Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Balıqçılıq — su hövzələrində balıqların, digər su heyvanları və bitkilərinin artırılması, bərpası, yetişdirilməsi, istifadəsi, mühafizəsi və faydalı əlamətlərin

Balıqçılıq

  • Ana Səhifə
  • Vikipediya
  • Balıqçılıq

Balıqçılıq — su hövzələrində balıqların, digər su heyvanları və bitkilərinin artırılması, bərpası, yetişdirilməsi, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönəldilmiş bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi.

Hindistanlı balıqçılar
Nohur gölündə balıq tutan balaca qız

Mündəricat

Balıqçılıq təsərrüfatı

Balıqçılıq təsərrüfatı ən qədim təsərrüfat sahələrindən biridir. İlkin olaraq balıqçılıq təsərrüfatı isti iqlimə malik ölkələrdə yaranmışdır. Məsələn, Meksika (6,5min il e.ə.), Çin (3,5 min il e.ə.), Misir (2,5 min il e.ə.), Hindistan (2000-ci il e.ə.). 3750 il bundan əvvəl Çində balıqların çoxaldılması üçün nohurlar yaradılmışdı. Eramızdan əvvəl 1020-ci ildə balıqların xüsusi əhəmiyyət kəsb edən bəzi növləri satış məqsədilə böyük miqyasda yetişdirilirdi. Çinli Fan Li e.ə. 599-cu ildə yazdığı balıqyetişdirilməsi haqqında məlumat bu sahə barəsində dövrümüzə gəlib çatmış ilk əlyazmadır.

Balıqyetişdirmə balıq körpələrinin süni göl və nohurlarda əmtəə məqsədilə satış çəkisinə qədər intensiv yetişdirilçməsi və bəslənməsi olub akvakulturanın əsas hissəsini təşkil edir. Akvakultura latıncadan tərcümədə "aqua" su və "cultura" yetişdirmək, becərmək sözlərindən ibarət olub su orqanizmlərinin (balıqların, xərçənglərin, molyuskaların, yosunların) təbii və süni sututarlarda, həmçinin xüsusi yaradılmış dəniz plantasiyalarında yetişdirilməsi və çoxaldılmasıdır. Akvakulturanın qollarından biri marikulturadır. Marikultura (latıncadan "marinus") dəniz hidrobiontlarının dəniz, liman, estuari və süni yolla çoxaldılmasıdır. Dünya balıq təsərrüfatı ildən-ilə artır. Hal-hazırda qida üçün nəzərdə tutulmuş balığın yarıya qədəri bu sahənin payına düşür. Akvakulturanın ən nəhəng istehsalçısı Çindir. Bu ölkənin payı 60%-dən çoxdur. Ümumiyyətlə Asiya qitəsi dünya akvakulturasının 90%-ni istehsal edir.

Balıqçılıq təsərrüfatının qarşısında duran məqsədlər aşağıdakılardır:

  • Dəniz və çirin su balıqlarından satış məhsulunun əldə edilməsi;
  • Təbii və süni sututarlarda balıq və qeyri-balıq ehtiyatlarının çoxaldılması və onlardan əldə edilən qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılması;
  • Su mühitinin bioloji resurslarının qorunması, kompensasiyası və artırılması.

Balıqyetişdirmə balıqçılıq təsərrüfatının aşşağıdakı tiplərini özündə birləşdirir:

  • İstifadə və satış üçün əkin materialının yetişdirilməsi;
  • Su obyektlərinin, ana və təmir sürülərinin saxlanması;
  • Akklitimizasiya;
  • Seleksiya;
  • Sanitar balıqyetişdirmə;
  • Satış məhsulunun yetişdirilməsi;
  • Balıq təsərrüfatı melorasiyası;
  • Rekreasiya balıq təsərrüfatı.

Satış akvakulturasının tipləri:

  • Otlaq akvakulturası – balıq körpələrinin təbii sututarlar buraxılması və orda azad halda yaşaması formasında aparılır;
  • Sənaye akvakulturası – süni şəkildə yaradılmış sututarlarda (su təchizatının bağlı sisteminə malik hovuzlarda) aparılır;
  • Hovuz akvakulturası – balıqçılıq təsərrüfatı obyektlərinin nohurlarda, xüsusi karxanalarda və melorativ sistemlərdə qurulmasıdır.

Balıqçılıq təsərrüfatında hidrotexniki qurğuların istifadəsi

Praktikada ən geniş istifadə olunanlardan biri göllər kənarında yaradılmış köməkçi sututarlarda yerləşdirilən hidrotexniki qurğulardır. Köməkçi sututar gölə suburaxan və su qəbul edən kanallar vasitəsilə birləşdirilir. Sututarlar istiqamətləndiricilərlə təchiz olunur. Qurğuda yaradılmış axın balığın diqqətini çəkir və onu süni sututara və ya bu yolda qurulmuş ov alətinə doğru yönləndirir. Bu üsul istehsalın effektliyini artırır. Ancaq bu qurğuların çatışmazlığı da mövcuddur. Bu mənfi cəhət böyük material xərcinə ehtiyac, elektrik xətlərinə və yaşayış məntəqələrinə yaxınlıq problemləridir. Göstərilən hidrotexniki qurğuların məqsədi bir tikili ilə bir çox balıqçılıq təssərrüfatı məsələlərinin həllidir (balıq körpələrinin yetişdirilməsi, balıqların saxlanması, satış üçün balıq ovu və s.).

Yazda balıqların bir hissəsi yetişdirildikdən sonra gölə buraxılır. Həmçinin onların baxılma müddəti uzadılaraq daha sonrakı dövrə saxlanıla bilər. Balıqların buraxılacağı su hövzəsində planktonların zənginliyi, yırtıcıların azlığı və ya olmaması təsərrüfata müsbət təsir göstərir. Yayda hövzədə temperaturun həddindən artıq çoxalması halında köməkçi sututarlar balıq itkisinin qarşısını alır. Payızda kanalların hər birinə balıq ovu üçün tələlər qurulur. Buzbağlama dövründən əvvəl tələlər götürülür. Oksigenin 0-a yaxınlaşdığı halda, bütün balıqların sututara gəlməsindən sonra kanallar su keçirməz tıxaclarla bağlanır.

Balıqçılıq təsərrüfatında qapalı su təchizatı sistemlərinin istifadəsi

Qapalı su təchizatı qurğularının balıqçılıq təsərrüfatında istifadə olunması ən proqressiv və perspektiv üsuldur. İlk növbədə sututarda proseslərə tam nəzarət, lazımi temperatur şəraiti və qaz mübadiləsi mühitinin yaradılması və tam və ya qismən avtomatlaşdırma hesabına baş verir.

Qurğu balıqların çoxaldılması üçün komfort şəraitin yaradılmasını təmin edən cihazlarla quraşdırılmış hovuzlardan ibarətdir. Bu zaman aşağıdakı göstəricilərə diqqət yetirilir:

  • temperatur;
  • suda oksigenin kifayət qədər olması;
  • suyun üzvi və qeyri-üzvi çirklənmədən təmizlənməsi;
  • lazımi su axını və s.

Bir qayda olaraq, bu qurğular qapalı şəkildə quraşdırılır, atmosfer hadisələrinin yağış və ya mövsümi temperatur fərqləri şəklində təsirini aradan qaldırır. Qapalı su təchizatı sistemlərinin ölçüləri kifayət qədər böyük diapazonda dəyişib, kiçikdən tutmuş sənaye tipinə qədər olur. Onlar on minlərlə ton balıq əldə etməyə imkan verir. Ən kiçik qurğulardan biri mini QSS-dən biri, cəmi bir yarım kubmetr su tutumu olan bir hovuzdur. Bu qurğu seçilmiş balıq növündən asılı olaraq ildə 50 ilə 500 kq arasında məhsul yetişdirməyə imkan verir.

Qapalı tipli qurğular avtomatik qidalandırıcılar, suyun mexaniki və bioloji təmizlənməsi vasitələri, dezinfeksiya aparatları (ultrabənövşəyi lampalar), aerasiya və denitrifikasiya ilə təchiz edilmişdir. QSS-lərin hovuzları şüşəplastika və ya polipropilendən hazırlanır. Bu da onun möhkəmliyini, yüngüllüyünü və davamlılığını təmin edir. Sistemin qapalı olması, balığın enmə sıxlığını maksimum dərəcədə artırmağa imkan verir, xarici mühitdən təcrid isə il boyu istifadəyə imkan verir. Belə bir şəraitdə qurğulardan əsasən nərə balığı kimi qiymətli çeşidli balıqların istehsalı üçün istifadə edildiyi aydındır. Eyni zamanda, qapalı tipli qurğular, demək olar ki, başqa su canlıların çoxaldılmasında, məsələn xərçəngkimilərə uğurla tətbiq olunur.

Həmçinin bax

  • Balıqyetişdirmə
  • Branxiomikoz

Ədəbiyyat

  • Герасимов Ю. Л. Основы рыбного хозяйства: Учебное пособие. — Самара: Изд-во "Самарский университет", 2003. 108 c.
  • Мухачев И. С. Озерное рыбоводство. ВО "Агропромиздат". — М:. 1989. 161 с.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Balıqçılıq haqqında məlumat. Balıqçılıq nədir? Balıqçılıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Thursday

  • Fevral 27, 2026

    Nikolay Voronov

  • Fevral 27, 2026

    Youku

  • Fevral 23, 2026

    Mahmud Kaşğari

  • Fevral 27, 2026

    Elmi məqalə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst