Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Afroamerikalılar (ing. African American) — ABŞ zənciləri, ABŞ-də etnoirqi birlik, amerikalıların bir hissəsi. zənci irqinə tam və ya qismən aid olan ABŞ vətənda

Afroamerikalılar

  • Ana Səhifə
  • Vikipediya
  • Afroamerikalılar

Afroamerikalılar (ing. African American) — ABŞ zənciləri, ABŞ-də etnoirqi birlik, amerikalıların bir hissəsi. zənci irqinə tam və ya qismən aid olan ABŞ vətəndaşları. İfadə ingilis dilinə rəsmi dairələrdə zənci sözünün işlədilməsinin (isp. Negro) qeyri-korrekt olması barəsində fikir möhkəmləndikdən sonra daxil olub. Həmçinin neytral söz olan "qaralar" (Black people) ifadəsi də geniş yayılıb.

Afroamerikalılar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
ABŞ-nin keçmiş prezidenti Barak Obama

Mündəricat

Ümumi məlumat

Afroamerikalı ya da Qara Amerikalı, mənşəyi Afrikadakı hər hansı bir zənci əhaliyə söykənən Amerika Birləşmiş Ştatları vətəndaşları ya da sakinləridir. Termin, Birləşmiş Ştatlarda soyu ümumiyyətlə (heç olmasa qismi olaraq) Səhraaltı Afrikaya söykənən Amerikalılar üçün istifadə edilir. Afroamerikalıların çoxu Şimali Amerikaya gətirilmiş qaradərili qulların nəslindəndir. Lakin bəziləri, Afrikalı, Karibli, Orta Amerikalı ya da Cənubi Amerikalı xalqlardan könüllü olaraq köç etmişlər ya da kökləri bu bölgələrə söykənir. Afroamerikalılar Amerika Birləşmiş Ştatlarındakı etnik azlıqların ən böyük hissəsini təşkil edir.1964-cü ildə Con Kennedi Mədəni Hüquqlar haqqında Qanun hazırlamışdır, ancaq bu qanunu imzalaya bilməmişdir, çünki sui-qəsdə məruz qalmışdır. Bu qanunu Lindon Conson 1964-cü ildə imzalamışdır. Qanunun şərtlərinə görə Afroamerikalılar (Qaradərililər) ilə ağdərililər arasında heç bir politik (siyasi) , ekonomik (iqtisadi) və hüquqi fərq qoyulmayacaqdır.

Amerika zənciləri

Sayı 36,4 mln.-dur (2000). İngilis dilinin Amerika variantında və cənub zəncilərinin dialektində (Black English) danışırlar. Dindarlarının əksəriyyəti xristiandır, müsəlmanlar və iudaistlər də var.[mənbə göstərilməlidir]

17,19-cu əsrlərdə Şimali Amerikaya gətirilmiş afrikalı qulların nəsilləridir. Müstəmləkəçilik dövründə əvvəl mədəni, sonra isə ictimai assimilyasiya prosesi başlamışdır. Qadağalara baxmayaraq zəncilərin ağ amerikalılar və hindilərlə nikahları nəticəsində artıq 19-cu əsrin ortalarında azad zəncilərin 1/3-i, qulların isə 10 %-i mulat idi. 20-ci əsrin 30-cu illərində mulatlar amerikalıların 75%-ni təşkil edirdilər. Vətəndaş müharibəsindən (1861–1865) sonra quldarlığın ləğvi ABŞ-də əhali arasındakı bərabərsizliyə rəsmən son qoydu. Lakin 1890–1910 illərdə Amerikanın cənub ştatlarında qəbul olunmuş konstitusiyalar irqi ayrı-seçkiliyi qanuniləşdirdi. Birinci Dünya müharibəsi (1914–1918) illərində Amerikanın şəhərlərə, cənubdan (Afroamerikalıların 90% burada yaşayırdı) şimala və qərbə köçməsi sürətləndi. Nəticədə Afroamerikalılar ölkənin ən çox urbanizasiyaya məruz qalmış etnoirqi birliyinə çevrildilər. 20-ci əsrin 60-cı illərində Afroamerikalılar irqi ayrı-seçkiliyi qadağan edən bir sıra qanunun qəbuluna nail oldular. Folklorda və musiqi mədəniyyətində Afrika ənənələrinin təsiri qalmaqdadır.[mənbə göstərilməlidir]

Həmçinin bax

  • Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Afroamerikalılar haqqında məlumat. Afroamerikalılar nədir? Afroamerikalılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Xaç yürüşləri

  • Fevral 23, 2026

    10 iyun

  • Fevral 11, 2026

    Vikar

  • Fevral 24, 2026

    Quba rayonu

  • Fevral 23, 2026

    Günəş saatı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst