Villebrord Snell (nid. Willebrord Snel van Royen; 13 iyun 1580, Leyden – 30 oktyabr 1626[…], Leyden) – daha çox Snellius və ya Snell kimi tanınan hollandiyalı astronom və riyaziyyatçı.
| Villebrord Snell | |
|---|---|
| nid. Willebrord Snel van Royen | |
| |
| Doğum adı | Willebrord Snel van Rayen |
| Doğum tarixi | 13 iyun 1580 |
| Doğum yeri | |
| Vəfat tarixi | 30 oktyabr 1626[…] (46 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | riyaziyyat, fizika, astronomiya |
| İş yeri |
|
| Təhsili |
|
| Elmi rəhbərləri | Ludolf van Seylen |
Snell daha çox işığın sınma qanunu kimi tanınan "Snell qanunu", geodeziyada pioner işi sayılan "Snellius triangulyasiyası" və müstəvi triqonometriyasında məlum nöqtələrdən naməlum nöqtəni tapma üsulu olan "Snellius–Potenot məsələsi" ilə məşhurdur.
İşığın sınma qanunu adətən Snellə aid edilsə də, bu qanun əslində eramızın 984-cü ili radələrində fars alimi İbn Səhl tərəfindən kəşf edilmişdir.
Erkən həyatı
Villebrord Snellius Niderlandın Leyden şəhərində anadan olmuşdur. 1613-cü ildə o, atası Rudolf Snel van Royeni (1546–1613) əvəz edərək Leyden Universitetinin riyaziyyat professoru vəzifəsinə gəlmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Villebrord Snell haqqında məlumat. Villebrord Snell nədir? Villebrord Snell nə deməkdir?
