Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyük Aral gölü — Göl Aral dənizinin quruması nəticəsində 1989-cu ildə meydana gəlmişdir. 2003-cü ildə Böyük Aral dənizi öz növbəsində iki hissəyə bölünmüşdür.

Böyük Aral

  • Ana Səhifə
  • Vikipediya
  • Böyük Aral

Böyük Aral gölü — Göl Aral dənizinin quruması nəticəsində 1989-cu ildə meydana gəlmişdir. 2003-cü ildə Böyük Aral dənizi öz növbəsində iki hissəyə bölünmüşdür. Şərqi və qərbi adlandırılan hissələr Uzun-Aral boğazı ilə birləşirdi. Göl dəniz səviyyəsindən 29 metr yüksəklikdə yerləşirdi. Bu tip yerləşmə sayəsində hissələr arasında aktiv əlaqə mövcud idi. 2005-ci ildə isə Kiçik Aral gölü Böyük Araldan Kokoral bəndi inşa edilmişdir. Artıq isə 2009-cu ildə Şərqi Aral tamamən qurumuşdur. 2010-cu ildə göl Amudəryadan gələn suyun hesabına yenidən dolmuşdur. Bununla belə göl yenidən dörd il sonra tamamən quyumuşdur. Qərbi Aral isə qrunt suları ilə dolduğundan quruması gecikir.

Böyük Aral
Ümumi məlumatlar
Sahəsi 3500—3800 km²
Dərin yeri 40 m
Orta dərinliyi 14-15 m
Duzluluğu 70-100 ‰
Yerləşməsi
45°00′ şm. e. 58°30′ ş. u.HGYO
Ölkələr
  •  Qazaxıstan
  •  Özbəkistan
Böyük Aral xəritədə
Böyük Aral
Böyük Aral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Aral dənizinin cənub hissəsi, may 2012 il.

Mündəricat

Duzluğu

2007-ci il məlumatına görə Böyük Aral Gölünün qərb hissəsinin suyu hər litrinə 7 q duz düşürdüsə, şərq gölünün hər litrinə 100 q duz düşür. Bu isə göldən hansısa təsərrüfat təyinatı üzrə istifadəsini mümkünsüz edirdi.. Amudəryanın suyu əgər Qərbi Arala axaraq tökülə bilsə bu saman göldən təsərrüfat əhəmiyyətli istifadəsini mümkün edə bilər. Xüsusi ilə balıqçılığın inkişaf etdirilməsini mümkün edər.

Uzun-Aral

Uzun-Aral boğazı 1989-cu ildə Aral dənizinin səviyyəsinin enməsi ilə yaranmışdır. Boğaz Kulandı yarımadasını Vozrajdeniya adasından ayırırdı. 2000-ci ildə Böyük Aral dənizi şərqi və qərbi olmaqla iki yerə bölünmüşdür. 2008-ci ildən iki hissə yalnız kiçik boğazla birləşmişdir. Bu boğaz sayəsində hər iki göl əlaqə təmin edilirdi. Axın əsasən şərqdən qərbədir. 2009-cu ildə şərqi göl tamamən qurumuşdur. Bir il sonra isə göl Amudəryanın hesabına yenidən dolmuşdur. Bununla belə günümüzdə boğaz mövcudluğunu qorumur.

Hazırkı vəziyyət

Harırda Böyük Aral dənizinin qərb hissəsi 3500–3800 km² əraziyə malikdir. Gölün orta dərinliyi 14–14 metr təşkil edir. Maksimal dərinliyi 37–40 metrdir. Yeraltı sular il ərzində gölə 2 km³ su verir. 2009-cu ilin mayında Şərqi Aral tamamən qurumuşdur. 2010 ildə isə göl yenidən bərpa olunur. 2014 ildə göl tamami ilə qurumuşdur. Bu gölün 8303 km² sahəsini təşkil edirdi. Böyük Aralın Şərq gölü qızmar yay ayları tamamən quruyur. Çayda gursululuq olarkən isə yenidən müəyyən ərazidə su yayılaraq gölün az bir hissəsi bərpa olunur. Qərbi Aralı isə ilibəil sahəsi azda olsa azalmağa doğru gedir. Gələcəkdə onunda yox olma ehtimalı yüksəkdir.

  • 2002-ci ilin iyulu.
    2002-ci ilin iyulu.
  • 2003-ci ilin noyabrı
    2003-ci ilin noyabrı
  • 2009-ci ilin avqustu: Şərqi Aral tamamən qurumuşdur.
    2009-ci ilin avqustu: Şərqi Aral tamamən qurumuşdur.
  • 2010-cu ilin avqustu: Şərqi Aral bərpa olunur.
    2010-cu ilin avqustu: Şərqi Aral bərpa olunur.
  • 2014-cü ilin avqustu - Şərqi Aral yenidən tamamən qurumuşdur.
    2014-cü ilin avqustu - Şərqi Aral yenidən tamamən qurumuşdur.

Həmçinin bax

  • Aralqum
  • Aral dənizi
  • Kiçik Aral
  • Vozrajdeniya adası
  • Uzun-Aral

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Böyük Aral haqqında məlumat. Böyük Aral nədir? Böyük Aral nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Val-d’Uaz

  • Fevral 27, 2026

    Duma

  • Fevral 27, 2026

    Ağbaba mahalı

  • Fevral 27, 2026

    Valter Bote

  • Fevral 25, 2026

    Malaqa

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst