Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biri. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir.

Bir

  • Ana Səhifə
  • Vikipediya
  • Bir

Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biri. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir.

1
bir
← −1 · 0 · 1 · 2 · 3 →
Rum rəqəmi I
İkili 1
Səkkizlik 1
Onaltılıq 1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Riyaziyyatda

Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var:

  • İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar.
  • Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar.
  • İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar.
  • Vahid tək ədəd hesab edilir.
  • 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir.

İnam və etiqadlarda

Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur. Bu daxilolma təfəkkürdə Tanrının birliyi, vahidliyi, təkliyi, şəriksizliyi formulunu yaratmış və sabitləşdirmişdir.[mənbə göstərilməlidir]

Dünya mədəniyyəti kontekstində bir sayı, həmçinin, ilin, fəsillərin, ayların, həftələrin başlanğıcını, ilk gününü bildirmişdir. Özündən sonrakı saylarla müqayisədə az işlənən bir sayı, eyni zamanda, həm müəyyənlik, həm də qeyri-müəyyənlik bildirir. Azərbaycan dastanlarındakı ustadnamələri ustadlar bir deməyib (bir başlanğıcdır), iki deyib?, iki deməyib, üç deyib, nağıllardakı padşahların çox vaxt aman-zaman bir övladı olması və s. bir sayının müəyyənlik bildirməsini göstərir. "İllərin birində", "ayların birində", "günlərin birində", "bir gün", "biri varmış, biri yoxmuş" və s. deyimlərdə bir bir olaraq qalsa belə, qeyri-müəyyənlik bildirir. Bu məqamlarda bir sayının elə bir mənası da olmur. Olsa-olsa o, təyinedici əlamət olaraq qalır.[mənbə göstərilməlidir]

Tale rəqəmi bir olan uşaqlar dünyaya gələn andan xarakter göstərirlər. Beş yaşında bunlar artıq enerji topası olur. Həddən artıq müstəqil olan bu uşaqlar valideynlərini elə od qoyurlar ki, onlar vaxtından əvvəl qocalır. "Bir"lərə diş batırmaq çətindir. Daim diqqət tələb edirlər. Əks təqdirdə evin altını üstünə çevirərlər. Sərt davrananda, nəyisə qadağan edəndə özlərindən çıxırlar. Qapalı məkanda qalmağı sevmirlər. Ətraf aləmlə çox ciddi maraqlanırlar. Uğurlarını stimullaşdırmaq lazımdır. Onları liderliyə həvəsləndirin. Səbrli olub onları məhəbbətlə əhatə etsəniz, əvəzini görəcəksiniz.

Bütün xalqaların inancında 1 rəqəmi həm də birincilik, liderlik deməkdir.[mənbə göstərilməlidir]

Quranda

  • (Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir!
  • Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bir haqqında məlumat. Bir nədir? Bir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Halal

  • Fevral 27, 2026

    Cavan Zeynallı

  • Fevral 25, 2026

    Şişli

  • Fevral 27, 2026

    Aptek

  • Fevral 27, 2026

    Əhməd ət-Ticani

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst