Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhmədağa Məmmədrza oğlu Bakıxanov (5 sentyabr 1892, Bakı – 26 mart 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, Azərbaycan SSR xalq artisti (1973), Azərbaycan SSR

Əhməd Bakıxanov

  • Ana Səhifə
  • Vikipediya
  • Əhməd Bakıxanov

Əhmədağa Məmmədrza oğlu Bakıxanov (5 sentyabr 1892, Bakı – 26 mart 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, Azərbaycan SSR xalq artisti (1973), Azərbaycan SSR əməkdar müəllimi (1943).

Əhməd Bakıxanov
Ümumi məlumatlar
Doğum adı Əhmədağa Bakıxanov
Doğum tarixi 5 sentyabr 1892
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 26 mart 1973 (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Dəfn yeri II Fəxri xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Uşağı
  • Tofiq Bakıxanov
Atası Məmmədrza bəy Bakıxanov
Musiqiçi məlumatları
Fəaliyyəti tarzən, pedaqoq
Musiqi aləti tar
Təhsili
  • Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19731973 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1964 "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1964
"Şərəf nişanı" ordeni — 19461946

Mündəricat

Həyatı

Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini İranda almış, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs demişdir. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaratmış, ömrünün sonunadək bu ansambla rəhbərlik etmişdir. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır.

Ə. Bakıxanov "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin müəllifidir.

Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. Ə. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur.

26 mart 1973-cü ildə vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilmişdir.

Məşhur yayılmış versiyanın əksinə, Abbasqulu ağa Bakıxanovun nəvəsi deyil, bəstəkar Tofiq Bakıxanovun atasıdır.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 mart 1973[⇨]
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 dekabr 1964[⇨]
  • "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 17 iyun 1943
  • "Şərəf nişanı" ordeni — 25 fevral 1946

Filmoqrafiya

  • Əhməd Bakıxanov (film, 2003)

Ədəbiyyat

  • Енциклопедия Азербайджанского Мугама. Б: Шарг-Гарб. 2012. 268.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhməd Bakıxanov haqqında məlumat. Əhməd Bakıxanov nədir? Əhməd Bakıxanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Engraulis

  • Fevral 28, 2026

    Jak-İv Kusto

  • Fevral 27, 2026

    Liqa 1

  • Fevral 23, 2026

    5 noyabr

  • Fevral 27, 2026

    Tabaxmela

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst