Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Denikin Anton İvanoviç (16 dekabr 1872[…], Şpetal[d], Polşa çarlığı, Rusiya imperiyası – 8 avqust 1947[…], Ann-Arbor, Miçiqan) — rus hərbçisi, Oktyabr çevrilişi

Anton Denikin

  • Ana Səhifə
  • Vikipediya
  • Anton Denikin

Denikin Anton İvanoviç (16 dekabr 1872[…], Şpetal[d], Polşa çarlığı, Rusiya imperiyası – 8 avqust 1947[…], Ann-Arbor, Miçiqan) — rus hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916).

Anton Denikin
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1872(1872-12-16)[…]
Doğum yeri
  • Şpetal[d], Polşa çarlığı, Rusiya imperiyası
Vəfat tarixi 8 avqust 1947(1947-08-08)[…] (74 yaşında)
Vəfat yeri
  • Ann-Arbor, Miçiqan, ABŞ
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
  •  Rusiya imperiyası
Təhsili
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü piyada
Xidmət illəri 1895-ci ildən
Rütbəsi
  • general-leytenant (1916)
Komandanlıq edib
  • Ağ ordu,
  • Birinci dünya müharibəsində Qərb cəbhəsi,
  • Könüllü Ordu. Denikin
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Rusiyada vətəndaş müharibəsi,
  • Rus-yapon müharibəsi
Təltifləri III dərəcəli Müqəddəs Georgi ordeni — 1915 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni — 1915 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni — 1914 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni — 1909 qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni — 1905 qılınclı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni — 1904 qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni — 1904 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni — 1902 1914–1918 hərbi xaçı — 1917 Knight Commander of the Order of the Bath — 1919 Order of Michael the Brave, 3rd class — 1917 Medal 100 year 1812 — 1912 Medal "In memory of the 300th anniversary of Romanov dynasty" — 1913 Q3332355 — 1918 "İgidliyə görə" qızıl qılıncı — 1915
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Birinci Dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L. G. Kornilov və M. Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı.

Denikin Birinci Dünya müharibəsində

"Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı. Azərbaycan Xalq Cümhuriyyəti Dağıstan xalqlarının Denikinə qarşı mübarizəsini dəstəkləmişdi. Bu məqsədlə də, dövlət büdcəsindən 50 milyon rubl (2.5 milyon funt sterlinq) ayrılmışdır, bu da AXC nin büdcəsinin 1/8-ni təşkil edirdi. Hərbi uğursuzluqlar, sovet ordusunun qaçılmaz qələbəsi şəraitində Denikin 1920-ci il fevralın 7-də Cənubi Qafqaz respublikalarının müstəqilliyini tanıdığını bildirmişdi. 1920-ci ilin martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma qaçmış, komandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anton Denikin haqqında məlumat. Anton Denikin nədir? Anton Denikin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nihal Atsız

  • Fevral 23, 2026

    28 fevral

  • Fevral 25, 2026

    II Əbdülhəmid

  • Fevral 27, 2026

    Rizə ili

  • Fevral 27, 2026

    Qızılkilsə

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst