Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Simvolizm (fr. symbolisme, yun.-symbolon-işarə, rəmz) — XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında cərəyan.

Simvolizm

  • Ana Səhifə
  • Vikipediya
  • Simvolizm

Simvolizm (fr. symbolisme, yun.-symbolon-işarə, rəmz) — XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında cərəyan.

Huqo Simberq Yaralı mələk

Simvolizm realizm epoxasının tərkibində bir cərəyan kimi XIX əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmışdır. Simvolistlər naturalizmin ifratlığından qaçmaq üçün həyat faktına qarşı simvolu (ümumiləşdirməni) qoyurdular. Naturalizmi isə bayağı görürdülər. Sözlə təsvir olunmuş həyat faktı da simvola çevrilir. Lakin o zaman bu cəhətə əhəmiyyət vermirdilər, çünki semiotika hələ kifayət qədər yayılmamışdı. Simvolizm deyəndə həyat həqiqətlərini simvol dərəcəsində ümumiləşməyə üstünlük verən və konkret tarixi dövrdə aktual olmuş bir realist fikir və yaradıcılıq məktəbi nəzərdə tutulur.

Simvolizm bütün Qərbi Avropa ədəbiyyatlarında – Fransada – S.Malarme və Artur Rembo, Belçikada – Emil Verxarn, Almaniyada – Q.Qauptman, İngiltərədə Oskar Vayld və s. sənətkarların əsərlərində özünü göstərmişdir. Simvolluq ədəbi obrazın, sözün təbiətindədir, ona görə bundan ifadə vasitəsi kimi ədəbiyyatda ən qədim vaxtlardan və bütün ədəbiyyatlarda az-çox istifadə edilmişdir. Simvol funksiyasında sözdən başqa heyvan obrazları, təbiət hadisələri, predmetlər, insan hərəkətləri, şəkil və heykəllər və s. də çıxış edə bilir. Məsələn, nağıl və təmsillərdə heyvanlar insanların simvolu kimi göstərilir. Və ya sufi poeziyanın obraz sırası başdan başa rəmzi və simvolikdir. Bu baxımdan XIX əsrin sonlarına xas simvolizmi həm də müəyyən spesifik realist obrazlılıq nəzəriyyəsinin bir şəkli saymaq olar.

Tortonadan gələn rəssam Cesare Saccaggi'nin simvolik əsəridir.
Tortonadan gələn rəssam Cesare Saccaggi'nin simvolik əsəridir.

Simvolistlərdə insan obrazları həyat faktından daha çox müəyyən ideyaların ədəbi illüstrasiyası kimi verilir. Azərbaycan ədəbiyyatında simvolizm cərəyan kimi olmayıb, amma XX əsrin əvvəllərinin müəyyən əsərlərində öz aşkar təsirini qoyub. Məsələn, Cəlil Məmmədquluzadə "Ölülər" pyesində simvolik ümumiləşmədən istifadə edib. Fanatizmə təslim olmuş müsəlmanlar mənəvi ölülük rəmzi kimi verilir. Bu, fikri simvollaşdırmaq formasıdır. Hüseyn Cavidin "İblis" dramı da simvolik təsvir üsulu ilə yaradılmışdır. Əsərin adına çıxarılmış iblis obrazı insanın simvolu kimi verilir. Hər iki fakt Azərbaycan ədəbiyyatına Qərb simvolizminin təsiri kimi qiymətləndirilə bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Simvolizm haqqında məlumat. Simvolizm nədir? Simvolizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Elm

  • Fevral 27, 2026

    Oksford

  • Fevral 27, 2026

    Kimyəvi termodinamika

  • Fevral 25, 2026

    Avtotroflar

  • Fevral 27, 2026

    Mişarçay

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst