Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlikram Həsən oğlu Hüseynov (20 aprel 1926, Bakı – 18 avqust 2006, Bakı) — Azərbaycan tarzəni, orkestrin solisti; Azərbaycan Respublikasının əməkdar artisti (19

Əlikram Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Əlikram Hüseynov

Əlikram Həsən oğlu Hüseynov (20 aprel 1926, Bakı – 18 avqust 2006, Bakı) — Azərbaycan tarzəni, orkestrin solisti; Azərbaycan Respublikasının əməkdar artisti (1991)

Əlikram Hüseynov
Ümumi məlumatlar
Doğum tarixi 20 aprel 1926(1926-04-20)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 18 avqust 2006(2006-08-18) (80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Musiqiçi məlumatları
Fəaliyyəti tarzən, musiqiçi
Musiqi aləti tar
Təhsili
  • 1 nömrəli Dövlət Musiqi Texnikumu (1942–1946)
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Mündəricat

Həyatı

Əlikram Hüseynov 20 aprel 1926-cı ildə Bakıda doğulub. 1942–1946-cı illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuşdur. Oxuduğu müddətdə Əhməd Bakıxanov və Adil Gəraydan dərs almışdır. 1947-ci ildə Üzeyir Hacıbəyov və Cəfər Cəfərovun iştirakı ilə keçirilən musiqi müsabiqəsində Orta Mahuru çalmış, birinci yerə çıxmışdır. 1947-ci ildə həmçinin Praqada keçirilən Festivalda da orta mahuru çalmışdır.

1959, 1960, 1961-ci illərdə konsert və tədbirlərdə Azərbaycan opera müğənnisi Bülbülü müşayiət etmişdir.

Əlikram Hüseynovun ilk təyinatı Şəkiyə verilmişdir. 1957-ci ildən 2006-cı ilə qədər isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmışdır.

Rübabə Muradova, Zeynəb Xanlarova, Rəsmiyyə Zeynalova, Arif Babayev, Baba Mahmudoğlu, Mənsum İbrahimov kimi sənətkarlarla çalışmışdır. Azərbaycan milli opera sənətinin inciləri olan "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" və "Aşıq Qərib"də tarzən kimi ifa etmişdir.

2006-cı il aprelin 19-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.

18 avqust 2006-cı ildə 80 yaşında Bakıda vəfat edib. Köhnə Yasamal qəbiristanlığında dəfn olunub.

Təltifləri

  • Azərbaycan Respublikasının əməkdar artisti — 19 sentyabr 1991

Ailəsi

Əlikram Hüseynov Sürayə xanımla ailə həyatı qurmuş, Məxfirət adlı qızı və Yaşar adlı oğlu olmuşdur.

Ədəbiyyat

  • Hüseynov Əlikram. Oxu tar /Əlikram Hüseynov; Toplayıb tərtib edən: S. Q. Quliyeva.- B.: Günəş, 2005, 112 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əlikram hüseynov sözünün mənası, əlikram hüseynov haqqında məlumat. əlikram hüseynov nədir? əlikram hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    51 (ədəd)

  • Fevral 28, 2026

    Kostyuşko (dağ)

  • Mart 06, 2026

    Kumasi

  • Fevral 27, 2026

    Burun sümüyü

  • Fevral 27, 2026

    Cəlayırlar sülaləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst