Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərəb üsyanı (ərəb. الثورة العربية, Al-Thawra al-`Arabiyya‎, türk. Arap İsyanı/Ayaklanması, ing. Arab Revolt) — Yaxın Şərqdə müstəqil ərəb dövlətlərinin formalaş

Ərəb üsyanı

  • Ana Səhifə
  • Vikipediya
  • Ərəb üsyanı

Ərəb üsyanı (ərəb. الثورة العربية, Al-Thawra al-`Arabiyya‎, türk. Arap İsyanı/Ayaklanması, ing. Arab Revolt) — Yaxın Şərqdə müstəqil ərəb dövlətlərinin formalaşmasına səbəb olan 1916-1918-ci illərdə baş vermiş azadlıq hərəkatı.

Ərəb üsyanı
Birinci Dünya müharibəsi
Ərəbistan səhrasında ərəb üsyanı bayrağı daşıyan ərəb ordusunun əsgərləri.
Tarix İyun 1916 — Oktyabr 1918
Yeri Ərəbistan yarımadası
Səbəbi Etnik münaqişə, ərəb milliyətçiliyi
Nəticəsi Ərəblərin qələbəsi
Sevr müqaviləsi
Ərazi dəyişikliyi Ərəblər müstəqillik əldə etdilər. Osmanlı, Hicaz və Yəmən torpaqlarını itirdi.
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Hicaz krallığı

Komandan(lar)

Camal paşa
Fəxrəddin paşa Mühiddin paşa
Otto Liman fon Sanders
Səud bin Əbdüləziz

Hüseyn ibn Əli
Feysəl ibn Hüseyn
Abdulla ibn Əl-Hüseyn
Edmund Allenbi
T.E. Lourens
Əbdüləziz ibn Səud

Tərəflərin qüvvəsi

may 1916
6,500-7,000
sentyabr 1918
23,000

iyun 1916
30,000
1918
50,000

İtkilər

Ölü
5.000
10.000 xəstəlikdən
Yaralı
10.000
Əsir
22.000+

Bilinmir

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Arxa plan

    Osmanlı İmperiyasının vilayətlərindən biri olan Hicaz, valilər tərəfindən idarə olunurdu. Vilayətin idarəçiyilində, validən başqa Peyğambər soyundan və məhdudi səlahiyyətlərə sahib olan bir əmir mövcud idi. Bu əmirlərdən sonuncusu olan Şərif Hüseyn vəzir rütbəsiylə Dövlət Şurasının bir üzvü olmasına baxmayaraq, Şərif Abdi Lillah Paşanın 1908-ci ildə birdən vəfatı üzərinə Məkkə əmiri tituluna layiq görülmüş və oraya göndərilmişdir. Şərif Hüseyn, II Ədbulhəmidin iqtidarı zamanı etibarsız görülərək İstanbulda saxlanılmış və Dövlət Şurasının üzvü olmuşdur. İttihad və Tərəqqi partiyası rəhbərliyə gəldikdən sonra bu vəziyyət üzərinə onu Məkkə əmiri tituluna layiq görmüşdür. Məkkə əmiri Şərif Hüseyn və bölgənin Osmanlı valisi Vəhib paşa arasındakı anlaşılmazlıq üsyanın təməllərindən biri idi.

    1865-ci ildə Ərəbistan yarımadasında milliyyətçi ərəb təşkilatları qurulmağa başlandı. Birinci Dünya müharibəsi əsnasında, Şərif Hüseynin oğlu Əmir Feysəlın başçılığında və İmam Yəhya və İbn Səudun da üzv olduğu, Şərif Hüseynin Osmanlı dövlətinə qarşı müharibə elan etməsi və Antanta dövlətlərinin köməyi bir ərəb hökuməti təsisini məqsəd qoyan bir cəmiyyət qurulmuşdur.

    Britaniya ilə razılaşma

    Şərif Hüseynin üsyan fikri, 1914-cü ilin fevral ayının ilk həftəsində Misirdə oğlu Əmrah Abdullah ilə görüşdən sonra, Britaniya hakimiyyəti ilə davamlı irəliləyiş əldə etdi. Şərif Hüseyn 1 iyul 1915 tarixində Britaniyaya ilk təklifini göndərmiş və öz xüsusi məktubunda Mərsin və Adanadan Mosul şəhərinə qədər çəkiləcək cənub xəttində ərəblərin müstəqil bir hökumət qurmasına icazə veriməsi şərtiylə, aid olduğu Osmanlı xəlifəliyinə qarşı üsyan edəcəyini bildirmişdir. Şərif Hüseyn və Britaniya arasındakı danışıqlar nəhayət 10 mart 1916 tarixində qarşılıqlı razılaşma ilə tamamlandı. 6 noyabr 1916 tarixinə qədər Şərif Hüseynə 773 min funt sterlinq maddi dəstək verilmişdir.

    Üsyan

    Şərif Hüseyn 10 iyun 1916 tarixində Osmanlı dövlətinə qarşı üsyan başlatdı və özünü "Ərəb Ölkələrinin Kralı" elan etdi. Lakin 3 yanvar 1917 tarixində Britaniya və onun müttəfiqləri bu titulu uyğun görmədilər və onu, müstəqil bir idarəçi və rəsmi olaraq "Hicazın Hökmdarı və Hakimiyyəti" olaraq tanıdılar.

    Hüseynin özünü bütün ərəb ölkələrinin padşahı olduğunu elan etməsi, Əbdüləziz ibn Səudu çox narahat etmişdi. Bunun üzərinə İran körfəzindəki Britanya məsulu onu indiki Küveytə dəvət edib, ona həm silah, həm də maddi yardım etmə, və həmçinin, Hüseyinin onun şəxsi işlərinə qarışmama və "Ərəblərin Kralı" olaraq ərəblər adına danışma qarantiyalarını vermişdir. Buna qarşı Ədbüləziz ibn Səud, Hüseynə qarşı heç bir hərəkət etməyəcəkdir. Britaniyalıların Əbdüləziz ibn Səudə çox tolerant olmasının səbəbi, Hüseyni Ərəbistan yarımadasında, Şamda və İraqda Osmanlılara qarşı mübarizə etməməsini təmin etmək idi.

    Nəticə

    Bir tərəfdən, 1916-cı ildən bəri ərəb üsyançılarına qarşı mübarizə aparan Osmanlı İmperiyası, 1918-ci ildə imzaladığı Mudros müqaviləsinə əsasən bölgədən çəkilmişdir. Ərəb üsyanından sonra Britaniyə Şərif Hüseynə vəd etdiyi torpaqları verməmişdir. 1917-ci ildə imzalanmış Balfur Bəyannaməsinə əsasən Fələstində bir yəhudi məskəni yaradılmışdır. Bu üsyanın nəticələri bu günə qədər bir çox problemlərə səbəb olmuşdur.

    Həmçinin bax

    • Osmanlı Ərəbistanı
    • Ərəb baharı

    Ədəbiyyat

    • Fromkin, Deyvid (1989). A Peace to End All Peace (azərb. Bütün Sülhləri Sona Çatdıran Sülh‎). Avon Kitablar.
    • Korda, Maykl, Hero: The Life and Legend of Lawrence of Arabia (azərb. Qəhrəman: Ərəbistan Lourensinin Həyatı və Əfsanəsi‎). ISBN 978-0-06-171261-6.
    • Lourens, T. E. (1935). Seven Pillars of Wisdom (azərb. Hikmətin Yeddi Pilləsi‎). Dabldey, Doran, və Ko.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərəb üsyanı haqqında məlumat. Ərəb üsyanı nədir? Ərəb üsyanı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 23, 2026

      Şimal boğazı

    • Fevral 27, 2026

      Mobil proqram

    • Fevral 27, 2026

      Alen Simonyan

    • Fevral 23, 2026

      Özbəklər

    • Fevral 10, 2026

      Gürcüstan

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst