Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yarpaqyeyən böcəklər (lat. Chrysomelidae) — sərtqanadlılar dəstəsinə (lat. Coleoptera) aid olub, fəsilənin dünyada 40000, Azərbaycanda isə 400-dən artıq növü mə

Yarpaqyeyən böcəklər

  • Ana Səhifə
  • Vikipediya
  • Yarpaqyeyən böcəklər

Yarpaqyeyən böcəklər (lat. Chrysomelidae) — sərtqanadlılar dəstəsinə (lat. Coleoptera) aid olub, fəsilənin dünyada 40000, Azərbaycanda isə 400-dən artıq növü məlumdur.

Yarpaqyeyən böcəklər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı

Mündəricat

Xarici quruluşu

Fəsiləyə daxil olan növlərin ümumi əlamətləri bütün ayaqlarının gizli beşbuğumlu pəncəyə malik olmasıdır. Belə ki, əsl dördüncü buğum reduksiya olunmuşdur, görünən buğumların sayı dörddür, üçüncü buğum ikipərlidir. Bədən quruluşu oval və ya slindrik, gödək və nisbətən yığcamdır. Növlər əsasən metal parıltılı olub, qanadüstlükləri hamar və tüksüzdür. Fəsiləyə daxil olan növlər xarici görünüşünə görə bir-birindən kəskin fərqlənirlər: uzunsov, oval, şarşəkilli və s. formalarda olurlar. Uzunluqları 2–30 mm-dir. Bığcıqları irəli yönəlmiş və ya S-şəkilli əyilmişdir. Sürfələrin bədəni düz və S şəkilli əyri olur. Başı hipoqnatik, minalayan formalarda isə proqnatikdir. 1-6 gözcüyü, 1-3 buğumlu gödək bığcıqları var. Qarıncığı 10 seqmentdən ibarətdir. Ayaqları gödək, 4 buğumludur.

İnkişafı

Dişi fərdlər yumurtalarını bitkinin yarpağına və ya gövdəsinə qoyur. Yumurtalar rəngarəng olub, əsasən sarı rəngdən qırmızıya qədər dəyişə bilir. Yırtıcılar və parazitlər adətən yumurtalara üstünlük verirlər. Sürfələrin morfologiyası həyat tərzindən asılı olaraq növə görə dəyişir.

Həyat tərzi

Fəsilənin nümayəndələri yüksək ixtisaslaşmış fitofaqlar olub, aralarında oliqofaq növlərə tez-tez rast gəlinir. Fəsilənin adından göründüyü kimi nümayəndələri müxtəlif bitkilərin əsasən yarpaqları ilə qidalanır. Sürfələr və imaqolar yarpağın üst hissəsində qidalanaraq orada müxtəlif ölçülü deşiklər açırlar. Əksər yarpaqyeyən böcək növləri kənd və meşə təsərrüfatının ciddi ziyanvericiləridir: kolorado böcəyi, saplaq və xaççiçəkli birələri, qovaq, söyüd, qarağac, qızılağac yarpaqyeyənləri və s. Oulema melanopus, Chaetocnema aridula və Chaetocnema hortensis növləri dənli bitkilərin, xüsusən də payızlıq buğdanın təhlükəli zərərvericiləri hesab olunur. Hazırda Azərbaycanda 100-dən artıq ziyanlı yarpaqyeyən növü qeydə alınmışdır.

Yayılması

Yarpaqyeyənlərə Antraktida və Arktikanın böyük hissəsindən başqa hər yerdə rast gəlinir. Azərbaycanın özünəməxsus şəraitində yarpaqyeyən böcəklər təbii iqlim zonaları üzrə qeyri-bərabər paylanmışdır. Belə ki, Böyük Qafqazda 200-dən artıq, Kiçik Qafqazda 196, Lənkəran zonasında 260-dan çox, Kür-Araz ovalığında isə 80 növ qeydə alınmışdır.

Yarımfəsilələri

Fəsiləyə aşağıdakı yarımfəsilələr daxildir:

  • Bruchinae Latreille, 1802
  • Cassidinae Gyllenhal, 1813
  • Chrysomelinae Latreille, 1802
  • Criocerinae Latreille, 1804
  • Cryptocephalinae Gyllenhal, 1813
  • Donacinae Kirby, 1837
  • Eumolpinae Hope, 1840
  • Galerucinae Latreille, 1802
  • Lamprosomatinae Lacordaire, 1848
  • Sagrinae Leach, 1815
  • Spilopyrinae Chapuis, 1874

Həmçinin bax

  • Kolorado böcəyi

Ədəbiyyat

  • Mirzəyeva N.B. Azərbaycanın yarpaqyeyən böcəkləri. Bakı: Elm, 1988, 212 s.
  • Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar / M.Ə.Musayevin redaktəsi ilə. Bakı: Elm, 2004, 388 s.
  • Lopatin I. Order Coleoptera, family Chrysomelidae // Arthropod fauna of the UAE, 2008, v.1 pp. 312–324

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yarpaqyeyən böcəklər haqqında məlumat. Yarpaqyeyən böcəklər nədir? Yarpaqyeyən böcəklər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dilin mənimsənilməsi

  • Fevral 27, 2026

    Qəfəs (Osmanlı)

  • Fevral 27, 2026

    Orfoqrafiya

  • Fevral 27, 2026

    Yüngül pulemyot

  • Fevral 27, 2026

    Voloqda vilayəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst