Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhməd İbn Məhəmməd ibn Ərəbşah (ərəb. ابن عربشاه‎; 15 noyabr 1389, Dəməşq – 24 avqust 1450, Qahirə və ya Misir) — ərəb tarixçi, ədib və şair.

İbn Ərəbşah

  • Ana Səhifə
  • Vikipediya
  • İbn Ərəbşah

Əhməd İbn Məhəmməd ibn Ərəbşah (ərəb. ابن عربشاه‎; 15 noyabr 1389, Dəməşq – 24 avqust 1450, Qahirə və ya Misir) — ərəb tarixçi, ədib və şair.

İbn Ərəbşah
ərəb. أحمد بن مُحمَّد بن عبد الله بن إبراهيم الدمشقي‎
Doğum tarixi 15 noyabr 1389(1389-11-15)
Doğum yeri
  • Dəməşq
Vəfat tarixi 24 avqust 1450(1450-08-24) (60 yaşında)
Vəfat yeri
  • Qahirə, Məmlük dövləti, Misir və ya
  • Misir
Dəfn yeri
  • Misir
Fəaliyyəti yazıçı, tərcüməçi, səyyah, tarixçi, dilçi
İmza

Həyatı

İbn Ərəbşah 5 noyabr 1389-cu ildə Dəməşq şəhərində anadan olub, 1450-ci ildə isə Qahirədə vəfat etmişdir. O, 1401-ci ildə 12 yaşında ikən, Əmir Teymur Dəməşqi ələ keçirmiş, onu, anası və qardaşları ilə birlikdə, yerli sakinlərdən əsir etdiyi bütün intelektual qismin özləri və ailələri kimi Səmərqəndə göndərmişdir. İbn Ərəbşahın 1408-ci ilə qədər Orta Asiyada nə işlə məşğul olması məlum deyil, əsərlərindən yalnız bu anlaşılır ki, əmirlər, alimlər və şahmatçılar arasında imiş. Güman edilir ki, o, həmin müddət ərzində Əmir Teymurun nəvəsi Xəlil sultanın xidmətində olmuşdu.

Əhməd İbn Ərəbşahın bioqrafiyası

İbn Ərəbşah Səmərqənddə yaşadığı müddət ərzində təhsil almış, fars, türk və monqol dillərini öyrənmişdir. O, 1408-ci ildə səyahətə başlayaraq, əvvəl Çinə yollanmış, sonra oradan Krıma qədər uzaq bir məsafəni qət etmiş, buradan isə Ədirnəyə getmişdir. Ədirnədə ərəb və fars dillərində olan ədəbiyyatı türkcəyə tərcümə etmək işi ilə məşğul olan müəllif, daha sonra Türk sultanı Sultan Məhəmmədin (1402–1421) sarayında mirzəlik etmişdir. Sultan Məhəmmədin ölümündən sonra Hələbə getmiş, oradan isə doğma şəhəri olan Dəməşqə qayıtmışdır. 1428-ci ildə (Həcc ziyarətinə gedib-gəldikdən sonra) elə burada elmi-ədəbi fəaliyyətə başlayan İbn Ərəbşah, eyni işi Qahirəyə köçdükdən sonra davam etdirirmiş və orada teymurilərdən bəhs etdiyi "Əcaibül-məqdur fi nəvaib timur" adlı məşhur əsərini qələmə almışdır.

Əsərdə Azərbaycan tarixçiliyi üçün maraqlı və əhəmiyyətli məqamlar çoxdur. Maraqlıdır ki Əmir Teymurun sonuncu Gürcüstan yürüşü (1403) barədə İbn Ərəbşahın qələmə aldığı bəhslər də əslində Gürcüstana yox, Şəkiyə aiddir. Belə ki bu hekayətlərdə "Gəl-Gör-Get" adlı bir qaladan da bəhs olunur, Şirvanşah Şeyx İbrahimin dili ilə isə yerli əhali gürcü yox, "tatar" adlandırılır. Bu zaman aydınlaşır ki, hekayətlərdəki "gürcü" sözləri millət yox, hümmət və məzhəb, yəni "xristian provoslav" mənasında işlədilmişdir.

Həmçinin bax

  • Gəl-Gör-Get qalası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Ərəbşah haqqında məlumat. İbn Ərəbşah nədir? İbn Ərəbşah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kurort

  • Fevral 27, 2026

    Zakir Həsənov

  • Fevral 27, 2026

    Qaraciyər xərçəngi

  • Fevral 27, 2026

    İqlezias

  • Fevral 27, 2026

    Hikmət Mirzəyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst