Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əyyub Cəfər oğlu Fətəliyev (7 noyabr 1925, İrəvan – 21 aprel 2000, Bakı) — teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964).

Əyyub Fətəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Əyyub Fətəliyev

Əyyub Cəfər oğlu Fətəliyev (7 noyabr 1925, İrəvan – 21 aprel 2000, Bakı) — teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964).

Əyyub Fətəliyev
Doğum tarixi 7 noyabr 1925
Doğum yeri
  • İrəvan, İrəvan qəzası, Ermənistan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 21 aprel 2000 (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ →
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Bakı Rəssamlıq Məktəbi
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1964
"Şərəf nişanı" ordeni

Həyatı

Əyyub Cəfər oğlu Fətəliyev 1925-ci ilin 7 noyabr tarixində İrəvan şəhərində anadan olub. Rəssamlığa gənc yaşlarından etibarən maraq göstərməyə başlayıb. İlk təhsilini 1944-cü ildə bitirdiyi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. Bir müddət işlədikdən sonra ali rəssamlıq təhsili almaq üçün Moskva şəhərinə getmiş və burada Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul edilmişdir.

1952-ci ildə Fətəliyev Azərbaycanın tanınmış bəstəkarı Soltan Hacıbəyovun Gülşən baletinin səhnə tərtibatı mövzusunda diplom işini uğurla müdafiə edərək, İnstitutun Teatr rəssamlığı fakultəsini müvəffəqiyyətlə bitirmişdir. Əsəri müsabiqədə müvəffəqiyyət qazanan Əyyub Fətəliyev 1952-1955-ci illərdə Moskvada yerləşən SSRİ məkanında ən nüfuzlu teatr hesab olunan SSRİ Dövlət Akademik Böyük Teatrında əvvəlcə təcrübəçi rəssam, sonra isə baş rəssam assistenti olaraq çalışmışdır.

Rəssam Böyük teatrda rejissorlar Pokrovski, Baratov, teatrın baş rəssamı Vadim Rindinin rəhbərliyi ilə önəmli yaradıcılıq təcrübəsi keçərək, teatr sənətinin incə mətləblərini mənimsəyib. Əyyub Fətəliyev üç il müddətində baş rəssamın assistenti kimi Cüzeppe Verdinin Traviata, Nikolay Rimski-Korsakov Qar qız, Dmitri Kabalevskinin Nikita Verşinin, Anton Rubinşteynin Demon tamaşalarının bədii tərtibatının hazırlanmasında iştirak edib.

1955-ci ildə rəssam Bakıya qayıdaraq, ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. O, teatrda əvvəlcə quruluşçu rəssam, 1957-ci ildən isə teatrın baş rəssamı kimi bir çox məşhur opera tamaşalarına bədii tərtibat vermişdir. Rəssam həmçinin bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı ixtisaslı teatr rəssam kadrlarının hazırlanmasında da əmək sərf edib, iyirmi ildən artıq Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub.

Rəssamın fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib, o, 1964-cü ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Əyyub Fətəliyevin Opera və Balet Tearında ilk müstəqil yaradıcılıq işi gürcü rəssamı Zaxari Paliaşvilinin Daisi (1956, quruluşçu rejissor Şəmsi Bədəlbəyli) operası olub. Rəssam əsərin ideya qayəsinin daha mükəmməl şəkilləndirilməsi və açılmasına xidmət edən uğurlu səhnə tərtibatı hazırlayıb.

Əyyub Fətəliyevin bəddi tərtibatını və quruluşunu hazırladığı opera tamaşalarına Cahangir Cahangirovun Azad (1957), Xanəndənin taleyi (1979), Fikrət Əmirovun Sevil (1959), Üzeyir Hacıbəyovun Koroğlu (1959, 1975, Xalq rəssamı Tahir Salahovla birgə), Süleyman Ələsgərovun Bahadır və Sona (1961), Cüzeppe Verdinin Aida (1961), Traviata (1964) Otello (1982), Aleksandr Borodinin Knyaz İqor (1964, 1975), Modest Musorqskinin Boris Qodunov (1966), Vasif Adıgözəlovun Ölülər (1967), Pyotr Çaykovskinin Qaratoxmaq qadın (1968), Qara Qarayevin və Cahangir Hacıyevin Vətən (1973), Zakir Bağırovun Aygün (1973) operalarını qeyd etmək olar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əyyub Fətəliyev haqqında məlumat. Əyyub Fətəliyev nədir? Əyyub Fətəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Anton Denikin

  • Fevral 27, 2026

    .zr

  • Fevral 26, 2026

    Qərb küləkləri

  • Fevral 24, 2026

    Həkəri çayı

  • Fevral 27, 2026

    Məhəmməd əş-Şeybani

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst