Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

7 fevral — Qriqorian təqvimində ilin 38-ci günü. Bu tarixdə ilin sonuna 327 gün (uzun ildə 328 gün) qalır.

7 fevral

  • Ana Səhifə
  • Vikipediya
  • 7 fevral

7 fevral — Qriqorian təqvimində ilin 38-ci günü. Bu tarixdə ilin sonuna 327 gün (uzun ildə 328 gün) qalır.

←
→
Fevral
B.e Ç.a Ç C.a C Ş B
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
2026-cı il

Mündəricat

XX və XXI əsrdə Yuli təqvimi ilə 25 yanvar tarixinə uyğun gəlir.

Əhəmiyyətli hadisələr

1600-cü ildən əvvəl

1601–1900

  • 1898 — Dreyfus işi: Emil Zolya "Mən günahlandırıram...!" əsərinin nəşrinə görə məhkəmə qarşısına çıxarılıb.

1901–cari

Regensburqdakı sərgidə Maastrixt sazişinin nümayişi
  • 1904 — Merilend ştatının Baltimor şəhərində başlayan Böyük Baltimor yanğını (ing. Great Baltimore Fire) cəmi 30 saat ərzində 1500-dən çox binanı yararsız hala salıb.
  • 1940 — Volt Disneyin ikinci tammetrajlı cizgi filmi olan "Pinokkio"nun premyerası baş tutub.
  • 1942 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb.
  • 1951 — Koreya müharibəsi zamanı Cənubi Koreya qoşunları kommunizmin tərəfdarı olmaqda günahlandırılan 700-dən çox şəxsi qətlə yetirib.
  • 1974 — Qrenada Birləşmiş Krallıqdan müstəqillik qazanır.
  • 1984 — XIV Qış Olimpiya Oyunları Sarayevoda keçirilib.
  • 1992 — Avropa İttifaqının yaradılmasına səbəb olan Maastrixt sazişi imzalanıb.
  • 1995 — 1993-cü ildə Dünya Ticarət Mərkəzində törədilən partlayışın arxasında duran şəxs Rəmzi Yusif Pakistanın İslamabad şəhərində saxlanılıb.
  • 1998 — XVIII Qış Olimpiya Oyunları Naqanoda keçirilib.
  • 1999 — II Abdullah atası Hüseynin ölümündən sonra İordaniyanın kralı olmuşdur.
  • 2014 — XXII Qış Olimpiya Oyunları Soçidə keçirilib.
  • 2024 — Pakistanda ümumi seçkilərə bir gün qalmış seçki məntəqələrində törədilən iki partlayış nəticəsində azı 24 nəfər həlak olub.

Azərbaycana aid hadisələr

  • 1991 — Milli Məclisin qəbul etdiyi qərarla Qutqaşen şəhərinin adı Qəbələ şəhəri, Mirbəşir şəhəri Tərtər, Puşkin şəhəri Biləsuvar, Şamxor şəhəri Şəmkir və Vartaşen şəhərinin adı isə Oğuz olub.
  • 2013 — Azərbaycan və Butan arasında diplomatik əlaqələr qurulmuşdur.
  • 2019 — Azərbaycan və Tanzaniya arasında diplomatik əlaqələr qurulmuşdur.

Doğumlar

1600-cü ildən əvvəl

  • 1478 — Tomas Mor, İngiltərə vəkili və filosofu

1601–1900

  • 1693 — Anna İvanovna, Rusiya imperatriçası
  • 1808 — Mahmud Eyvazov, Azərbaycan uzunömürlüsü
  • 1812 — Çarlz Dikkens, İngiltərə yazıçısı
  • 1837 — Ceyms Mürre, Şotlandiya leksikoqrafı
  • 1870 — Alfred Adler, Avstriya həkimi
  • 1877 — Qodfri Hardi, İngiltərə riyaziyyatçısı
  • 1885 — Sinkler Lüis, ABŞ yazıçısı

1901–cari

  • 1913 — Ramon Merkader, İspaniya kommunisti və NKVD agenti
  • 1919 — Tofiq Tağızadə, Azərbaycan kinorejissoru
  • 1920 — Pavel Klimov, Sovet pilotu
  • 1925 — Tofiq Cavadov, Azərbaycan boyakarı
  • 1926
    • Konstantin Feoktistov, Rusiya kosmonavtı
    • Mark Taymanov, Rusiya şahmatçısı
  • 1929 — Aysel Gürəl, Türkiyə söz yazarı və aktrisası
  • 1951 — Valeriya Kiselyova, Rusiya aktrisası
  • 1952 — Vahid Əliyev, Azərbaycan aktyoru
  • 1955 — Muxtar İbadov, Azərbaycan aktyoru
  • 1967 — Nazim Quliyev, Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı
  • 1974 — Nujabes, Yaponiya DJ-i
  • 1975 — Nazim Babayev, Azərbaycan əsgəri, Azərbaycanın Milli Qəhrəmanı
  • 1988 — Mübariz İbrahimov, Azərbaycan giziri, Azərbaycanın Milli Qəhrəmanı
  • 1989 — Simon Virsaladze, Gürcüstan teatr rəssamı

Ölümlər

1600-cü ildən əvvəl

  • 1560 — Baçço Bandinelli, İtaliya heykəltəraşı

1601–1900

  • 1603 — Gülbədən bəyim, Böyük Moğol şahzadəsi
  • 1823 — Anna Radklif, İngiltərə yazıçısı
  • 1897 — Aleksis Jordan, Fransa botaniki

1901–cari

Şövkət Ələkbərova
  • 1920 — Aleksandr Kolçak, Rusiya admiralı
  • 1922 — Bəhruz Kəngərli, Azərbaycan boyakarı
  • 1960 — İqor Kurçatov, Rusiya fiziki
  • 1973 — Süleyman Vəzirov, Azərbaycan dövlət xadimi
  • 1993 — Şövkət Ələkbərova, Azərbaycan müğənnisi
  • 2006 — Dürrüşəhvar Sultan, Osmanlı şahzadəsi
  • 2019 — Albert Finni, İngiltərə aktyoru
  • 2020
    • Li Venlian, Çin həkimi
    • Necmiye Paqaruşa, Albaniya və Kosovo müğənnisi

Bayramlar və xüsusi günlər

  • Qrenada Qrenada — Müstəqillik Günü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 7 fevral haqqında məlumat. 7 fevral nədir? 7 fevral nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Xəzər dənizi

  • Fevral 23, 2026

    Maldiv adaları

  • Fevral 23, 2026

    Mart

  • Fevral 23, 2026

    Şərqi Afrika

  • Fevral 23, 2026

    Paqanizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst