Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mustafa Zəkəriyyə oğlu Quliyev (18 (30) yanvar 1893, Nuxa – 3 iyul 1938, Bakı) — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, tənqidçi və publisist, 1934-cü ildən

Mustafa Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Mustafa Quliyev

Mustafa Zəkəriyyə oğlu Quliyev (18 (30) yanvar 1893, Nuxa – 3 iyul 1938, Bakı) — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, tənqidçi və publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq maarif komissarı (1922–1927, 1928–1929). Azərbaycan pedaqoji mühitinin təlim tərbiyəsində böyük rol oynamış bir əsrlik qocaman tarixi "Azərbaycan məktəbi" jurnalnın ilk baş redaktoru olmuşdur.

Mustafa Quliyev
Azərbaycan SSR xalq maarif komissarı
1928 – 1929
ƏvvəlkiRuhulla Axundov
SonrakıAğa Sultanov
21 iyun 1922 – 1927
ƏvvəlkiDadaş Bünyadzadə
SonrakıRuhulla Axundov
Azərbaycan Kommunist Partiyası Qaraşəhər Rayon Komitəsinin katibi
1921 – 1922
Lənkəran Qəza İnqilab Komitəsinin sədri
1920 – 1921
ƏvvəlkiƏli Məmmədov
SonrakıŞirəli Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 18 (30) yanvar 1893(1893-01-30)
Doğum yeri
  • Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 3 iyul 1938(1938-07-03) (45 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi siyasi repressiya
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1918–1937)
Təhsili
  • Müqəddəs Vladimir adına Kiyev Universiteti (1913–1918),
  • Qırmızı Professorlar İnstitutu (1930–1933)
Fəaliyyəti yazıçı, ədəbi tənqidçi, publisist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mustafa Zəkəriyyə oğlu Quliyev 18 (30) yanvar 1893-cü ildə Nuxa (Şəki) şəhərində xırda tacir ailəsində anadan olmuşdur. 1907–1913-cü illərdə Tiflisdə İmperator I Aleksandr gimnaziyasında oxuyaraq 8 siniflik tam orta təhsilini bitirmiş, 1913-cü ildən Kiyev Müqəddəs Vladimir Universitetinin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsində təhsilini davam etdirmişdir. Tələbə olarkən, 1918-ci ilin yanvarında Kiyevdə bolşeviklər partiyasına daxil olmuşdur. Təhsilini başa vursa da, Kiyevdə qalaraq qısa müddət sonra Rusiya K(b)P Kiyev Komitəsində tatar (türk) bölməsinin sədri olmuş və bu vəzifədə 1919-cu ilədək çalışmışdır.

1919-cu ildə Mustafa Quliyev Bakıya gələrək bolşevik fəaliyyətini davam etdirmiş, çox keçmədən Lənkərana göndərilərək orada Əli Məmmədov, Şirəli Axundov və başqaları ilə partiya özəkləri yaratmış, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lənkəran Qəza İnqilab Komitəsinin sədri təyin edilmişdir. 1921–1922-ci illərdə Bakıda Azərbaycan K(b)P Qaraşəhər Rayon Komitəsinin katibi işləmiş, 1922-ci ilin iyun ayında Azərbaycan SSR xalq maarif komissarı təyin edilmişdir. Paralel olaraq 1923–1926-cı illərdə "Maarif və mədəniyyət" jurnalının redaktoru olmuş, 1924-cü ildən isə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda siyasi iqtisadiyyat üzrə müəllim işləmişdir.

Mustafa Quliyev 1927–1928-ci illərədə AK(b)P Bakı Şəhər Komitəsində Təşviqat və təbliğat şöbəsinin müdiri işləmiş, 1928–1929-cu illərdə yenidən Azərbaycan xalq maarif komissarı vəzifəsinə qaytarılmışdır. Daha sonra Qırmızı Professorlar İnstitutunda təhsil almış, buranı 1933-cü ildə bitirmişdir. 1934-cü ildə Qazaxıstanda Turbat Maşın-Traktor Stansiyasının siyasi idarəsinin rəisi, 1935–1937-ci illərdə isə ÜİK(b)P Çimkənd Şəhər Komitəsinin katibi olmuşdur. 1937-ci ildə Odessaya qayıdaraq Ukrayna K(b)P Odessa Vilayət Komitəsinin Məktəb və elm şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Həbsi və ölümü

Mustafa Quliyev 5 iyul 1937-ci ildə Ukrayna Xalq Daxili İşlər Komissarlığının Odessa Vilayət İdarəsi tərəfindən həbs edilmiş, növbəti ay, avqustun 4-də isə Bakıya gətirilmişdir. Dekabrın 1-də o, xalq düşməni adı ilə partiyadan çıxarılmış, 3 iyul 1938-ci ildə isə güllələnmişdir.

19 avqust 1955-ci ildə Mustafa Quluyevin Bakıda yaşayan və Mariya Vladimirovnadan olan qızı Səltənət Quliyev xüsusi işlər üzrə hərbi prokurorun müavini Çesnokova ərizə yazaraq atasının günahsız olduğunu bildirmiş və ona bəraət verilməsini xahiş etmişdir. Növbəti il, 1956-cı ildə ona bəraət verilmişdir. 19 mart 1957-ci ildə isə partiya üzvlüyü bərpa olunmuşdur.

Əsərləri

  • Azərbaycanda Oktyabr düşmənləri (1927)
  • Mədəni inqilab və islam (1928)
  • Türk qadınının yolu (1930)
  • Oktyabr və türk ədəbiyyatı (1930)
  • Cinayət nədir və hardan baş verir (1935)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mustafa Quliyev haqqında məlumat. Mustafa Quliyev nədir? Mustafa Quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    30 may

  • Fevral 27, 2026

    Qəhrəman Süleymanzadə

  • Fevral 27, 2026

    Stirlinq

  • Fevral 23, 2026

    Xristian

  • Fevral 27, 2026

    Harri Stayls

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst