Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbrahim Musa oğlu Qurbanov (22 mart 1925, Tərp, Şərur-Dərələyəz qəzası – 29 oktyabr 1992, Bakı) — Sosialist Əməyi Qəhrəmanı.

İbrahim Qurbanov

  • Ana Səhifə
  • Vikipediya
  • İbrahim Qurbanov

İbrahim Musa oğlu Qurbanov (22 mart 1925, Tərp, Şərur-Dərələyəz qəzası – 29 oktyabr 1992, Bakı) — Sosialist Əməyi Qəhrəmanı.

İbrahim Qurbanov
Azərbaycan Kommunist Partiyası Cəlilabad Rayon Komitəsinin birinci katibi
yanvar 1980 – 1990
ƏvvəlkiƏbdüləli Mürsəlov
SonrakıX. Əliyev
Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibi
yanvar 1977 – yanvar 1980
ƏvvəlkiTəvəkkül Xankişiyev
SonrakıVilayət Seyidov
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1925(1925-03-22)
Doğum yeri
  • Tərp, Şərur-Dərələyəz qəzası, Ermənistan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 29 oktyabr 1992(1992-10-29) (67 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1943–1991)
Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1982
"Lenin" ordeni — 1982 "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Qırmızı əmək bayrağı" ordeni — 1973 "Qırmızı əmək bayrağı" ordeni — 1976

Həyatı

İbrahim Musa oğlu Qurbanov 1925-ci ilin mart ayının 22-də Qərbi Azərbaycanın Dərələyəz mahalında dünyaya göz açıb. Əmək fəaliyyətinə hələ 15 yaşında olarkən kənd sovetinin katibi vəzifəsində başlayıb. Sonralar mühasib, məktəb direktoru kimi vəzifələrdə çalışıb. 1944-cü ildə ovaxtkı Əzizbəyov Rayon Komsomol Komitəsinin ikinci katibi seçilib. 1947-ci ildə tutduğu KP Əzizbəyov Rayon Komitəsinin təlimatçısı vəzifəsini tutub. Respublika Partiya Məktəbində təhsilini başa vurduqdan sonra Azərbaycan KP Əli-Bayramlı Rayon Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri təyin edildi. Daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu da bitirdi.

Sonralar Əli Bayramlı rayonundakı Vladimirsk MTS partiya təşkilatının katibi, Əli Bayramlı Rayon Partiya Komitəsinin katibi vəzifəsinə təyin olunmuşdur.

İ. Qurbanov 1957-ci ildən 1961-ci ilədək Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuş, məktəbi bitirdikdən sonra Əli Bayramlı rayonundakı 6 nömrəli sovxozun istehsalat idarəsinin rəisi, Salyan rayonundakı SSRİ–nin 50 illiyi adına 1 nömrəli pambıqçılıq sovxozunun direktoru vəzifələrində çalışmış, S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir.

Respublika ictimaiyyəti arasında dərin nüfuz qazanmış İbrahim Qurbanov 1973-cü ildə Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, 1977-ci ildən Azərbaycan KP Neftçala Rayon Partiya Komitəsinin birinci katibi olmuş, 1980-ci ildə isə Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur.

İ. M. Qurbanov Azərbaycan KP MK–nın üzvü, doqquzuncu, onuncu və on birinci çağırış respublika Ali Sovetinin deputatı kimi fəal ictimai–siyasi iş aparmışdır.

İbrahim Qurbanovun fədakar əməyi, xidmətləri Sosialist Əməyi Qəhrəmanının "Qızıl Ulduz"u, Lenin ordeni, üç Qırmızı Əmək Bayrağı ordeni və medallarla qiymətləndirilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇brahim qurbanov sözünün mənası, i̇brahim qurbanov haqqında məlumat. i̇brahim qurbanov nədir? i̇brahim qurbanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zülfüqar

  • Mart 06, 2026

    Hesablama fizikası

  • Mart 01, 2026

    Vardenis

  • Fevral 27, 2026

    Barium xlorid

  • Mart 07, 2026

    Mirmöhsün Həkimzadə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst