Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral teńizi, Арал теңизи) — Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sər

Aral gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Aral gölü

Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral teńizi, Арал теңизи) — Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd. 250 m-dək) tutur. Aral dənizində çoxlu sayda ada var. Ən böyükləri Kokaral, Barsakelmes və Vozrojdeniyedir. İqlimi kontinentaldır. Havanın orta temperaturu yayda 24–26 °C, qışda–7-dən –13,5-°C-yə qədərdir. Suyun səthində temperatur yayda 28–30 °C, qışda 0°C-dən aşağıdır. İllik yağıntı 110–150 mm-dir. Axınlar saat əqrəbi istiqamətindədir. Aral dənizi balıqçılıq təsərrüfatını və nəqliyyat əhəmiyyətini itirmiş, ekoloji fəlakət zonasına çevrilmişdir. Dənizin qurumasının qarşısını almaq, fauna və florasını bərpa etmək üçün elmi cəhətdən əsaslandırılmış yollar axtarılır.

özb. Orol dengizi, qaz. Арал теңізі, qaraq. Aral teńizi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 31 m
Eni 284 km
Uzunluğu
  • 428 km
Sahəsi
  • 8.303 km² (2015)
Dərin yeri 42 m, 8,7 m
Yerləşməsi
45° şm. e. 60° ş. u.HGYO
Ölkə
  •  Qazaxıstan
  •  Özbəkistan
özb. Orol dengizi, qaz. Арал теңізі, qaraq. Aral teńizi xəritədə
özb. Orol dengizi, qaz. Арал теңізі, qaraq. Aral teńizi
özb. Orol dengizi, qaz. Арал теңізі, qaraq. Aral teńizi
Aral (Qazaxıstan)
Aral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Aral dənizinin səviyyəsinin aşağı enməsi 1960–2010-cu illər.

Həmçinin bax

  • Urmiya gölü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aral gölü haqqında məlumat. Aral gölü nədir? Aral gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İran körfəzi

  • Fevral 27, 2026

    Veb sayt

  • Fevral 27, 2026

    Küləyin istiqaməti

  • Fevral 27, 2026

    Qareqin Njde

  • Fevral 27, 2026

    İctimai televiziya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst