Əngəxaran — Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun Şamaxı rayonunun Məlhəm kənd inzibati ərazi dairəsində kənd. Kənd Məlhəm bələdiyyəsinə aiddir.
| Əngəxaran | |
|---|---|
| |
| 40°40′20″ şm. e. 48°39′16″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Dağlıq Şirvan iqtisadi rayonu |
| Rayon | Şamaxı rayonu |
| Bələdiyyə | Məlhəm bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Əngəxaran | |

Toponimikası
Kəndin əhalisi indiki əraziyə təqribən 300–400 il əvvəl Şamaxının 50 km. şimal-qərbindəki eyniadlı kənddən köçüb gəlmişdir. Yaşlı təbəqə arasında keçmiş Əngəxaran kəndinin ərazisi Binə-Əngəxaran adı ilə də tanınırdı. Zarat Xeybəri kəndindən şimal-qərbində, Yeddi qardaş platosundadır. Kəndin adını tat dilindəki əng (arı) sözündən və -an şəkilçisindən ibarət "arı saxlanılan yer" mənasında yozurlar. Kəndin ərazisində eyniadlı dağ və mineral bulaqlar var.
Tarixi
Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Dzerjinovka (hal hazırda İkinci Cabanı kəndi) kənd Sovetinin Əngəxaran kəndi Şamaxı şəhər Sovetinin tərkibinə verilmişdir. Hal hazırda Əngəxaran kəndi Şamaxı rayonunun Məlhəm kənd inzibati ərazi dairəsinin tərkibindədir.
Tarixi abidələri
Əngəxaran kəndinin ərazisində orta əsrlərə aid yaşayış yeri və qəbiristanlıq mövcuddur.
Coğrafiyası və iqlimi
Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Əhalisi
Kənd əhalisi 848 nəfərdir ki, onun da 411 nəfəri kişi, 437 nəfəri isə qadınlar təşkil edir.
Tanınmış sakinləri
- Ağamirzə Əhmədov (1905–1964) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1951–1953), Azərbaycan SSR ticarət naziri (1959–1963).
- Nəcməddin Əhmədov — Bakı Şəhər XDS İcraiyyə Komitəsinin sədri (1981–1986).
- Nuru Əhmədov — Bakı Rabitə Texnikumunun direktoru, Bakı şəhəri telefon şəbəkəsinin rəisi.
- Qardaşəli Teyyubov (1938–2012) — SSRİ Jurnalistlər İttifaqının üzvü.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əngəxaran haqqında məlumat. Əngəxaran nədir? Əngəxaran nə deməkdir?
