Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi

Ada

  • Ana Səhifə
  • Vikipediya
  • Ada

Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur.

Mündəricat

Ümumi məlumat

Mənşəyinə görə adalar üç qrupa bölünür:

  1. Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair
  2. Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir.
  3. Mərcan adaları. Bunlar mərcan poliplərinin sədəflərinin qalıqlarından, orta illik temperaturu 20 dərəcə C-dən yuxarı olan tropik sularda yaranan adalardır. Məsələn, Kuk, Fici, Karolina adaları və s. Ən iri mərcan adası Avstraliyanın şərqində yerləşən Böyük Sədd rifidir.

Qurunun 9,9 mln km²-i adalardır. Sahəsinə görə ən böyük adalar Qrenlandiya (2 176 km²), Yeni Qvineya (829 min km²), Kalimantan (734 min km²), Madaqaskar (590 min km²), Buffin torpağı (478 min km²) adalarıdır. Ən böyük ada olan Qrenlandiya ərazicə ən kiçik qitə olan Avstraliyadan cəmi üç dəfə kiçikdir.

Adaların xüsusiyyətləri

Ada dağları

Ada dağları hündürlüyü adətən 100 m-dən 1–2 km-dək olan təcrid olunmuş yüksəkliklərdir. Planda nisbətən uzunsov, oval, dairəvi və b. formalarda olur. Ada dağları mənşəyi haqqında iki fikir vardır:

  1. Ada dağları aşınmadan sonra qalmış relikt dağlarıdır;
  2. Ada dağları lokal yeni dağəmələgəlmə sahələridir.

Ada dayazlığı

Ada dayazlığı adanı fasiləsiz zolaqla (10 m-dən 10 km-dək) əhatə edən dayaz, azmeyilli, hamarlanmış dib səthidir. Böyük adaların (məs., Yeni Zelandiya, Madaqaskar) ada dayazlığı, kiçik adaların qitə dayazlığına analoji olur və sahil dayazlığını əmələ gətirir. Sinonim: ada şelfi.

Ada fosforitləri

Ada fosforitləri isti dənizlərin kiçik adalarında quş quanosunun (ifrazat) pozulması nəticəsində əmələ gələn açıqrəngli, massiv, sıx, torpaqvari, kavernalı, oolitvari kütlədir. Bəzi adalarda (Nauru və b.) istismar edilir.

Ada faunası

Faunasının xüsusiyyətləri adanın mənşəyi və onun materikə uzaq-yaxınlığı ilə əlaqədardır. Materikdən uzaqda vulkan nəticəsində yaranmış okean adalarının faunası çox kasıbdır; çünki belə adaların faunası hava ilə, yaxud üzən əşya üstündə keçən heyvanlar hesabına yaranır. Materik adalarında endemik növlər çox olur; məməlilər materiklərdən kiçik, quşlar və sürünənlər isə çox zaman iri olur. Ada faunası insan fəaliyyəti nəticəsində çox tez dəyişərək, əvvəlki şəklini və xarakterik əlamətlərini itirir.

Ada florası

Ada florası adanın təcrid dərəcəsindən, müddətindən və floranın inkişaf şəraitinin xüsusiyyətindən asılıdır. Ada florasının növləri materiklərlə müqayisədə sayca az olur. Materikə yaxın adalarda (məs. Yapon adalarında) endemiklər nisbətən azdır. Materik mənşəli iri adaların (İndoneziya, Filippin adaları) florası, növlərinin sayına görə çox vaxt materik növlərindən geri qalmır, adətən, endemiklərin inkişaf səviyyəsinə görə onlardan üstün olur.

Ada iqlimi

Yay və qış temperatur ları nisbətən az fərqlənən iqlim.

Xarici keçid

Vikisitatda Ada ilə əlaqədar sitatlar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ada haqqında məlumat. Ada nədir? Ada nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Hind-Avropa dilləri

  • Fevral 24, 2026

    Albert Eynşteyn

  • Fevral 23, 2026

    Emin Sabitoğlu

  • Fevral 24, 2026

    II Xosrov

  • Fevral 24, 2026

    Xəzərlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst