Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Osmanlı Ərəbistanı (ərəb. الدولة العثمانية في شبه الجزيرة العربية‎; türk. Osmanlı Arabistanı) — Ərəbistan yarımadasının 1517-ci ildən 1918-ci ilə qədər davam ed

Osmanlı Ərəbistanı

  • Ana Səhifə
  • Vikipediya
  • Osmanlı Ərəbistanı

Osmanlı Ərəbistanı (ərəb. الدولة العثمانية في شبه الجزيرة العربية‎; türk. Osmanlı Arabistanı) — Ərəbistan yarımadasının 1517-ci ildən 1918-ci ilə qədər davam edən dövrdəki adı. Bu dövrdə, Ərəbistan torpaqlar Osmanlı imperiyasının tərkibində olduğuna görə belə adlandırılmışdır. Regionda osmanlıların nəzarəti mərkəzi hakimiyyətin gücü zəiflədikcə azalmağa başladı.

1914-cü ildə Ərəbistan yarımadası.

Mündəricat

Tarixi

Erkən dövr

XVI əsrdə Osmanlı imperiyası Qırmızı dənizindən Fars körfəzinə qədər olan torpaqlarda (Hicaz, Asir və əl-Xasa) öz hakimiyyətlərini qurdular. Qırmızı dənizi və Hind okeanı sahillərində portuqaliyalıların güclənməsinin qarşısını almaq üçün bu fəthlər çox önəmli idi. Hələ 1548-ci ildə Məkkə şərifi Nəcd və Hicaz tayfalarını cəzalandırmaq məqsədilə basqınlar təşkil edirdi.

Səudiyyə dövlətlərinin yaranması

XVIII əsrdə Ərəbistan yarımadasının mərkəzi bölgələrində Səud sülaləsi güclənməyə başlamışdı. Bu sülalə müstəqil ərəb dövlətlərinin formalaşmasına önəmli rol oynamışdı. 1744-cü ildə Dəriyyə əmiri Məhəmməd bin Səud ilahiyyatçı Məhəmməd ibn Əbdülvahabın təsiri ilə vahhabi dini təlimini qəbul etdi. Səud oğulları vəhhabilərin dini imanlarına güvənərək, bütün Nəcdi, Qərbi Ərəbistanı və Şərqi Ərəbistanı işğal etməyi bacardılar. Bu dövr Ərəbistan tarixində Birinci Səudiyyə dövləti kimi adlandırılmışdı. 1792-ci ildə Məhəmməd ibn Əbdülvahabın ölümündən sonra Səud sülaləsi bütün dünyəvi və mənəvi hakimiyyəti öz əllərində birləşdirdilər. Səud sülaləsi 1803-cü ildə Məkkəni, 1804-cü ildə isə Mədinəni və bütün Hicazı ələ keçirdilər. Ancaq onların hakimiyyəti çox az müddət davam etdi. Səud sülaləsinə qarşı Osmanlı sultanının əmri ilə 1811-ci ildə Misir hakimi Qavalalı Mehmed Əli Paşa mübarizəyə başladı. Səud sülaləsinin 7 il davam edən mübarizəsi 1818-ci ildə sona çatdı. Misirlilər onların mərkəzi olan Dəriyyə şəhərini ələ keçirdilər. Səud əmiri Abdullah ibn Səud isə İstanbula göndərildi və orda öldürüldü.

1821-ci ildə Türk ibn Abdullah Ər-Riyadı mərkəz seçərək osmanlılara qarşı müharibəyə başladı. 1824-cü ildə paytaxtı Ər-Riyad olan İkinci Səudiyyə dövləti yarandı. İkinci Səudiyyə dövləti 67 il yaşadı və onlar əzəli rəqibləri olan Rəşidi sülaləsini Xail bölgəsində məhv etdilər.

Osmanlı hakimiyyətinin sonu

XX əsrin əvvəllərində Osmanlılar Ərəbistan yarımadasının çox hissəsinə hökmranlıq edirdi. Bəzi bölgələr isə müstəqilləşməkdə idi. Yerli sülalələr öz mülklərində hökmranlıqlarını qorumaqda davam edirdi. Məsələn, Məkkə şərifləri Hicazda hələ də söz sahibi idilər.

1902-ci ildə Səud sülaləsi Ər-Riyadı və bütün Nəcdi öz nəzarəti altına alaraq, sülalənin Nəcddə hakimiyyətə qayıdışını təmin etdilər. Səud oğulları İxvan təşkilatının dəstəyi ilə, vahhab dini ilə ruhlanmış qoşunla 1913-cü ildə əl-Xasanı Osmanlılardan geri aldı.

1916-cı ildə Məkkə şərifi Hüseyin ibn Əli əl-Haşimi Böyük Britaniyanın dəstəyi ilə Osmanlı İmperiyasına qarşı ərəb hərəkatını başlatdı. Üsyançılar müstəqil Ərəb dövlətini yaratmaq məqsədində idilər. Ancaq 1916-1918-ci illərdə üsyançılar zəif idi. Ancaq, I Dünya müharibəsindən sonra Osmanlı imperiyasının süqutu ilə üsyançılar istəklərinə çatdılar .

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Osmanlı Ərəbistanı haqqında məlumat. Osmanlı Ərəbistanı nədir? Osmanlı Ərəbistanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aşağı Əskipara

  • Fevral 27, 2026

    Təkər bazası

  • Fevral 24, 2026

    Təbii metallar

  • Fevral 27, 2026

    Roçester Universiteti

  • Fevral 27, 2026

    Dambldorun ordusu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst