Fərrux Şıxlinski (Fərrux İsmayıl oğlu Şıxlinski; 16 yanvar 1962, Bakı) — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşı.
| Fərrux Şıxlinski | |
|---|---|
| Doğum tarixi | 16 yanvar 1962 (64 yaş) |
| Doğum yeri | |
| Həyat yoldaşı |
|
| Atası | İsmayıl Şıxlı |
| Fəaliyyəti | jurnalist |
| Təhsili |
|
Həyatı
Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.
1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakultəsini bitirib.Universiteti bitirdikdən sonra hərbi xidmət etmişdir (1986–1988)
Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət" qəzetində (1989–1991), və "Ayna" — "Zerkalo" qəzetlərində rəssamlıq etmişdir. "Həftə sonu plyus" — "Week-end plyus" qəzetində baş redaktor işləmişdir
"Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibidir.
Ailəsi
Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist Elçin Şıxlının qardaşı, yazıçı Reyhan Yusifqızının həyat yoldaşıdır. Evlidir. İki övladı var.
Xarici keçid
2011-11-22 at the Wayback Machine
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fərrux Şıxlinski haqqında məlumat. Fərrux Şıxlinski nədir? Fərrux Şıxlinski nə deməkdir?