Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hicaz vilayəti (ərəb. ولاية الحجاز‎; türk. Hicaz vilayeti) — Osmanlı İmperiyasında 1872-ci ildə Məkkə şərifliyini ləğv edərək təsis etiyi vilayət. 1899-cu ilə ə

Hicaz vilayəti

  • Ana Səhifə
  • Vikipediya
  • Hicaz vilayəti

Hicaz vilayəti (ərəb. ولاية الحجاز‎; türk. Hicaz vilayeti) — Osmanlı İmperiyasında 1872-ci ildə Məkkə şərifliyini ləğv edərək təsis etiyi vilayət. 1899-cu ilə əsasən vilayətin sahəsi 250 000 km2 olduğu ehtimal olunur. Hicaz vilayətinin şimalında Şam vilayəti, cənubunda Yəmən vilayəti vardı. Vilayətin inzibati mərkəzi əvvəllər Məkkə şəhəri idi. Sonradan mərkəz Taifə köçürülmüşdür.

Hicaz vilayəti
Ölkə
  •  Osmanlı imperiyası
İnzibati mərkəz Məkkə, Taif
Tarixi və coğrafiyası
Yaradılıb 1872
Ləğv edilib 10 yanvar 1919
Hicaz vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

1517-ci ildə Osmanlı sultanı I Səlimin Misir Məmlük Sultanlığını məğlub edərək Ərəbistan yarımadasında Məkkə və Mədinə bölgələrini ələ keçirdi. Bu tarixdən etibarən Məkkə və Mədinə bölgəsində hökmranlıq edən Məkkə şərifliyi Osmanlılardan vassal asılılıqda idi.

1750-ci ildə bölgəni vəhhabilər tamamilə öz hakimiyyəti altına salmaq istəyirdilər. XIX əsrin əvvəllərində Misir vilayətinin əlinə keçdi və Qavalalı Mehmed Əli Paşa osmanlılar adına bölgəni idarə etməyə başladı. 1811-ci ildə bölgəni vəhhabilər işğal etsə də Qavalalı Mehmed Əli Paşa təkrar bölgəni geri aldı

1872-ci ildə Məkkə şərifliyi ləğv edildi. Onun əhatə etdiyi torpaqlarda Hicaz vilayəti yaradıldı. Birinci Dünya müharibəsi zamanı 1916-cı il iyul ayında ərəblər tərəfindən ələ keçirildikdən sonra vilayət ləğv edilərək müstəqil Hicaz krallığı yaradıldı.

Əhalisi

1885-ci ildə Osmanlı imperiyasının Hicaz vilayəti üzrə əhalinin siyahıya alınmasına əsasən, vilayət əhalisinin ümumi sayı 3.5 milyon nəfərdir. Vilyam L. Oçsenvaldın sözlərinə görə, XIX əsrdə Asır və Hicazın faktiki əhalisi 400 000-dən 800 000 diapazonundadır. Əhalinin əksər hissəsi heyvandarlıqla məşğul olan oturaqlar və yarımsəhra köçəriləridir. Vilayətdə bədəvi tayfaları üstünlük təşkil edirdi. Onların üzərindəki Osmanlı nəzarəti formal idi. Bədəvi tayfalarından əsasən Mədinə və Ciddə sancaqlıqlarına valilər təyin edilirdi.

Sancaqlıqlar

Hicaz vilayətinə bağlı olan sancaqlıqlar aşağıdakılardır:

  • Məkkə sancaqlığı — Sancaqlığın mərkəzi Məkkə şəhəri idi.
  • Mədinə sancaqlığı — Sancaqlığın mərkəzi Mədinə şəhəridir. Bu sancaqlığa Əl-Vəç, Səvarix, Yənbə ul-Bahr qəzaları və Xaybar, Emlac, Ala və Akabe nahiyələri tabe idi.
  • Ciddə sancaqlığı — Sancaqlığın mərkəzi Ciddə qəzası idi. Bu sancaqlığına Mamurətulhəmid qəzası və Rabiğ nahiyəsi tabe idi.

Həmçinin bax

  • Məkkə Şərifliyi
  • Hicaz krallığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hicaz vilayəti haqqında məlumat. Hicaz vilayəti nədir? Hicaz vilayəti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Sahibkarlıq

  • Fevral 27, 2026

    Məmlük

  • Fevral 27, 2026

    Adam Oleari

  • Fevral 27, 2026

    Sfinks (yunan)

  • Fevral 27, 2026

    Keçi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst