Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Emfizem və ya ağciyər emfizeması ağciyər toxumasının elastikliyinin azalması nəticəsində havalılığının artması, ventilyasiyası və qan dövranının pozulması ilə x

Emfizem

  • Ana Səhifə
  • Vikipediya
  • Emfizem

Emfizem və ya ağciyər emfizeması ağciyər toxumasının elastikliyinin azalması nəticəsində havalılığının artması, ventilyasiyası və qan dövranının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyin adı yunan sözündən götürülüb ( q.yun. ἐμφυσάω - emphysao ) - irəli və geriyə üfürmək deməkdir. Ağciyər emfizemasına sərbəst olaraq çox az hallarda təsadüf olunur və ümumiyyətlə, xəstəliyin rastgəlmə tezliyi 4%-dən çoxdur.

Ağciyər emfizeması
  • yun. emphysao
XBT-10 J43.
XBT-10-KM J43.8
XBT-9-KM 492.8
OMIM 130700
DiseasesDB 4190
MedlinePlus 000136
MeSH D011656
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Səbəbləri

Bu xəstəlik, xronik destruktiv bronxit və bronxial astma ilə birlikdə hazırda ağciyərlərin xronik obstruktiv xəstəliklərinin tərkibindən biridir. Əksər hallarda bu xəstəliyin səbəbi siqaret çəkmə nəticəsində ağciyərin öz funksiyasını normal yerinə yetirə bilməməsi ilə bağlı olur. Ağciyər emfizeması ağciyərlərin kəskin və xroniki xəstəlikləri - bronxitlər, bronxial astma, xroniki pnevmoniya, ağciyərin peşə xəstəlikləri və s. nəticəsində baş verə bilər. Xəstəliyin inkişafında alveoldaxili təzyiqi yüksəldən amillər, ağciyər toxuması elastikliyinin yaşla əlaqədar dəyişmələri də böyük rol oynayır. Eləcə də zərərli ekoloji mühit, tozlu istehsalat şəraiti, anadangəlmə meyllik (leykosit mənşəli proteolitik fermentlərin təsiri, a1-antitripsinin çatışmazlığı) xəstəliyin inkişafını asanlaşdıran risk amilləri sırasına daxildir.

Əlamətləri

Ekspirator tipli təngnəfəslik (xəstə nəfəs almada çətinlik çəkir), öskürək, sifətin şişkinləşməsi və s. Bu əlamətlər ağciyərlərin digər xəstəliklərində də müşahidə olunur və diaqnozun dəqiq müəyyən edilməsi üçün mütləq təcrübəli pulmonoloqlara müraciət olunmalıdır.

Rentgen təsvirində birincili emfizema bircinsli ağciyər sahələrinin şəffaflığının yüksəlməsi və ağciyər təsvirinin kasad olması ilə görünür, ağciyərin aşağı şöbələrində, diafraqmanın aşağı durumu xarakterik olur. İkincili emfizemada ağciyərin aşağı şöbələrinin şəffaflığı peribronxial dəyişikliklərə görə azalmış olur, diafraqma hərəkət etməyə bilər, çünki ağciyərin ümumi həcmi az dəyişir. Emfizemanın hər iki formasında tənəffüsün funksional araşdırılması üsullarından istifadə olunur.

Müalicəsi

Tənəffüs çatışmazlığının aradan qaldırılması, ağciyər emfizemasına səbəb olan əsas xəstəliyin aradan qaldırılması, bədən tərbiyəsi, iqlim terapiyası bu xəstəlik zamanı tətbiq edilən müalicə üsullarıdır. Dərman müalicəsi zamanı bronxodilatatorlar, qlükokortikoidlər və a1 - AT təyin edilir. Cərrahi müalicə az effektivdir. Cərrahi yola yalnız ağciyərin transplantasiyası əhəmiyyətli sayılır. Köməkçi müalicə üsulları kimi tənəffüs məşqləri edilməli və xəstələrə düzgün nəfəs alma texnikası öyrədilməlidir. Emfizem diaqnozu qoyulan hər bir xəstə nəfəs almasına nəzarət etməlidir.

Profilaktikası:

Bronxit və ağciyər iltihabını törədən səbəbləri aradan qaldırmaq, idmanla məşğul olmaq, tütün məmulatlarından və spirtli içkilərdən imtina etmək.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Emfizem haqqında məlumat. Emfizem nədir? Emfizem nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Antarktika plitəsi

  • Fevral 27, 2026

    Biodizel

  • Fevral 27, 2026

    Çingiz Abdullayev

  • Fevral 27, 2026

    Səfəviyyə

  • Fevral 23, 2026

    Mahaçqala

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst