Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zeynəb Xanlarova (28 dekabr 1936, Bakı) — Azərbaycan müğənnisi, ictimai xadim, SSRİ xalq artisti (1980), Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq

Zeynəb Xanlarova

  • Ana Səhifə
  • Vikipediya
  • Zeynəb Xanlarova

Zeynəb Xanlarova (28 dekabr 1936, Bakı) — Azərbaycan müğənnisi, ictimai xadim, SSRİ xalq artisti (1980), Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), "Heydər Əliyev" ordeni laureatı (2016). Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış deputatı, (1985–1995). Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V çağırış deputatı (1995–2020)

Zeynəb Xanlarova
Zeynəb Yəhya qızı Xanlarova
Xanlarova 2016-cı ildə
Xanlarova 2016-cı ildə
Ümumi məlumatlar
Ləqəbləri "Dünyanın Zeynəbi"
Doğum tarixi 28 dekabr 1936(1936-12-28) (89 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, siyasətçi
Fəaliyyət illəri 1961-ci ildən
Janrlar klassik musiqi, xalq musiqisi, opera
Səs tembri soprano
Təhsili
  • Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
Mükafatları "Heydər Əliyev" ordeni — 20162016 "İstiqlal" ordeni — 20062006 "Şöhrət" ordeni — 19961996 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Şərəf nişanı" ordeni — 19711971 "Xalqlar dostluğu" ordeni — 19861986
"SSRİ xalq artisti" fəxri adı — 19801980 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19751975 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1967 "Ermənistan SSR xalq artisti" fəxri adı — 1978 Azərbaycan SSR Dövlət mükafatı — 19881988 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20112011
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.

Yaradıcılığı

1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçısıdır. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib və bir çox dillərdə mahnılar ifa edib.

Siyasi fəaliyyəti

Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış və Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı olmuşdur.

Mükafatları

  • Azərbaycan Sovet Sosialist Respublikası "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 7 iyul 1967
  • SSRİ "Şərəf nişanı" ordeni — 2 iyul 1971
  • Azərbaycan Sovet Sosialist Respublikası "Azərbaycan SSR xalq artisti" fəxri adı — 24 mart 1975
  • Ermənistan Sovet Sosialist Respublikası "Ermənistan SSR xalq artisti" fəxri adı — 15 mart 1978
  • SSRİ "SSRİ xalq artisti" fəxri adı — 28 iyul 1980
  • SSRİ "Qızıl val" mükafatı ("Melodiya" firması) — 18 fevral 1986
  • SSRİ "Xalqlar Dostluğu" ordeni — 26 dekabr 1986
  • Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988
  • Azərbaycan "Şöhrət" ordeni — 27 dekabr 1996
  • Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005
  • Azərbaycan "İstiqlal" ordeni — 26 dekabr 2006
  • Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 28 dekabr 2011
  • Azərbaycan "Heydər Əliyev" ordeni — 26 dekabr 2016
  • Türkiyə Basın və Başarı ödülü (Türk Basın Birliyi)
  • Türkiyə İlin Sənətçisi (Ankara Jurnalistlər Birliyi)

Filmoqrafiya

  • Abşeron ritmləri (film, 1970)
  • Toyda görüş (film, 1970)
  • Konsert proqramı (film, 1971)
  • Qəribə adam (film, 1979)
  • Nəğməkar torpaq (film, 1981)
  • Üzeyir ömrü (film, 1981)
  • Salam, Zeynəb! (film, 1982)
  • Şərt (film, 1984)
  • Hacı Arif (film, 1995)
  • Şeirin xəzrisi (film, 2000)
  • Əliyevin əli (film, 2000)
  • Uğur formulu (film, 2007)
  • Yorulmamışam. Rövşən Behcət (film, 2007)
  • Xilaskar. III Film (film)

Həmçinin bax

  • Mehriban Xanlarova

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zeynəb Xanlarova haqqında məlumat. Zeynəb Xanlarova nədir? Zeynəb Xanlarova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qasım Qasımzadə

  • Fevral 27, 2026

    1920-ci illər

  • Fevral 27, 2026

    Qudyalçay

  • Fevral 27, 2026

    Adil şah

  • Fevral 27, 2026

    Həmədan şəhristanı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst