Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəkər Aslan və ya Şəkər Aslanov (10 oktyabr 1937, Lənkəran, Azərbaycan SSR — 12 iyun 1995, Lənkəran, Azərbaycan Respublikası) — şair, dramaturq, jurnalist. 1968

Şəkər Aslan

  • Ana Səhifə
  • Vikipediya
  • Şəkər Aslan

Şəkər Aslan və ya Şəkər Aslanov (10 oktyabr 1937, Lənkəran, Azərbaycan SSR — 12 iyun 1995, Lənkəran, Azərbaycan Respublikası) — şair, dramaturq, jurnalist. 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatının laureatı (1978).

Şəkər Aslan
Şəkər Mirzə oğlu Aslanov
Doğum tarixi 10 oktyabr 1937(1937-10-10)
Doğum yeri
  • Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 12 iyun 1995(1995-06-12) (57 yaşında)
Vəfat yeri
  • Lənkəran, Azərbaycan
Fəaliyyəti şair
Mükafatları +

Mündəricat

Həyatı

Şəkər Aslan 1937-ci il oktyabr ayının 10-da Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran mədəniyyət evində başlamışdır. 1964–1968-ci illərdə "Leninçi", Lənkəran rayon qəzetində, ədəbi işçi, 1968–1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970–1992-ci illərdə "Leninçi" (sonralar "Lənkəran") qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 1993-cü ildə "Söz" ədəbi-bədii jurnalını təsis etmişdir. 1994–1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olmuşdur.

Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1981) və "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.

1995-ci il iyunun 12-də vəfat etmişdir.

Yaradıcılığı

Ədəbi fəaliyyətə "Sosialist subtropikası" Lənkəran rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan "Koreyalı bacıma" adlı şeiri ilə başlamışdır. Çap etdirdiyi şeir kitablarında vətənə məhəbbət, doğma təbiətin gözəllikləri, müasir insanların zəngin mənəvi dünyası, istək və arzuları, sevgiləri öz əksini tapmışdır. Şeirləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. Publisistik məqalələrin, Lənkəran çayının tarixinə, xüsusiyyətlərinə həsr olunmuş "Samovara od salmişam" bədii-publisistik kitabın müəllifidir.

"Sən kimsən, Ata?" (1982), "Birtərəfli hərəkət" (1987) pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.

Şeirlərinə musiqi bəstələnmışdir (Tofiq Quliyev, Tofiq Əhmədov, Ramiz Mustafayev, Rauf Hacıyev, Nəriman Məmmədov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Ə. Əzimov, H. Adıgözəlzadə, Oktay Kazımov, Emin Sabitoğlu və s.).

Kitabları

  • 1. Bahar yağışı. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı. 1964. 56 səh.
  • 2. Ürəyimi açıram. Gənclik, Bakı. 1967.52 səh.
  • 3. Sənə nəğmə deyirəm. Gənclik, Bakı. 1969. 104 səh.
  • 4. Məhəbbət fəsli. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı. 1973. 82 səh.
  • 5.Живу у моря. Советский писатель, Москва. 1976. 120 səh. (rus dilində)
  • 6. Sevgi günü. Gənclik, Bakı. 1977. 104 səh.
  • 7. Səni sevdiyim gündən. Gənclik, Bakı. 1980. 120 səh.
  • 8. Bu günlərdən iz qalacaq. Yazıçı, Bakı. 1982. 144 səh.
  • 9. Döy mənim qapımı. Yazıçı, Bakı. 1986. 136 səh.
  • 10.Цветы из Ленкорани. Советский писатель, Москва. 1986. 96 səh. (rus dilində)
  • 11. Dünyanın sevincləri. Gənclik, Bakı. 1987. 96 səh.
  • 12. Samovara od salmışam. İşıq, Bakı. 1989.
  • 13. Evə məktub. Yazıçı, Bakı. 1991. 208 səh.
  • 14. Payıma düşən ömür. Avrasiya Press. Bakı. 2012.

Xatirəsi

● Lənkəran şəhərində mərkəzi küçələrdən biri Şəkər Aslanın adını daşıyır.

● Lənkəran şəhərində 16 saylı Sütəmurdov kənd kitabxanası Şəkər Aslanın adını daşıyır.

● Şəkər Aslanın 85 illik yubileyi Lənkəran Dövlət Dram Teatrında qeyd edilmişdir.

● Şəkər Aslanın 60, 65, 70, 75 və 80 illik yubileyləri Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şəkər aslan sözünün mənası, şəkər aslan haqqında məlumat. şəkər aslan nədir? şəkər aslan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İnvestor

  • Fevral 28, 2026

    Bob Vudvord

  • Mart 06, 2026

    Əşrəf Əlimirzəyev

  • Mart 06, 2026

    Rəşad Məmmədov

  • Fevral 27, 2026

    I Əbdüləziz

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst