Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Klod Debüssi (fr. Achille-Claude Debussy [aʃil klod dəbysi]); 22 avqust 1862[…], Sen-Jermen-an-Le, Sena-i-Uaza[d], İkinci Fransa İmperiyası – 25 mart 1918[…], P

Klod Debüssi

  • Ana Səhifə
  • Vikipediya
  • Klod Debüssi

Klod Debüssi (fr. Achille-Claude Debussy [aʃil klod dəbysi]); 22 avqust 1862[…], Sen-Jermen-an-Le, Sena-i-Uaza[d], İkinci Fransa İmperiyası – 25 mart 1918[…], Parisin 16-cı dairəsi[d], Üçüncü Fransa Respublikası) —fransız bəstəkarı, musiqidə impressionizmin aparıcı nümayəndəsi.

Klod Debussi
fr. Achille-Claude Debussy
fr. Claude Debussy
Ümumi məlumatlar
Doğum adı Claude Achille Debussy
Doğum tarixi 22 avqust 1862
Doğum yeri Sen-Jermen-an-Le, Fransa Fransa
Vəfat tarixi 25 mart 1918 (55 yaşında)
Vəfat yeri Paris, Fransa Fransa
Vəfat səbəbi kolorektal xərçəng
Dəfn yeri
  • Passi qəbiristanlığı[d]
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti Fransız
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Fəaliyyət illəri 1877 — 1918
Janrlar opera, klassik musiqi
Musiqi aləti piano
Təhsili
  • Paris Konservatoriyası
Üzvlüyü
  • İsveç Kral Musiqi Akademiyası[d]
Mükafatları "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1903
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Klod Debüssi 22 avqust 1862-ci ildə anadan olmuşdu.1872-ci ildə 10 yaşlı Debüssi Paris Konservatoriyasına daxil olur. İlk əsərlərindən simfonik oda “Zuleyma” (Heynenin şeirləri əsasında), 2 hissəli xor və orkestr üçün “Bahar” süitası, sonralar isə “Rodriqo və Ximena”, “Pelias və Melizanda”, “Məhəbbətin cinayəti” operaları, “Kamma”, “Oyunlar”, “Oyuncaqlarla dolu taxta” baletləri, Simfoniya (1880-1881), “Triumf Vakxa” süitası (1882), 3 noktyürn (“Buludlar”, “Bayramlar”, “Sirenalar”), arfa və simlilər üçün 2 rəqs, Prelüdiyalar (1891-1894), fortepiano triosu, simli kvartet, violonçel və fortepiano üçün Sonata (1915), skripka və fortepiano üçün Sonata (1916-1917), Qaraçı rəqsləri. Mazurka, “Berqamask süitası”, “Romantik vals”, “Obrazlar”, “Estamplar” süitası, “Ağ və qara” 3 pyesləri aiddir.

Piano bəstələri tarixində ən önəmli bəstəkarlardan sayılan Debüssi impresionistlərin və simvolistlərin ideallarını və məqsədlərini musiqiyə daşıyıb. O ondan öncə gələn bəstəkarlar tərəfindən hazırlanmış klaviatura qaydalarını rədd eləyib, yeni texnikalar və səs effektləriini inkişaf etdirib. Debüssinin bəstəkarlığı XX əsr musiqisinə dərindən təsir edib.

Debüssi musiqisinin obrazlar aləmi olduqca zəngin və çoxşaxəlidir. Məsələn, fortepiano üçün bəstələnmiş "Prelüdlər" məcmuəsindən "Qar üstə addımlar" pyesini dinləyərkən biz sanki tənha səyyahla rastlaşır, onun qapıldığı ümidsizlik, yalqızlıq hisslərini varlığımızla duyuruq; "Saçı kətan rəngli qız" əsəri gözlərimiz önündə incə, gül tək zərif qadın surəti canlandırır; "Qərbdən əsən külək nələr görüb" pyesi dənizin ənginliklərində baş vermiş faciəvi hadisələrin əks-sədası kimi səslənir; "Batmış kilsə" prelüdündə bəstəkar uzaq keçmişdə batmış və hərdən zəng səslərinin müşayiəti ilə dalğalardan qalxan İs şəhəri haqqında qədim fransız əfsanəsinə müraciət edir.

Debüssinin ən çox ifa olunan nümunələrindən parlaq, bayram əhval-ruhiyyəli "Sevinc adası" pyesi, eləcə də "Berqamas süitası" fortepiano üçün yazdığı əsərlər sırasında xüsusi qeyd olunmalıdır. Debüssinin ən məşhur simfonik əsəri musiqidə impressionizmin manifesti sayılan "Bir favnın axşamçağı yuxusuna prelüd"-ündə antik mifologiyada rast gəldiyimiz çöl, dağ və meşə allahının obrazı təsvir olunur. Bu pyesdə, eləcə də "Noktürnlər", "Dəniz" simfonik əsərlərində Debüssi üslubunun səciyyəvi cəhətləri - melodikanın qeyri-müəyyən, sanki dumanlı xarakteri, harmoniyanın rəngarəngliyi, orkestrin parlaq və eyni zamanda şəffaf səslənməsi qabarıq şəkildə müşahidə olunur.

Debüssi yeganə "Pelleas və Melizanda" operasında Belçika yazıçısı Moris Meterlinkin məhəbbət mövzusunda yazdığı faciəvi hekayəsinə müraciət edib. Fransız dilinin damşıq intonasiyalarını vokal melodiyada özünəməxsus tərzdə əks etdirən bu əsəri Debüssinin müasirləri layiqincə qiymətləndirmədiklərindən bəstəkar opera sahəsindəki yaradıcılıq axtarışlarım dayandırır. Debüssinin uşaqlar üçün bəstələdiyi əsərlər: "Uşaq guşəsi" fortepiano süitası, "Oyuncaqlar qutusu" baleti də bəstəkar irsinin ən gözəl, dəyərli incilərindəndir. Klod Debüssinin incə, zərif, yüksək zövqlü, poetik musiqisi dünya musiqi salnaməsinə əbədi daxil olmuşdur.

Klod Debüssi 25 mart 1918-ci ildə Paris şəhərində vəfat edib.

Ədəbiyyat

  • Альшванг А. Клод Дебюсси, М., 1935;
  • Альшванг А. Произведения Клода Дебюсси и М. Равеля, М., 1963
  • Розеншильд К. Молодой Дебюсси и его современники, М., 1963
  • Мартынов И. Клод Дебюсси, М., 1964
  • Кремлев Ю. Клод Дебюсси, М., 1965
  • Сабинина М. Дебюсси, в книге Музыка XX в., ч. I, кн. 2, М., 1977
  • Яроциньский С. Дебюсси, импрессионизм и символизм, пер. с польск., М., 1978
  • Дебюсси и музыка XX в. Сб. ст., Л., 1983
  • Денисов Э. О некоторых особенностях композиционной техники К. Дебюсси, в его кн.: Современная музыка и проблемы эволюции комп. техники, М., 1986
  • Barraque J. Claude Debussy, Р., 1962
  • Golaa А. С. Debussy, I’homme et son oeuvre, P., 1965
  • Golaa А. С. Claude Debussy. Liste complete des oeuvres…, P.— Gen., 1983
  • Lockspeiser E. Debussy, L.—[a. o.], 1980.
  • Hendrik Lücke: Mallarmé — Debussy. Eine vergleichende Studie zur Kunstanschauung am Beispiel von «L’Après-midi d’un Faune». (= Studien zur Musikwissenschaft, Bd. 4). Dr. Kovac, Hamburg 2005, ISBN 3-8300-1685-9.
  • Jean Barraqué, Debussy (Solfèges), Editions du Seuil, 1977. ISBN 2-02-000242-6
  • Roy Howat, Debussy in Proportion: A musical analysis, Cambridge University Press, 1983. ISBN 0-521-31145-4
  • Rudolph Reti, Tonality, Atonality, Pantonality: A study of some trends in twentieth century music. Westport, Connecticut: Greenwood Press, 1958. ISBN 0-313-20478-0.
  • Jane Fulcher (Editor), Debussy and His World (The Bard Music Festival), Princeton University Press, 2001. ISBN 0-691-09042-4
  • Simon Trezise (Editor), The Cambridge Companion to Debussy, Cambridge University Press, 2003. ISBN 0-521-65478-5

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Klod Debüssi haqqında məlumat. Klod Debüssi nədir? Klod Debüssi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Orta Şərq

  • Fevral 27, 2026

    Oşo

  • Fevral 27, 2026

    Çinaryarpaq ağcaqayın

  • Fevral 27, 2026

    Tənəffüs

  • Fevral 24, 2026

    Saronikos

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst