Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraqalpaq dili (Қарақалпақ тили, Qaraqalpaq tili) — qaraqalpaqların danışdıqları dil. Qaraqalpaqstan Muxtar Respublikasının rəsmi dilidir.

Qaraqalpaq dili

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraqalpaq dili

Qaraqalpaq dili (Қарақалпақ тили, Qaraqalpaq tili) — qaraqalpaqların danışdıqları dil. Qaraqalpaqstan Muxtar Respublikasının rəsmi dilidir.

Qaraqalpaq dili
Orijinal adı Qaraqalpaq tili, Қарақалпақ тили
Ölkələr Özbəkistan
Qazaxıstan
Əfqanıstan
Rusiya – 867 (2010)
Region Qaraqalpaqıstan
Rəsmi status Qaraqalpaqıstan
Tənzimləyən təşkilat Najim Davkarayev adına Dil və Ədəbiyyat İnstitutu
Danışanların ümumi sayı 412 000 nəfər (1993)
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
türk dilləri
ortaq türk dili
Qıpçaq dilləri
Qıpçaq-noqay dilləri
Qaraqalpaq dili
Yazı latın əlifbası, kiril əlifbası (Qaraqalpaq yazısı)
Dil kodları
QOST 7.75–97 кал 275
ISO 639-1 —
ISO 639-2 kaa
ISO 639-3 kaa
Dilin strukturlarının dünya atlası kkp
Ethnologue kaa
IETF kaa
Glottolog kara1467
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaraqalpaq dili türk dillərinin qıpçaq yarımqrupuna daxildir (tatar dili, başqırd dili, qaraçay-balkar dili, qumuq dili, karaim dili, krımtatar dili, qazax dili, həştərxan-noqay dili, noqay dili). Noqay, qazax və qaraçay dilləri ilə birgə qıpçaq-noqay qoluna aid edilir. Leksik baxımdan daha çox qazax dilinə yaxın olsa da, ondan orfoqrafik baxımdan fərqlənir.

Qaraqalpaq dilində təxminən 400 min nəfər danışır. Onlar əsasən Özbəkistanda yaşayırlar. Təxminən 2 min nəfər bu dildə danışan əhali Əfqanıstanda, daha az sayda isə Rusiyada, Qazaxıstanda, Türkiyədə yaşayır.

Qaraqalpaq dilində Nukusda "Erkin Qaraqalpaqstan" qəzeti nəşr olunur. Dili əsas tənzimləyən qurum - Najim Davkarayev adına Dil və Ədəbiyyat İnstitutudur.

Özbəkistan ərazisində qaraqalpaq dilinin (qırmızı rəngdə) yayılması arealı

Mündəricat

Dialektlər

Adətən iki dialekt fərqləndirilir: şimal-şərqi və cənub-şərqi. Üçüncü bir dialektin (Fərqanə vadisində danışılan) mövcudluğu haqqında da ehtimallar var.

Fonetika

Saitlər

Qaraqalpaq dilinin saitlər sistemi
Qaraqalpaq dilinin saitlər sistemi

Qaraqalpaq dilində saitlərin harmoniyası qanunu digər türk dillərindən daha aydın özünü büruzə verir.

Sait Sonra gələ bilər:
aa, ɯ
æe, i
ee, i
ie, i
oa, o, u, ɯ
œe, i, œ, y
ua, o, u
ye, œ, y
ɯa, ɯ

Digər dillərdən alınma sözlərdə sinharmonizm həmişə müşahidə olunmur.

Samitlər

Qaraqalpaq dilində 25 samit fonem var. Onlardan 4-nə (mötərizəyə alınanlar) yalnız alınma sözlərdə rast gəlinir.

  Dodaq samitləri Alveolyar samitlər İncə samitlər Velyar samitlər Dilçək samitləri Boğaz samitləri
Partlayan samitlər pb td    kg q    
Affrikata    (ʦ)  (ʧ)          
Nov samitlər (f)(v) sz ʃʒ xɣ    h 
Sonor samitlər m n    ŋ      
Titrəyən samitlər    r            
Yan samitlər    l            
Sürüşən samitlər w    j         

Yazı

Nukusda müasir latın əlifbası ilə yazılmış fotosalon lövhəsi (2006)

1924-1928-ci illərdə qaraqalpaq dilinin yazısı ərəb əlifbası idi. 1928-1940-cı illərdə latın əlifbasından, sonra isə kiril əlifbasından istifadə olunmuşdur. 1991-ci ildə Özbəkistan öz müstəqilliyini elan edəndən sonra latın əlifbasına qayıdışla bağlı qərar qəbul edilmişdir və hazırda Qaraqalpaqıstanda tədrican latın əlifbasına keçid həyata keçirilir.

Müasir qaraqalpaq latın əlifbası:

А а Á á B b Ch ch D d Е е F f G g
Ǵ ǵ H h Í ı I i J j K k L l М m
N n Ń ń О о Ó ó P p Q q R r S s
Sh sh Т t U u Ú ú V v Y y X x Z z

Müasir qaraqalpaq kiril əlifbası:

А а Ә ә Б б В в Г г Ғ ғ Д д
Е е Ё ё Ж ж З з И и Й й К к
Қ қ Л л М м Н н Ң ң О о Ө ө
П п Р р С с Т т У у Ү ү Ў ў
Ф ф Х х Ҳ ҳ Ц ц Ч ч Ш ш Щ щ
ъ Ы ы ь Э э Ю ю Я я

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraqalpaq dili haqqında məlumat. Qaraqalpaq dili nədir? Qaraqalpaq dili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Flüorit

  • Fevral 27, 2026

    İsmayıl Qəznəvi

  • Fevral 27, 2026

    Qənimət

  • Fevral 27, 2026

    Ufuk Budak

  • Fevral 27, 2026

    Harmonik analiz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst