Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şirəli Nəsirzadə Məmmədov (25 dekabr 1904, Dəstə, Ordubad rayonu – 18 fevral 1984, Bakı) — texnika elmləri doktoru (1948), professor, Azərbaycan Elmlər Akademiy

Şirəli Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Şirəli Məmmədov

Şirəli Nəsirzadə Məmmədov (25 dekabr 1904, Dəstə, Ordubad rayonu – 18 fevral 1984, Bakı) — texnika elmləri doktoru (1948), professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1968).

Şirəli Məmmədov
Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri
26 sentyabr 1959 – 16 iyun 1961
Əvvəlkivəzifə təsis edilib
SonrakıAbdulla Qarayev
Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin ikinci katibi
1944 – 1945
SonrakıAğamirzə Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1904(1904-12-25)
Doğum yeri
  • Dəstə, Ordubad rayonu, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 18 fevral 1984(1984-02-18) (79 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Rusiya Kommunist (bolşeviklər) Partiyası
Fəaliyyəti professor
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı

Mündəricat

Həyatı

Şirəli Məmmədov 1904-cü ildə hazırkı Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ali təhsilini 1930-cu ildə Moskva Dağ-Mədən Akademiyasında Dağ-mədən mühəndisi ixtisası üzrə almışdır.

Əmək fəaliyyəti

Şirəli Məmmədov Maqnitoqorsk filiz mədənində işləmiş, Culfa "Soyuzmərgümüş" kombinatının rəisi olmuşdur. Moskva Dağ-Mədən İnstitutunun filiz yataqlarının işlənilməsi kafedrasına rəhbərlik etmişdir. Böyük Vətən müharibəsi illərində "Naxduzfiliz"in baş mühəndisi vəzifəsində işləmişdir. 1950–1953-cü illərdə Zaqafqaziyada ən iri filiz-mədən kompleksinin Daşkəsən Dağ-Mədən Kombinatının tikintisinə rəhbərlik etmişdir.

1953–1954-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1956–1959-cu illərdə isə geofizika kafedrasının müdiri olmuşdur. 1959–1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsini icra etmişdir. 1965–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının müdiri olmuşdur. 1958-ci ildən 1984-cü ilə qədər Geologiya və Geofizika İnstitutu) dağ-mədən işləri sektoruna rəhbərlik edərək Azərbaycanda dağ-mədən elminin əsasını qoymuş və onun yaradıcısı olmuşdur.

Elmi fəaliyyəti

Şirəli Məmmədov dağ-mədən süxurlarının partlayışla dağıdılması, filiz və qeyri-filiz yataqlarının işlənməsi, şaxta üsulu ilə neftin çıxarılmasının, filiz yataqlarının işlənməsinin yeraltı sistemlərinin təsnifatı üzrə mühüm nəzəri və təcrübü əhəmiyyəti olan elmi tədqiqatları yerinə yetirmişdir. Onun faydalı qazıntıların işlənməsi sistemi üzrə fundamental əsərləri dağ-mədən elmini çox zənginləşdirmişdir.

O, ali təhsil müəssisələrinin dağ-mədən fakültəsi tələbələri üçün azərbaycan dilində ilk dəfə yazılmış dərsliklərin və dərs vəsaitlərinin müəllifidir. 220-dən çox elmi əsəri, o cümlədən 23 monoqrafiyası dərc olunmuşdur. Faydalı qazıntıların işlənməsi üzrə çox sayda mütəxəssislər hazırlamışdır.

1938-ci ildə "Böyük filiz yataqlarının işlənilməsi zamanı kameralararası kütlələrin qoparılması məsələlərinə dair" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1948-ci ildə Moskvada Əlvan Metallar və Qızıl İnstitutunda "Filiz yataqlarının işlənməsinin yeraltı sistemlərinin seçilməsinin əsas prinsipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1970–1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntıların işlənilməsi kafedrasının professoru olmuşdur.

Ölümü

Şirəli Məmmədov 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları

  • "Qırmızı əmək bayrağı" ordeni (1946)
  • "Əməkdə fərqlənməyə görə" medalı (1939)
  • "Qafqazın müdafiəsinə görə" medalı (1945)
  • "Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı (1945)
  • "Əmək veteranı" medalı (1977)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şirəli Məmmədov haqqında məlumat. Şirəli Məmmədov nədir? Şirəli Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Xalça

  • Fevral 27, 2026

    Fransium

  • Fevral 27, 2026

    Zaqafqaziya Seymi

  • Fevral 24, 2026

    Longines

  • Fevral 27, 2026

    Pəncab qızılbaşları

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst