Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Basarkeçər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Göyçə gölünün yaxınlığında yerləşir. "İrəvan əyalətinin icma

Vardenis

  • Ana Səhifə
  • Vikipediya
  • Vardenis

Basarkeçər, Vardenis — Ermənistan Respublikasında şəhər. Basarkeçər rayonunun mərkəzi.

Basarkeçər
40°10′48″ şm. e. 45°43′12″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1830
Sahəsi
  • 8,52 km²
Mərkəzin hündürlüyü 1.943 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 12.363 nəf.
Rəsmi dili
  • erməni dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1601–1603
Basarkeçər xəritədə
Basarkeçər
Basarkeçər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Basarkeçər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Göyçə gölünün yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. 1969-cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur. Kənddə tarixən azərbaycanlılar yaşamışdıır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir. 1831-ci ildən sonra Türkiyədən köçürülən 1296 nəfər (1873-cü il siyahıya alınmasına əsasın) erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır. 1908, 1914, 1916-cı illərdə əhali ümumi şəkildə (azərbaycanlılar və ermənilər birlikdə) göstərilmişdir. 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra buraya azərbaycanlılar qayıda bilmişlər. Erməni mənbələrində göstərilir ki, burada 1922-ci ildə 1 nəfər (2511 erməni), 1926-cı ildə 7 nəfər (3456 erməni), 1931-ci ildə 19 nəfər (3914 erməni) azərbaycanlı yaşamışdır. Lakin bu rəqəmlər inandırıcı deyil. 1967-cı ildə 150 (9150 erməni) nəfər, 1970-ci ildə 9 nəfər azərbaycanlı (8077 erməni) yaşamışdır. 1988-ci ildə azərbaycanlılar tam surətdə zorla qovulmuşlar. İndi burada təkcə ermənilər yaşayır. Erməni alimlərinin fikrincə, Basarkeçər toponiminin hücum etmək mənasında işlənən "basar" və keçmək, getmək mənasını bildirən "keçər" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu, doğru izah deyil, təsviri, əsl həqiqəti gizlətməyə xidmət edən izahdır. Toponim qıpçaq mənşəli bazar//basar etnoniminə qeyri-qəti gələcək zamanda işlənən keçər sözünün qoşulmasından əmələ gəlmişdir. "Bazar //basar tayfasının keçdiyi, getdiyi yer" mənasını bildirir. "…bazar sözü mürəkkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponimik adın 1 komponenti… yerində işlənir". Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.VI.1969-cu il fərmanı ilə adı dəyişdirilib Vardenis qoyulmuşdur.

Toponimi

1728-ci ilə aid arxiv mənbəyində İrəvan əyalətinin Məzrə nahiyəsində kənd kimi qeyd olunmuşdur. 1930-cu ildən rayon və onun mərkəzinin adı idi. 1969-cu ildə Vardenis adlandırılmışdır. 1988-ci ildə şəhərin əhalisi Azərbaycana qovulmuşdur.Basarkeçər yaşayış məntəqəsinin adı kimi 1728-ci ildən məlumdur. Onun İrəvan əyalətinin kəndlərinin 1590-cı ilə aid siyahısında çəkilməməsi göstərir ki, 1590–1720-ci illər arasında yaranmışdır. Məhz buna görə də toponimin XIV əsrdə Əmir teymurun (Teymurləngin) buranı "basıb keçməsi" ilə əlaqədar olaraq yaranması haqqında xalq etimologiyası həqiqətə uyğun deyildir. XVIII əsrin ortalarına aid ermənicə mənbədə Sürməli mahalında Ağbazar və Qarabazar adlı kənd adları qeyd olunmuşdurEhtimal ki, topopnimin İlkin forması Bazar-Keçər olmuşdur. 1590-cı ildə Rəvan əyalətinin Sisyan nahiyəsində Köçəri adlı kənd qeyd olunur Ehtimal ki, Basarkeçər toponimi də məhz "Bazar" adlı yerdə Köçər kəndi mə'nasındadır. Köçər isə qədim türk tayfalarından birinin adıdır.

Həmçinin bax

  • Qərbi Azərbaycan
  • Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
  • Erməni əhalisinin tarixi miqrasiyası
  • Köçərli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vardenis haqqında məlumat. Vardenis nədir? Vardenis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Polisaxarid

  • Fevral 27, 2026

    Qəyyur Yunus

  • Fevral 27, 2026

    Uranın peykləri

  • Fevral 27, 2026

    Seqment

  • Fevral 27, 2026

    Edinburq hersoqu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst