Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müsavat partiyasının qurucularından olan Məhəmməd Əli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətini

Ümmügülsüm

  • Ana Səhifə
  • Vikipediya
  • Ümmügülsüm

Ümmügülsüm (1899, Novxanı, Bakı qəzası – 1944, Şamaxı) — Azərbaycan şairəsi, repressiya qurbanı.

Ümmügülsüm
Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə
Doğum adı Ümmügülsüm Əbdüləziz qızı Rəsulzadə
Doğum tarixi 1899(1899)
Doğum yeri
  • Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1944(1944) (44–45 yaşında)
Vəfat yeri
  • Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Şaxəndan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Həyat yoldaşı
  • Seyid Hüseyn Sadiq
Uşaqları
  • Oqtay Sadıqzadə,
  • Toğrul Sadıqzadə,
  • Qumral Sadıqzadə
Fəaliyyəti şair
Vikimənbənin loqosu Ümmügülsüm Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müsavat partiyasının qurucularından olan Məhəmməd Əli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı və baldızı olub.

Mündəricat

Həyatı

Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində anadan olub. Evdə atasından ərəb və fars dilini öyrənib.

1908-ci ildən şeir yazmağa başlayıb. Şeir və hekayələri "İqbal", "Yeni iqbal", "Açıq söz", "Qurtuluş", "Dirilik", "Məktəb", "Qardaş köməyi", "Azərbaycan" və digər qəzet və jurnallarda dərc olunub. 1914-cü ildən mətbuatda hekayələri dərc olunmağa başlayır. 1915-ci ildə "Solğun çiçək" adlı hekayəsi "Qurtuluş" jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülüb. Onun 200-dən artıq şeiri və 1 poeması bizə gəlib çatmışdır .

1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını münasibətilə "Türk ordusuna", "Ey türk oğlu!", "Çəkil, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" adlı şeirlər yazıb. Aprel işğalından sonra isə işğala qarşı "Hicran", "Bayrağım enərkən" adlı şeirlərini yazıb. "Bayrağım enərkən" şeiri 3 may 1920-ci ildə Azərbaycan bayrağının parlament binasından götürülməsi münasibətilə qələmə alınıb. Bu şeirlər 1920–1930-cu illərdə Türkiyədə, Azərbaycan siyasi mühacirləri arasında geniş yayılmış, M. Rəsulzadə mühacirətdə yazdığı əsərlərində onlardan xüsusi bəhs etmişdir. İşğaldan sonra ailəsi ilə birlikdə Xızıya köçüb.

1937-ci ildə həyat yoldaşı Seyid Hüseyn həbs edildikdən sonra Ümmügülsüm də "xalq düşməni"nin həyat yoldaşı kimi həbs olunaraq Bayıl həbsxanasına aparılır. Mənzilində axtarış aparılır, əmlakı isə müsadirə olunur. Həbsindən sonra əsərləri qadağan edilir. Bayıl həbsxanasında olduğu dövrdə "Qala xatirələrim" adlı xatirat yazıb. Bir neçə ay Bayıl həbsxanasında saxlanıldıqdan sonra 8 il həbs cəzasına məhkum edilərək, Mordva vilayətində yerləşən Temlaq islah əmək düşərgəsinə göndərilib.

1943-cü ildə Ümmügülsüm SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraxılmasını istəyib. 1944-cü ilin aprel ayında həbsdən azad olunur. Bir neçə gün Bakıda yaşadıqdan sonra ona Bakıda yaşamağa icazə verilmir. Buna görə də o, Şamaxıya köçür. Burada bir neçə ay yaşadıqdan sonra 1944-cü il sentyabrın 17-də 45 yaşında Şamaxıda vəfat edib.Şaxəndan qəbiristanlığında dəfn edilib.

Ailəsi

Ümmügülsümün qəbri, Şamaxı şəhəri Şaxəndan qəbiristanlığı

Müsavat partiyasının qurucularından olan Məhəmmədəli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı olub.

1916-cı ildə Tağıyev teatrında C. Məmmədquluzadənin "Ölülər" pyesinin ilk təqdimatında yazıçı Seyid Hüseynlə tanış olub. Daha sonra 1920-ci ildə onunla ailə qurub

Bu evlilikdən bir qızı 3 oğlu dünyaya gəlib. Qızı Qumral Sadıqzadə yazıçı, oğulları Oqtay və Toğrul isə rəssam olublar. Oqtay Sadıqzadə Azərbaycan Respublikasının xalq rəssamıdır. Kiçik oğlu Çığatay isə fəhlə batalyonunda xidmət edərkən ağır katorqa işləri nəticəsində vərəm xəstəliyinə tutularaq, 24 yaşında vəfat edib.

Xatirəsi

Qızı Qumral Sadıqzadə atası Seyid Hüseynə həsr olunmuş "Son mənzili Xəzər oldu" romanının 2-ci hissəsində Ümmügülsümdən də geniş bəhs edib.

2022-ci il dekabrın 18-də "Bakı" Rəsm Qalereyasında Ümgülsüm Sadıqzadənin xatirəsinə həsr olunmuş "Çəmən ayrısı" adlı sərgi açılıb.

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub. Tamaşada Ümmügülsüm Sadıqzadənin faciəli həyatına da yer verilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ümmügülsüm haqqında məlumat. Ümmügülsüm nədir? Ümmügülsüm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Musiqişünaslıq

  • Fevral 27, 2026

    Türkiyə şəhərləri

  • Fevral 27, 2026

    Ubıxlar

  • Fevral 27, 2026

    Şəmsabad (Xalxal)

  • Fevral 27, 2026

    Təkdırnaqlılar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst