Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Azərbaycan" jurnalının ilk nömrəsi 1923-cü il yanvar ayının 28-də işıq üzü görüb. O vaxt jurnal "İnqilab və mədəniyyət" adı altında nəşr edilib. Əsas məqsədi A

Azərbaycan jurnalı

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan jurnalı

Azərbaycan — Azərbaycanda nəşr olunan ədəbiyyat jurnalı.

Azərbaycan jurnalı
Baş redaktor İntiqam Qasımzadə
Növ Aylıq jurnal
Format A4
Təsis tarixi 28 yanvar, 1923
Qərargah Azərbaycan, Bakı şəhəri,
Dil Azərbaycan dili

Mündəricat

Haqqında

"Azərbaycan" jurnalının ilk nömrəsi 1923-cü il yanvar ayının 28-də işıq üzü görüb. O vaxt jurnal "İnqilab və mədəniyyət" adı altında nəşr edilib. Əsas məqsədi Azərbaycan ədəbiyyatının, nəzəri ədəbiyyatşünaslığın, ictimai və elmi fikrin, bütövlükdə mədəniyyətin mənzərəsini əks etdirmək, çağdaş dünya ədəbiyyatı və mədəniyyətində gedən proseslərin, mövcud cərəyan və təmayüllərin milli düşüncədə təzahürünü, eyni zamanda qloballaşma şəraitində ədəbiyyat və mədəniyyətimizin milli istiqamətlərinin qorunmasını təmin etməkdir.

24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır.

27 yanvar 2003-cü ildə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə jurnalın əməkdaşları Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunmuşlar.

Jurnalın şöbələri

  1. Poeziya, nəsr, tənqid və ədəbiyyatşünaslıq, publisistika.

Müxtəlif illərdə jurnal aşağıdakı adlarla çıxıb

  1. "Maarif və mədəniyyət — 1923–1927-ci illərdə
  2. "İnqilab və mədəniyyət" — 1928–1936-cı illərdə
  3. "Revolyusiya və kultura" — 1936–1941-ci illərdə
  4. "Vətən uğrunda" — 1941–1946-cı illərdə
  5. "İnqilab və mədəniyyət" — 1946–1952-ci illərdə
  6. "Azərbaycan" — 1953-cü ildən bu günə kimi

Baş redaktorları

  1. Tağı Şahbazi Simurq — 1923
  2. Cəlil Məmmədzadə — 1924–1926
  3. Ruhulla Axundov — 1927–1928
  4. Mustafa Quliyev — 1929–1932
  5. Museyib Şahbazov — 1932–1933
  6. Hacıbaba Nəzərli — 1934
  7. Məmməd Kazım Ələkbərli — 1934–1936
  8. Mirzə İbrahimov — 1938–1941
  9. Məmməd Arif — 1942–1945
  10. Mehdi Hüseyn — 1946–1950; 1954
  11. Əbülhəsən — 1952–1953
  12. Əli Vəliyev — 1954; 1958–1959
  13. Əhməd Cəmil — 1959–1960
  14. Qılman Musayev — 1963–1966
  15. Cəlal Məmmədov — 1966–1975
  16. İsmayıl Şıxlı — 1976–1978
  17. Əkrəm Əylisli — 1978–1983
  18. Cabir Novruz — 1984–1987
  19. Yusif Səmədoğlu — 1987–1997
  20. İntiqam Qasımzadə — 1997 -dən bu günə kimi.

Həmçinin bax

  • Literaturnı Azerbaycan
  • Ulduz (jurnal)
  • Qobustan (jurnal)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan jurnalı haqqında məlumat. Azərbaycan jurnalı nədir? Azərbaycan jurnalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mükafat

  • Fevral 27, 2026

    Belqrad Meşəsi

  • Fevral 27, 2026

    Emfizem

  • Fevral 27, 2026

    Ştaudinger reaksiyası

  • Fevral 27, 2026

    Ensizyarpaq lavanda

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst