Ağamirzə (Ağamirzəli) Mirzəli (Mirzalı) oğlu Əhmədov (1905, Əngəxaran, Şamaxı qəzası – 12 may 1964, Bakı) — Azərbaycan-Sovet dövlət və partiya xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1951–1953), Azərbaycan SSR ticarət naziri (1959–1963).
| Ağamirzə Əhmədov | |
|---|---|
| |
| 21 yanvar 1959 – 12 avqust 1963 | |
| Əvvəlki | Nadir Axundov |
| Sonrakı | Ağarza Qafarov |
| 1954 – yanvar 1959 | |
| Əvvəlki | Əlövsət Əbdülrəhimov |
| Sonrakı | Əliş Ləmbəranski |
| 1952 – 17 aprel 1953 | |
| Sədr | Həsən Seyidov |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | vəzifə ləğv edilib |
| 26 mart 1951 – 18 aprel 1953 | |
| Əvvəlki | Yusif Yusifov |
| Sonrakı | Mustafa Topçubaşov |
| sentyabr 1949 – 1951 | |
| 1944 – 1949 | |
| 1943 – 1944 | |
| Birinci katib | Hüseyn Nəcəfov |
| Sonrakı | Şirəli Məmmədov |
| 1941 – 1941 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1905 |
| Doğum yeri | |
| Vəfat tarixi | 12 may 1964 (58–59 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Həyatı
Ağamirzə Əhmədov 1905-ci ildə Şamaxı qəzasının Əngəxaran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 13 yaşında atası vəfat etdikdən sonra işləməyə başlamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Ağamirzə Əhmədov komsomol sıralarına daxil olmuş, 1925-ci ildə isə Bakıda Sovet Partiya Məktəbində oxumağa göndərilmişdir. Burada oxuyarkən o, 1928-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir. 1929-cu ildə məktəbi başa vurduqdan sonra Basqal komsomol komitəsinin katibi, 1930–1931-ci illərdə Şamaxı rayon xalq maarif şöbəsinin müdiri, ardınca isə Azərbaycan K(b)P Şamaxı Rayon Komitəsinin təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Ağamirzə Əhmədov 1932–1934-cü illərdə Bakıda Marksizm-Leninizm İnstitutunda təhsil almış, sonra isə beş il Kürdəmir rayonundakı Mollakənd MTS-də siyasi şöbənin rəisi, Lənkəran, Zaqatala, Şamaxı rayonlarında rayon partiya komitələrinin katibi işləmişdir. 1939-cu ildə Moskvadakı ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Təşkilatçıları Məktəbində[rus.] oxumağa göndərilmiş, qayıtdıqdan sonra Azərbaycan K(b)P Əli Bayramlı Rayon Komitəsinin birinci katibi seçilmişdir.
Böyük Vətən müharibəsi illərində Ağamirzə Əhmədov Zaqafqaziya dəmir yolları siyasi şöbəsində işləməyə göndərilmiş, 1941–1943-cü illərdə burada rəis müavini olmuşdur. 1943-cü ildə Azərbaycan K(b)P Naxçıvan Vilayət Komitəsinin ikinci katibi seçilmiş, Bakı Şəhər Partiya Komitəsi nəqliyyat şöbəsinin müdiri, Azərbaycan K(b)P Quba rayon, 1949-cu ildən isə Kirovabad şəhər komitələrinin birinci katibi, Bakı Şəhər Partiya Komitəsinin katibi olmuşdur.
1951–1953-cü illərdə Ağamirzə Əhmədov Azərbaycan SSR Ali Sovetinin sədri seçilmiş və paralel olaraq 1952-ci ildə Bakı Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini təyin edilmişdir. Vilayət ləğv edildikdən sonra o, Azərbaycan SSR Nazirlər Soveti aparatında işləmişdir. 1954-cü ilin əvvəllərindən Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini, sonra isə sədri olmuşdur. 1963-cü ilədək o, Azərbaycan SSR ticarət naziri, ömrünün sonlarına yaxın vaxtlarda isə Azərbaycan SSR Nazirlər Soveti aparatında işləmişdir.
Ağamirzə Əhmədov 1955–1957-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Partiya Komitəsinin büro üzvü, 1956–1961-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, 1961–1964-cü illərdə isə Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. O, iki dəfə "Qırmızı əmək bayrağı", ikinci dərəcəli "Vətən müharibəsi", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. SSRİ Ali Sovetinin (3-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin deputatı (2–5-ci çağırış) deputatı seçilmişdir.
Ağamirzə Əhmədov 1964-cü ilin may ayında Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Həmçinin bax
- Nəcməddin Əhmədov (əmisi oğlu)
- Birinci Fəxri xiyabanda dəfn olunanların siyahısı
- Azərbaycan SSR hökuməti (1959–1963)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağamirzə Əhmədov haqqında məlumat. Ağamirzə Əhmədov nədir? Ağamirzə Əhmədov nə deməkdir?
