl işlənirdi (simvolizm; Almaniya və Avstriya-Macarıstanda — modern; Fransada — avanqard; Böyük Britaniya və ABŞ-də — modernizm). XX əsrdə xarici ölkələrdəki marksizm (V.Benyamin, B.Brext, T.Adorno) sovet ideologiyasında dekadansın böhranı haqqında formalaşmış fikirlərə şərik çıxırdı. XX əsrin mədəniyyət modelini modernizm konsepti əsasında quran 1950-70-ci illərin ingilis-alman humanitarları (L.Trillinq, İ.Xay, M.Bredberi və başqaları) üçün dekadans XX əsr ədəbiyyatı və incəsənətində tamamilə təsdiqini tapan, romantizmin aşkar etdiyi normativdən kənar yaradıcılıq təcrübəsinin inkişaf mərhələsi idi. Azərbaycan ədəbiyyatında dekadans termini ilk dəfə 1907-ci ildə Əli bəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunan "Füyuzat" jurnalında işlənmişdir. Əlipaşa Səbur, Əliabbas Müznib, Ümmügülsüm və Səməd Mənsurun yaradıcılığında dekadans təzahürlərinə rast gəlinir.

Ədəbiyyat

  • The fin de siecle: a reader in cultural history, 1880-1900/Oxf., 2000.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dekadentçilik haqqında məlumat. Dekadentçilik nədir? Dekadentçilik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    22 may

  • Fevral 28, 2026

    Tənbur

  • Fevral 27, 2026

    Maykl Kollins

  • Fevral 27, 2026

    Teofrast

  • Fevral 27, 2026

    Hokkaydo

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst