Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qustav Klimt (alm. Gustav Klimt‎; 14 iyul 1862[…] – 6 fevral 1918[…], Vyana, Avstriya-Macarıstan[…]) — avstriyalı simvolist rəssam və Vyana sesession cərəyanını

Qustav Klimt

  • Ana Səhifə
  • Vikipediya
  • Qustav Klimt

Qustav Klimt (alm. Gustav Klimt‎; 14 iyul 1862[…] – 6 fevral 1918[…], Vyana, Avstriya-Macarıstan[…]) — avstriyalı simvolist rəssam və Vyana sesession cərəyanının görkəmli nümayəndələrindən biridir. Klimtin yaradıcılığı rəsm əsərləri, monumental rəsm, eskiz və başqa incəsənət növləri ilə tanınır. Klimtin əsas mövzusu qadın bədəni idi.

Qustav Klimt
alm. Gustav Klimt‎
Doğum adı Gustav Klimt
Doğum tarixi 14 iyul 1862(1862-07-14)[…]
Vəfat tarixi 6 fevral 1918(1918-02-06)[…] (55 yaşında)
Vəfat yeri
  • Vyana, Avstriya-Macarıstan[…]
Vəfat səbəbi insult
Dəfn yeri
  • Hitsinq qəbiristanlığı[d]
Uşaqları İfadə xətası: tanınmayan ifadə "o".
Fəaliyyəti rəssam, dizayner, qrafika ustası[d], boyakar[d], memarlıq çertyojçusu[d]
Janrlar modern, dini incəsənət[d], tarix rəssamlığı, peyzaj, portret, məişət janrı
Stillər simvolizm, modern
Tanınmış işləri
  • Adel Blox – Bauerin portreti,
  • Öpüş
Tələbəsi Eqon Şile
Üzvlüyü
  • Vyana ayrılması[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyat və yaradıcılığı

Qustav Klimt 1862-ci ildə orta təbəqədən olan Moraviya əsilli ailədə anadan olmuşdur. Atası Ernst Klimt qravüraçı və zərgər idi və çox az qazanırdı. Rəssamın uşaqlığı kasıbçılıq içində keçmişdi və o, bütün həyatı boyu ailəsinə maddi kömək etməli idi.

1876-cı ildə Klimt Vyana İncəsənət və Sənətkarlıq Məktəbinə (Kunstgewerbeschule) qəbul olur və 1883-cü ilə kimi orada memar rəssamlıq təhsili alır. Klimt asanlıqla mühafizəkar təlim prinsiplərini qəbul etdi, yaradıcılığının erkən vaxtlarının işlərini akademik kimi səciyyələndirmək olar. 1877-ci ildə atası kimi qravüraçı olmaq istəyən qardaşı Ernst də məktəbə qəbul oldu. iki qardaş və dostları Frans Matsch ilə birlikdə işləməyə başladılar. 1880-ci ildən sonra onlar "Rəssamlar Kompaniyası" olaraq bir çox sifarişlər aldılar və müəllimlərinə Vyanada Kunsthistorisches muzeyi üçün divar rəsmləri çəkməyə kömək etdilər.

Təhsili bitirdikdən sonra Klim, Matsch və qardaşı Ernst Klimtlə studio açır. Üçlük interyer, xüsusilə teatr dekorasiyası ilə məşğul olurdular. Artıq 1880-ci illərdə onlar öz bacarıqları və teatr dekorasiyaları ilə Avstriya İmperisında məşhurlaşmışdılar və bu işləri indi də orada görmək olar. 1885-ci ildə onlara imperiatriça Elizabetin şəhərdən kənardakı villasının (Midsummer Night's Dream) dekorasiyası tapşırıldı. 1886-cı ildə onları Avstriyanın əsas dekoratorları kimi tanıyaraq Vyana Burqteatrın dekorasiyasını onlara tapşırdılar. 1888-ci ildə rəssamlar işlərini bitirdikdən sonra Verdienstkreuz ilə mükafatlandırıldılar və Klimtə ona böyük şöhrət gətirəcək bir iş – Köhnə Burqteatrın auditoriyasını rəngləmək tapşırıldı. Demək olar ki, fotoqrafik dəqiqliklə çəkilən bu rəsçm əsəri naturalist rəngkarlıqda böyük nailiyyət sayılır. Nəticə etibarilə, Klimt İmperiya Mükafatını qazandı və dəbli rəssama çevrildi. Belə şöhrətin ortasında Qustav Klimt yeni radikal üslub sayılan ar-nuvo üslubunda çəkməyə başlayır.

Gələcək bir neçə ildə üçlük dağıldı. Frans Matsch daha yaxşı alındığı üçün portret çəkməklə məşğul olmaq istıyirdi. Enyi zamanda, Qustav Klimtin dəyişik stili onların birlikdə işləmələrini mümkünsüz etmişdi. Bundan başqa, atasının ölümündən qısa müddət sonra, Ernst Klimt 1892-ci ildə vəfat etdi.

Bu iki faciədən sonra Qustav diqqətini incəsənət uslubları, həmçinin Yapon, Çin, Qədim Misir və Mikena incəsənəti tarixi üslublarını eksperiment etməyə yönəldərək ictimaiyyətdən uzaqlaşdı. 1893-cü ildə rəssam sonuncu ictimai sifarişi üzərində işləməyə başladı: Vyana universiteti üçün Fəlsəfə, Tibb və Hüquqşünaşlıq rəsmləri. Bunlar 1900-cü ildə bitəcək və o zamanın adətlərinə görə əxlaqsız olmaları və radikal stilinə görə tənqid olunacaqdı. Təəssüf ki, rəsmlər İkinci dünya müharibəsi zamanı məhv edilmiş və yalnız ağ-qara reproduksiyaları qalmışdır.

2023-cü ildə rəssamın "Yelpikli qadın" əsəri Sotbis hərrac evində 86 milyon avroya satılıb. Beləliklə, bu, Avropada ən yüksək qiymətə satılan rəsm əsəri olub.

Əsərləri

  • Bakirələr
    Bakirələr
  • Öpüş
    Öpüş
  • Həyat və ölüm
    Həyat və ölüm
  • Park
    Park
  • Sonya Knips
    Sonya Knips
  • Emilya Flörjenin portreti
    Emilya Flörjenin portreti
  • Qayın meşəsi
    Qayın meşəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qustav Klimt haqqında məlumat. Qustav Klimt nədir? Qustav Klimt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Leucadendreae

  • Fevral 27, 2026

    Gender

  • Fevral 27, 2026

    Hindistan mədəniyyəti

  • Fevral 23, 2026

    Aleksandr Beqlov

  • Fevral 23, 2026

    Viktor Vasnetsov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst