Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şeyx Mirmöhsün Şeyx Əli oğlu Həkimzadə 1882-ci ildə Şamaxıda, İmamlı məhəlləsində dünyaya gəlmişdir. İlk ibtidai təhsilini evdə atasının yanında almışdır. Daha

Mirmöhsün Həkimzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Mirmöhsün Həkimzadə

Şeyx Mirmöhsün Həkimzadə (1882, Şamaxı – 1967, Bakı) — Qafqaz müsəlmanlarının IX Şeyxülislamı.

Mirmöhsün Həkimzadə
Qafqazın IX şeyxülislamı
1954 – 1967
ƏvvəlkiAğa Əlizadə
SonrakıƏliağa Süleymanzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1882(1882)
Doğum yeri
  • Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1967(1967) (84–85 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dini şiəlik

Mündəricat

Həyatı

Şeyx Mirmöhsün Şeyx Əli oğlu Həkimzadə 1882-ci ildə Şamaxıda, İmamlı məhəlləsində dünyaya gəlmişdir. İlk ibtidai təhsilini evdə atasının yanında almışdır. Daha sonra təhsilini davam etdirmək üçün Məşhəd, Xorasan və Nəcəfə göndərilir. Yeddi il Məşhəd şəhərində mükəmməl təhsil aldıqdan sonra əvvəlcə axundluq, sonralar isə şeyxlik rütbəsinə layiq görülür. 1914-cü ildə təhsilini başa vurub Şamaxıya qayıdan Mirmöhsün Həkimzadə atasının ən yaxın köməkçisinə çevrilmişdir.

Axundluq fəaliyyəti

Zaqafqaziya şeyxülislamın xüsusi sərəncamı ilə Şamaxı şəhərinin "İmamlı" məscidinin axundu təyin edilir. 1918-ci ilin mart ayında Stepan Lalayanın dəstəsinin Şamaxıya hücumu zamanı Mirmöhsün Həkimzadə də anasını götürüb Şamaxıdan çıxır və Qalaqayına gedir.

Sovet dövrü

1928-ci ildə Mirmöhsün Həkimzadənin evində yoxlamalar aparılır. Zinət əşyaları müsadirə edilir, özünü isə qiymətli əsərləri ilə birlikdə Bakıya aparılır. 6 ay Bakıda həbsxanada saxlanılır. Nəhayət 6 aydan sonra günahsız bilib azad edirlər, əsərlərini isə yandırırlar. Bu hadisədən sonra Mirmöhsün Həkimzadə həmişəlik Bakıya köçür, repressiyadan qurtarmaq üçün müəyyən yerlərdə fəhlə işləməyə başlayır. 1943-cü ildə dini idarə təşkil olunandan sonra 1937-ci il repressiyalarından yaxasını qurtara bilən axundlar bura dəvət olundular. Axund Mirmöhsün Həkimzadə Qafqaz Müsəlmanlar Ruhani İdarəsinin sədrinin müavini seçildi.

Şeyxülislamlığı

1954-cü ildə Şeyxülislam Axund Ağa Əlizadə vəfat etdikdən sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin qurultayı çağrılır və böyük səs çoxluğu ilə Şeyx Mirmöhsün Həkimzadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilir. Şeyxülislam Axund Mirmöhsün Həkimzadə 12 illik Zaqafqaziya Musəlmanları Ruhani İdarəsinin sədri vəzifəsində işləyir. İşlədiyi müddət ərzində Şeyxülislam Həkimzadə yeni məscidlərin açılmasına, bir çox məscidlərdə azanların minarələrdən verilməsinə, yeni mədrəsələrin tikilməsinə nail olmuşdur. Sosializm quruculuğuna, dini ayinlər haqqında Sovet qanunvericiliyinə real münasibət bəsləyən, sülhsevərlik, əməksevərlik, dindarların öz vətəndaşlıq borclarını namusla yerinə yetirməsini təbliğ edən, yüksək natiqlik bacarığı olan bu din xadimi mömin müsəlmanlar arasında böyük nüfuza malik olub.

Ölümü

1967-ci ildə 85 yaşında vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mirmöhsün həkimzadə sözünün mənası, mirmöhsün həkimzadə haqqında məlumat. mirmöhsün həkimzadə nədir? mirmöhsün həkimzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Mammologiya

  • Fevral 27, 2026

    E.ə. 467

  • Mart 01, 2026

    Tivat

  • Fevral 25, 2026

    Chief Keef

  • Fevral 27, 2026

    Zərənd şəhristanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst