Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cənubi ABŞ (ing. Southern United States) - (həmçinin Amerikanın Cənubu, Diksi və ya sadəcə Cənub) Amerika Birləşmiş Ştatlarının orta-şimal hissəsində yerləşən v

Cənubi ABŞ

  • Ana Səhifə
  • Vikipediya
  • Cənubi ABŞ

Cənubi ABŞ (ing. Southern United States) - (həmçinin Amerikanın Cənubu, Diksi və ya sadəcə Cənub) Amerika Birləşmiş Ştatlarının orta-şimal hissəsində yerləşən və ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilən iqtisadi rayon. Cənub coğrafi cənuba uyğun gəlmir, daha çox cənub-şərq hissəsində yerləşir; ölkənin coğrafi baxımdan cənubunda yerləşən Arizona və Nyu-Meksiko bəzən Cənuba aid edilir, lakin 1863-cü ildə Virciniyadan ayrılan Qərbi Virciniya isə adətən bura aid edilir. Bəzi alimlər ştat sərhədləri ilə üst-üstə düşməyən Cənub anlayışının müəyyənləşdirilməsini təklif etmişdi. Delaver və Merilend, eləcə də Kolumbiya Dairəsi Vətəndaş müharibəsinə qədər köləliyə icazə versə də, İttifaqda qaldı. 1960-cı illərin Vətəndaş Hüquqları Hərəkatından sonra onlar sənayesi inkişaf etmiş Şimal ştatları ilə mədəni, iqtisadi və siyasi cəhətdən daha bərabər oldular və bir çox vətəndaş, firma, ictimai qurum və özəl təşkilatlar tərəfindən Orta Atlantik və ya Şimal hissəsinə aid edildilər. Lakin, ABŞ Siyahıyaalma Bürosu onları Cənuba aid etdi.

ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilən Cənubi ABŞ bölgəsi. Amma "Cənub" və rayonları müxtəlif şəkildə də müəyyən edilmişdir (Bax coğrafiya bölməsinə).

Adətən Cənuba ABŞ-nin cənub-şərqi və cənub-mərkəzi hissəsi aid edilir. Rayon öz mədəniyyəti və tarixi ilə tanınır, həmçinin burada ABŞ-nin digər hissələrindən müəyyən mənada fərqlənən adətlər, musiqi üslubu və mətbəx inkişaf etmişdir. Cənubun etnik irsi rəngarəngdir və daha çox Avropalı (əsasən Şotland-İrland, Şotland, İngilis və Fransız), Afroamerikalı və az miqdarda Hindilərdən təşkil olunmuşdur.

Mündəricat

Coğrafiyası

ABŞ Siyahıyaalma Bürosunun tərifinə əsasən Cənub 16 ştatdan ibarətdir. ABŞ Siyahıyaalma Bürosunun 2010-cu il hesabatına əsasən 114,555,744 nəfər və ya ABŞ əhalisinin 37%-i ölkənin ən çox məskunlaşan Cənubda yaşayır. Siyahıyaalma Bürosu tərəfindən Cənubu üç dairəyə bölür :

  • Cənubi Atlantik : Cənubi Karolina, Corciya, Delaver, Florida, Kolumbiya Dairəsi, Merilend, Qərbi Virciniya, Şimali Karolina və Virciniya
  • Şərq Cənubi Mərkəz : Alabama, Kentukki, Missisipi və Tennessi
  • Qərb Cənubi Mərkəz : Arkanzas, Luiziana, Oklahoma və Texas

Cənubla bağlı digər anlayışlar bunlardır :

İdman

Amerika futbolu

Cənubi ABŞ-də bir çox idman məşhurdur, lakin ən Amerika futbolu ən məşhurudur. Aşağıdakı cədvəldə illik ortalama tamaşaçı sayına görə ən məşhur Cənubi ABŞ kklubları göstərilmişdir. Cənubi ABŞ-də ən çox tamaşaçısı olan klublar Amerika futbolu klublarıdır.

SıraKlubİdmanLiqaTamaşaçı
(ortalama/oyun)
1Texas A&M AggiesAmerika futboluMTİA (CŞK)105,123
2LŞU TayqersAmerika futboluMTİA (CŞK)101,723
3Alabama Crimson TideAmerika futboluMTİA (CŞK)101,534
4Tennessee VolunteersAmerika futboluMTİA (CŞK)99,754
5Texas LonghornsAmerika futboluMTİA (Böyük 12)94,103
6Georgia BulldogsAmerika futboluMTİA (CŞK)92,746
7Dallas CowboysAmerika futboluMFL90,069
8Auburn TigersAmerika futboluMTİA (CŞK)87,451
9Florida GatorsAmerika futboluMTİA (CŞK)85,834
10Oklahoma SoonersAmerika futboluMTİA (Böyük 12)85,162

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cənubi ABŞ haqqında məlumat. Cənubi ABŞ nədir? Cənubi ABŞ nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Kərgədanlar

  • Fevral 27, 2026

    Yarpaqyeyən böcəklər

  • Fevral 27, 2026

    Radiolokasiya üsulu

  • Fevral 27, 2026

    Meri Robinson

  • Fevral 27, 2026

    Tehran Universiteti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst