Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şikotan (aynu. Сикотан, yap. 色丹島) — Aynu dilində "Əla yer" ("Şi" — əla; "Kotan" — yer) — Kuril adalarının cənubunda yerləşən cənubi kuril sırasına daxil olan ən

Şikotan

  • Ana Səhifə
  • Vikipediya
  • Şikotan

Şikotan (aynu. Сикотан, yap. 色丹島) — Aynu dilində "Əla yer" ("Şi" — əla; "Kotan" — yer) — Kuril adalarının cənubunda yerləşən cənubi kuril sırasına daxil olan ən iri ada. Rusiya adaya nəzarət edir. İnzibati cəhətdən Saxalin vilayətinin Cənubi Kuril şəhər dairəsi ərazisinə daxil edilir. Yaponiya isə adalara iddia edir. Adanı Hokkaydo qubernatorluğunun Nemuro dairəsinə daxil edilir. Ada federal əhəmiyyətli "Kiçik Kuril" qoruğu ərazisinə daxil edilmişdir.

Şikotan adası
aynu. Сикотан, yap. 色丹島
Ümumi məlumatlar
Sahəsi 225 km²
Hündür nöqtəsi 412 m
Əhalisi 2.820 nəfər (2010-cu il)
Yerləşməsi
43°48′00″ şm. e. 146°45′00″ ş. u.HGYO
Ölkələr
  •  Yaponiya
  •  Rusiya
Akvatoriya
  • Sakit okean
Şikotan adası xəritədə
Şikotan adası
Şikotan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Şikotan

Ada şimal-şərqdən cənub-qərbə 27 km uzanır. Eni 5–13 km təşkil edir. Adanın sahəsi 225 km²-dir. Maksimal hündürlüyü 412 metr olan Şikotan dağıdır. Adada fəaliyyətdə olan vulkan yoxdur. Buma baxmayaraq burada seysmik aktivlik yüksəkdir. Sahillərində sunamilər müşahidə edilir. Cənubi Kurilk boğazı daxilində Malokurilsk (şimalda) və Krabovaya buxtaları (mərkəz) yerləşir. Sahillərində gəmilərin yan alması üçün əlverişli buxtalar müşahidə edilir. Ada öz adını bu amildən almışdır. Şikotan adası Kunaşir adasından Cənubi Kuril boğazı ilə, Polonski adasından isə Şpanberq ilə ayrılır.

İqlimi

Şikotan adası dəniz mülayim iqliminə malikdir. Mussonların təsirinə məruz qalır. Cənub-şərqi şimal qərbinə nisbətən mülayim və rütubətli iqlimə malikdir. İqlimin bu çür qanuna uyğunsuzluğu isti Soya cərəyanın təsiri ilə əlaqədardır. Yayı ümumilikdə rütubətli və mülayimdir. Ən isti ayı avqust olub temperaturu +15,6°S təşkil edir. Qışı materikə (eyni paralelə) nisbətdə iqlimi yumşaq olur. Yağıntı əsasən qar halında düşü. Qışın orta temperaturu −5,2 °S təşkil edir

Fauna və flora

Dinodon

Ölçü baxımından ərazisinin kiçikliyi onun fauna və florasının kasıblığına səbəb olmuşdur. 2002-ci il araşdırmasına görə adada cəmi 663 növ bitki aşkarlanmışdır. Bambuk bitkisi sıx kolluqlar əmələ gətirə bilmir və asanlıqla keçilir. Burada Larix, Tozağacı və Küknar kimi bitkilər bitir. Yırtıcıları Tülkü və Ağquyruq dəniz qartalıdır. Ətrafında yerləşən iri adalardan fərqli olaraq Qonur ayı yoxdur. Endemiki Şikotan tarlasıçanıdır.

Əhali

Adanın əhalisi 2800 nəfər təşkil edir. Əhalinin 80 % Ruslardır. Yaşayış mənyəqələri:

  • Malokurilskoye
  • Krabozavodskoye

Hidroqrafiya

Adada elə də böyük olmayan göllər və bulaqlar vardır. Ətraf sularında 70 növ balıq yayılmışdır. Üstəlik burada Yengəclər, Dəniz kirpiləri və digər canlılara rast gəlmək olar.

Sərhəd qoşunları

1945-ci ildə adada Sovet sərhəd qoşunları yerləşdirilmişdir. Hazırda isə Rusiya federasiyasının sərhəd xidməti fəaliyyətdədir. Hazırda sərhəd qoşunlarınım hədəfi yapon təşkil etdikləri qanunsuz bio resurs ovuna qarşı mübarizədir.

Şikotan adası

Tarixi

Ada ilk dəfə İkinci Kamçatka ekspedisiyası zamanı 1733–1743 illərdə kəşf edilir və Fiqurnım adlandırılır. 1739-cu ildə xüsisi ilə Matin Petroviç Şpanberq və Valton adaların öyrəlnilməsində böyük xidmətləri olur. Sonrada adanın araşdırılmasındakı xidmətlərinə görə Şpanberq adası adlandırılır. Rus dənizçiləri Rikord və Qolovin adanı Çikotan olaraq qeyd edirlər. 1855-ci ildə Rusiya ərazisi olaraq keçərli olsa da, 1855-ci il Şimoda traktatına görə Yaponiyaya aid edilməsi təstiqlənir. SSRİ 1945-ci ildə adanı işğal etmişdir.

Ərazi mübahisəsi

2 fevral 1946-ci il SSRİ ali sovetinin qərarı ilə ölkəyə birləşdirilir. Şikotan digər Kuril adaları ilə birlikdə Cənubi Saxalin vilayəti ərazisinə daxil edilir.

1956-ci ildə SSRİ və Yaponiya deklarasiya imzalanır. Sənədə görə Şkotan və Habomay Yaponiyaya qaytarılmalı olur. Dövrünün müəyyən səbəblərindən anlaşma yerinə yetirilmir. 2004-ci ildə Rusiya 1956-ci il anlsşmasını tanıdığını bildirmiş və SSRİ-ın varisi olaraq adaların qaytarılması ilə bağlı danışığın başlanmasına razılıq vermişdir.

Hazırda ərazi mübahisəsi həll edilməmiş olaraq qalır. Yaponiya Şikotandan əlavə Kuril adalarının cənubunda yerləşən bir çox adalara iddia edir.

Şikotan ətrafı adaları

  • Ayvazovski adası — yaşayışı olmayan ada. Serkov buxtasında yerləşir. İvan Konstantinoviç Ayvazovun şərəfinə adlandırılmışdır.
  • Qneçko adası — Şikotadan şimal-şərqdə yerləşir.
  • Qrinqa adası
  • Dalnı adası — yaşayışı olmayan ada. Dimitrov buxtasında yerləşir.
  • Doqquzuncu dalğa adası — Yaşayışı olmayan ada. Serkov buxtasında yerləşir.
  • Farxutdinov adası — qayalıq. Mayaçnaya buxtasında yerləşir.
  • Kapitsa adası — Mayaçnaya buxtası yaxınlığında yerləşir.
  • Srednı adası — Yaşayışı olmayan ada. Dimitrov buxtasında yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şikotan sözünün mənası, şikotan haqqında məlumat. şikotan nədir? şikotan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xanlar

  • Mart 01, 2026

    İrbis

  • Fevral 27, 2026

    Buxar qazanı

  • Fevral 28, 2026

    Bir

  • Fevral 27, 2026

    Naxçıvanik

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst