Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsində şəhər, Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli

Xanlar

  • Ana Səhifə
  • Vikipediya
  • Xanlar
Bu məqalə Göygöl şəhəri haqqındadır. Göygöl rayonu üçün Göygöl rayonu səhifəsinə baxın.

Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsində şəhər, Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır.

Şəhər
Göygöl
40°35′25″ şm. e. 46°19′26″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1819
Mərkəzin hündürlüyü 697 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 25 758 nəfər (2019)
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2500
Xəritəni göstər/gizlə
Göygöl xəritədə
Göygöl
Göygöl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib.

Mündəricat

Coğrafiyası

Göygöl Azərbaycanın şimal–qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir. Kür çayı hövzəsində olaraq, Gəncəçay çayı Göygöldən keçir. Şəhər Bakı–Qazax dəmir yolunun üstündə yerləşir.

İqlim

Göygöl nəmli subtropik iqlimə malikdir. İyul, orta istilik 24,2 dərəcə ilə ən isti aydır, yanvar isə 1,1 dərəcə ilə burada ən soyuq aydır. May, ortalama yağıntısı 69 mm olaraq ən yaş aydır.

Əhali

İlSayı
1926 3.899
1939 5.551
İlSayı
1959 11.475
1970 12.703
İlSayı
1979 13.310
1989 15.338
İlSayı
2019 25.758

Göygöl şəhərində yaşayan insanların sayı 2019-cu ilin məlumatına görə 25 758 nəfərdir.

İqtisadiyyat

Üzümün emalına kömək edən böyük bir şərab maşınqayırma zavodu, Göygöldə yerləşir.

Həmçinin bax

  • Göygöl kurqanları
  • Göygöl nekropolu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xanlar haqqında məlumat. Xanlar nədir? Xanlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Oksitan dili

  • Fevral 27, 2026

    Sarı dəniz

  • Fevral 26, 2026

    Qazaxıstan himni

  • Fevral 27, 2026

    Norviç

  • Fevral 27, 2026

    Aaxen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst