Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dəliməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində şəhər.

Dəliməmmədli

  • Ana Səhifə
  • Vikipediya
  • Dəliməmmədli

Dəliməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində şəhər.

Şəhər
Dəliməmmədli
40°41′33″ şm. e. 46°34′29″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Gəncə-Daşkəsən iqtisadi rayonu
Rayon Goranboy rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 7 fevral 1991
Mərkəzin hündürlüyü 241 m
İqlimi Aran
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 10.929 nəfər
Milli tərkibi azərbaycanlılar
Etnoxronim goranboylu
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 22
Poçt indeksi AZ 2216
Nəqliyyat kodu 22
Digər
goranboy-ih.gov.az
Xəritəni göstər/gizlə
Dəliməmmədli xəritədə
Dəliməmmədli
Dəliməmmədli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Tarixi

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Dəliməmmədli şəhər tipli qəsəbəsinin əvvəlki adı saxlanılmaqla o, rayon tabeli şəhərlər kateqoriyasına aid edilmiş, Dəliməmmədli qəsəbə Soveti ləğv edilərək Dəliməmmədli şəhəri mərkəz olmaqla Dəliməmmədli şəhər Soveti yaradılmışdır.

Coğrafiyası və iqlimi

Şəhər Gəncə-Qazax düzənliyində, Bakı-Tbilisi dəmiryolunun 349-cu kilometrliyində, Goranboy şəhərindən 26 kilometr şimal-qərbdə, Gəncə şəhərindən 17 km, Bakı şəhərindən 355 km məsafədə, Bakı-Qazax magistral yolu üzərində yerləşir. Şəhərin özündən və Sarovlu kəndindən Kürəkçayın qolları olan üç kiçik çay axır. Şəhər və ətraf torpaqlar açıq şabalıdı torpaq tipindədir.

Ərazi əsasən subtropik iqlim qurşağına aid edilir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir. Qışı sərt, yayı isə istidir.

Əhalisi

Goranboy rayonu ərazisində Goranboy, Naftalan şəhərləri və Qızılhacılı qəsəbəsindən sonra ən çox əhaliyə sahib yaşayış məntəqəsidir, 5532 nəfər əhalisi var. Şəhər bələdiyyəsinin tabeliyində 361 nəfər əhalisi olan Sarovlu kəndi yerləşir.

Əhalinin zamanlar üzrə sayı

İl 1989 2002 2005 2023
Əhali 4560 4740 4810 11290
Hesablama növü Rəsmi siyahaya alma Rəsmi hesablama Rəsmi hesablama Rəsmi hesablama
İllik artım 1,54 % (2010)

Tanınmış şəxsləri

  • Aydın Məmmədov — Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü.

Mədəniyyəti

Şəhərdə Goranboy rayonu üzrə aqroservis və aqrolizinq xidməti, kitabxana, mədəniyyət sarayı, kinoqurğu, məişət evi, idman meydançası, dəmiryolu stansiyası, bank, poçt, rabitə şöbəsi mövcuddur.

Təhsil

Şəhərdə uşaq musiqi məktəbi, peşə məktəbi, uşaq bağçası fəaliyyət göstərir.

M.Zeynalov adına tam orta məktəb

Dəliməmmədli şəhərində yerləşən M.Zeynalov adına tam orta məktəb şəhərin əsas təhsil ocaqlarından biridir. Bu məktəb, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.  

Din

Şəhərdə 4 iyul 2007 -ci ildə tikintisinə başlanılan "Həzrəti Əli" məscidin tikintisi naməlum şəkildə dayandırılıb və fəaliyyət göstərmir.

Səhiyyə

Şəhərdə xəstəxana fəaliyyətini dayandırmışdır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəliməmmədli haqqında məlumat. Dəliməmmədli nədir? Dəliməmmədli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Bakı xanlığı

  • Fevral 27, 2026

    Generativ linqvistika

  • Fevral 27, 2026

    Sparapet

  • Fevral 27, 2026

    Anarxo-feminizm

  • Fevral 27, 2026

    Villebrord Snell

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst