Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mustafa Ağabəy oğlu Topçubaşov (5 (17) avqust 1895, İrəvan – 20 noyabr 1981, Bakı) — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsi

Mustafa Topçubaşov

  • Ana Səhifə
  • Vikipediya
  • Mustafa Topçubaşov

Mustafa Ağabəy oğlu Topçubaşov (5 (17) avqust 1895, İrəvan – 20 noyabr 1981, Bakı) — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin qurucularından biri. Azərbaycan SSR EA akademiki (1945), Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü (1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960), "Stalin" mükafatı laureatı (1943), Sosialist Əməyi Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm xadimi (1940), Azərbaycan SSR EA vitse-prezidenti (1951–1956 və 1969–1981). Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71), Azərbaycan SSR Ali Sovetinə (1–10-cu çağırış) deputat.

Mustafa Topçubaşov
Azərbaycan SSR Ali Sovetinin sədri
5 aprel 1967 – 1 iyul 1971
ƏvvəlkiMəmməd Arif
SonrakıSüleyman Rüstəm
18 aprel 1953 – 25 mart 1955
ƏvvəlkiAğamirzə Əhmədov
SonrakıAbdulla Bayramov
Şəxsi məlumatlar
Doğum tarixi 5 (17) avqust 1895(1895-08-17)
Doğum yeri
  • İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 20 noyabr 1981(1981-11-20) (86 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1947–1981)
Təhsili
  • Taras Şevçenko adına Kiyev Milli Universiteti,
  • İrəvan kişi gimnaziyası
Fəaliyyəti həkim, cərrah
Həyat yoldaşı
  • Reyhan Topçubaşova
Uşağı
  • İbrahim Topçubaşov
Elmi fəaliyyəti
Elm sahəsi tibb
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Elmi adları
  • professor,
  • professor[d],
  • akademik

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 19751975
"Lenin" ordeni — 19441944 "Lenin" ordeni — 19511951 "Lenin" ordeni — 19541954 "Lenin" ordeni — 19751975 "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 19461946 "Qırmızı ulduz" ordeni — 19421942 "Şərəf nişanı" ordeni — 19361936
"Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1940 "Stalin" mükafatı — 19431943
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) İrəvan şəhərində anadan olmuşdur. Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.

1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə İrəvan kişi gimnaziyasını bitirib. Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. O, bu dövrdə Kiyevdə qalaraq dövlət imtahanlarına hazırlaşıb.

  • Reyhan Topçubaşovanın həyat yoldaşıdır.
  • İbrahim Topçubaşovun atasıdır.

Əmək fəaliyyəti

1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir. 1920–1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923–1930-cu illərdə fakültə cərrahlığı klinikasında assisent işləmişdir. 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M. Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının (indi — III cərrahi xəstəliklər kafedrası) müdiri seçilir.

Elmi fəaliyyəti

M. Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu — injeksion efir-yağ narkozunu — analgeziya üsulunu kəşf etdi. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi.

Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. O, SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.

Müharibədən sonra professor M. Topçubaşov 1945–1950 illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilir. 1945–1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951–1956 və 1969–1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır.

1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir.

Əməkdar elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir. O, 1943-cü ildə Stalin mükafatı laureatı olur və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.

1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat etmişdir.

Xatirəsi

● Bakı, Gəncə, Tovuz, Bərdə, Şirvan və Mingəçevir şəhərlərində mərkəzi küçələrdən biri Mustafa Topçubaşovun adını daşıyır.

● 31 iyul 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Mustafa Topçubaşovun anadan olmasının 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

● 1995-ci ildə Azərpoçt tərəfindən Mustafa Topçubaşovun 100 illik yubileyinə həsr olunmuş poçt markası buraxılmışdır.

● Bakı şəhərində yerləşən Elmi Cərrahiyyə Mərkəzi Mustafa Topçubaşovun adını daşıyır.

● Kinorejissor Yalçın Əfəndiyev onun haqqında "Mustafa Topçubaşov. Əsrin fonunda portret" sənədli filmini çəkmişdir.

● 10 iyun 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mustafa Topçubaşovun anadan olmasının 130 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

Təltif və mükafatları

  • Sosialist Əməyi Qəhrəmanı — 4 avqust 1975 ("Lenin" ordeni və "Oraq və Çəkic" medalı təqdim edilməklə)
  • "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 23 aprel 1940
  • "Stalin" mükafatı (2-ci dərəcə) — 22 mart 1943
  • 4 dəfə "Lenin" ordeni — 4 noyabr 1944, 6 noyabr 1951, 4 sentyabr 1954, 4 avqust 1975
  • "Oktyabr inqilabı" ordeni — 20 iyul 1971
  • "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946
  • "Qırmızı Ulduz" ordeni — 3 mart 1942
  • "Şərəf nişanı" ordeni — 27 yanvar 1936

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mustafa Topçubaşov haqqında məlumat. Mustafa Topçubaşov nədir? Mustafa Topçubaşov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    XIII Qriqori

  • Fevral 27, 2026

    Makedoniyalı Aleksandr

  • Fevral 27, 2026

    Fələstin bayrağı

  • Fevral 27, 2026

    Kation

  • Fevral 25, 2026

    LGBT

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst