Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mənsum İsrafil oğlu İbrahimov (1 oktyabr 1960, İmamqulubəyli, Ağdam rayonu) — xanəndə, Azərbaycan Respublikasının xalq artisti (2005), Prezident mükafatçısı, Az

Mənsum İbrahimov

  • Ana Səhifə
  • Vikipediya
  • Mənsum İbrahimov

Mənsum İsrafil oğlu İbrahimov (1 oktyabr 1960, İmamqulubəyli, Ağdam rayonu) — xanəndə, Azərbaycan Respublikasının xalq artisti (2005), Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru. Konservatoriyanın Muğam kafedrasının müdiri (2023-cü ildən)

Mənsum İbrahimov
Ümumi məlumatlar
Doğum tarixi 1 oktyabr 1960(1960-10-01) (65 yaş)
Doğum yeri
  • İmamqulubəyli, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, aktyor, xanəndə
Fəaliyyət illəri 1987-ci ildən
Musiqi alətləri qaval
Səs tembri tenor
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20052005 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 19981998 "Sənətkar" medalı
  • "Şərəf" ordeni — 20202020 "Şöhrət" ordeni — 20102010
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982–1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil almışdır. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuşdur. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa etmişdir. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində — İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanadada təmsil edir. Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi kollecinin müəllimi kimi fəaliyyət göstərir.

1998-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2005-ci ildə isə "xalq artisti" fəxri adına layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 30 dekabr 2020-ci ildə Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif olunub. 10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. 1 may 2017-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.

Filmoqrafiya

  • Güllələnmiş heykəllər (film, 2002)
  • Biz qayıdacağıq (film, 2007)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mənsum i̇brahimov sözünün mənası, mənsum i̇brahimov haqqında məlumat. mənsum i̇brahimov nədir? mənsum i̇brahimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Kapadokya

  • Mart 06, 2026

    Sauropodomorpha

  • Mart 01, 2026

    Kevin Speysi

  • Fevral 27, 2026

    Borsunlu kurqanları

  • Mart 06, 2026

    Qırmızı ulduz

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst