Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın

İEÖ

  • Ana Səhifə
  • Vikipediya
  • İEÖ

İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın ilk inkişaf etmiş ölkəsidir. İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir. Asiya ilk inkişaf etmiş ölkəsi Yaponiya, Şimali Amerikanın ilk inkişaf etmiş ölkəsi Birləşmiş Ştatlar, Okeaniyanın isə ilk inkişaf etmiş ölkəsi Avstraliyadır. Bu gün mövcud olan 38 inkişaf etmiş ölkənin təxmini 71,1% Avropada, 15,8%-i Asiyada, 5,3%-i Şimali Amerikada, 5,3%-i isə Okeaniyadadır.

İnkişaf Etmiş Ölkələrin bu kateqoriyaya daxil edilməsinin ardıcıllığı:

  • İsveçrə İsveçrə (1987-ci ildən);
  • Norveç Norveç (1988-ci ildən);
  • ABŞ Birləşmiş Ştatlar (1992-ci ildən);
  • Lüksemburq Lüksemburq (1992-ci ildən);
  • Danimarka Danimarka (1994-cü ildən);
  • Niderland Niderland (1995-ci ildən);
  • Yaponiya Yaponiya (1996-cı ildən);
  • Almaniya Almaniya (1996-cı ildən);
  • Avstriya Avstriya (1996-cı ildən);
  • İtaliya İtaliya (1996-cı ildən);
  • Kanada Kanada (1997-ci ildən);
  • Belçika Belçika (1997-ci ildən);
  • Avstraliya Avstraliya (1997-ci ildən);
  • Fransa Fransa (1998-ci ildən);
  • İsveç İsveç (1998-ci ildən);
  • İslandiya İslandiya (1998-ci ildən);
  • İrlandiya İrlandiya (1998-ci ildən);
  • Böyük Britaniya Birləşmiş Krallıq (1999-cu ildən);
  • Finlandiya Finlandiya (1999-cu ildən);
  • Sinqapur Sinqapur (1999-cu ildən);
  • İspaniya İspaniya (2001-ci ildən);
  • Çin Respublikası Tayvan (2002-ci ildən);
  • Kipr Kipr (2002-ci ildən);
  • Yeni Zelandiya Yeni Zelandiya (2003-cü ildən);
  • Cənubi Koreya Cənubi Koreya (2006-cı ildən);
  • İsrail İsrail (2006-cı ildən);
  • Portuqaliya Portuqaliya (2007-ci ildən);
  • Sloveniya Sloveniya (2007-ci ildən);
  • Monako Monako (2008-ci ildən);
  • Lixtenşteyn Lixtenşteyn (2008-ci ildən);
  • Malta Malta (2008-ci ildən);
  • Çexiya Çex Respublikası (2009-cu ildən);
  • Slovakiya Slovakiya (2011-ci ildən);
  • Estoniya Estoniya (2012-ci ildən);
  • Yunanıstan Yunanıstan (2013-cü ildən);
  • Litva Litva (2013-cü ildən);
  • Latviya Latviya (2016-cı ildən);
  • Andorra Andorra (2020-ci ildən);
  • San-Marino San Marino (2021-ci ildən);
  • Xorvatiya Xorvatiya (2023-cü ildən).

Mündəricat

Ölkələrin inkişaf etmiş qrupa daxil edilməsi üçün nəzərə alınan amillər

  • Həyat və sağlamlıq səviyyəsinin yüksək olması
  • ÜDM-in hər bir nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması
  • Orta ömür müddətinin çoxluğu
  • Əhalinin təhsil səviyyəsinin yüksək olması
  • Xidmət sferası və emal sənayesinin payı olması

İEÖ-in bölündüyü yarımqruplar

G7

Böyük Yeddilik kimi də adlandırılan G7-yə iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. G7-yə üzv ölkələr və əsas liderləri:

  • Kanada Kanada və Baş Naziri Justin Trudeau
  • Fransa Fransa və Prezidenti Emmanuel Macron
  • Almaniya Almaniya və Kansleri Olaf Scholz
  • İtaliya İtaliya və Baş Naziri Giorgia Meloni
  • Yaponiya Yaponiya və Baş Naziri Fumio Kişida
  • Böyük Britaniya Birləşmiş Krallıq və Baş Naziri Rishi Sunak
  • ABŞ Birləşmiş Ştatlar və Prezidenti Donald Trump

Qərbi Avropanın digər İEÖ-i

Bu ölkələrdə yüksək texnologiyaya malik olan sənayedə istehsal edilən məhsulların çoxu ixrac edilir, əsas gəlirləri qeyri-sənaye sahələrindən (bank işləri, xidmət sahələri, turizm və s.) formalaşır. Bu ölkələrə aiddir:

  • İsveçrə İsveçrə
  • Avstriya Avstriya
  • Belçika Belçika
  • Lüksemburq Lüksemburq
  • Niderland Niderland
  • İslandiya İslandiya
  • İsveç İsveç
  • Norveç Norveç
  • Danimarka Danimarka
  • Finlandiya Finlandiya

Köçürmə Kapitalizm Ölkələri

Köçürmə Kapitalizm ölkələri Birləşmiş Krallığın müstəmləkəsi olmuş ölkələrdir. Ölkələrin əhalisi əsasən müstəmləkəsi olduğu dövlətlərdən (metropoliyadan) olan miqrasiyaların hesabına formalaşmışdır. Bu ölkələrin təsərrüfat sitemi də Birləşmiş Krallığın köməyi ilə qurulmuşdur. Metropoliyadan olan şirkətlərin rolu böyükdür. Bu ölkələrə aiddir:

  • Avstraliya Avstraliya
  • Yeni Zelandiya Yeni Zelandiya
  • ABŞ Birləşmiş Ştatlar
  • Kanada Kanada
  • İsrail İsrail
  • Cənubi Afrika Respublikası Cənubi Afrika Respublikası

QEYD: ABŞ və Kanada həm G7, həm də köçürmə kapitalist ölkələridir. İsrail isə Birləşmiş Krallığın müstəmləki olmasa da, köçürmə kapitalizm ölkəsidir.

Avropanın "Cırtdan" ölkələri

Cırtdan ölkələr xəritədə görülməyəcək qədər kiçikdir və əsasən öz dilləri və hökumət başçıları yoxdur, tərəfsizdirlər. Cırtdan ölkələrə aiddir:

  • Andorra Andorra
  • Malta Malta
  • San-Marino San Marino
  • Monako Monako
  • Lixtenşteyn Lixtenşteyn

QEYD: Vatikan cırtdan ölkə olsa da, İEÖ-ə aid deyil.

İnkişaf etməyə ən yaxın ölkələr

Ölkənin inkişaf etmiş olması üçün 4 kateqoriya mövcuddur və bunlar təsdiq olunmalıdır:

  • BMT-nin İnkişaf proqramına əsasən İİİ-nin çox yüksək (yəni 0.800 və daha çox) olması;
  • IMF-ə əsasən "inkişaf etmiş" iqtisadiyyata malik olması;
  • World Bank-a əsasən "yüksək gəlirli" iqtisadiyyata malik olması;
  • Adambaşına düşən AQP həcminin 25.000 dollardan çox olması.

İnkişaf etməyə ən yaxın ölkələr:

  • Qətər Qətər (1996-İİİ);
  • Bruney Bruney (1999-İİİ);
  • Birləşmiş Ərəb Əmirlikləri Birləşmiş Ərəb Əmirlikləri (2004-İİİ);
  • Səudiyyə Ərəbistanı Səudiyə Ərəbistan (2010-İİİ);
  • Oman Oman (2012-İİİ);
  • Bəhreyn Bəhreyn (2012-İİİ);
  • Küveyt Küveyt (2014-İİİ);
  • Polşa Polşa (AQP-2014);
  • Macarıstan Macarıstan (WB və AQP-2014);
  • Baham adaları Bahamalar (2016-İİİ);
  • Panama Panama (WB-2021);
  • Rumıniya Rumıniya (WB-2021);
  • Trinidad və Tobaqo Trinidad və Tobaqo (İİİ-2021);
  • Çili Çili (AQP-2021);
  • Uruqvay Uruqvay (AQP-2022).

Bu ölkələrin heç biri IMF-in "inkişaf etmiş" iqtisadiyyat kateqoriyasına daxil olmadığından İEÖ deyil, amma inkişaf etmək potensialı ən yüksək ölkələrdir.

Həmçinin bax

  • İnkişaf etməkdə olan ölkələr

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İEÖ haqqında məlumat. İEÖ nədir? İEÖ nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Nikolay Morozov

  • Fevral 27, 2026

    Primorsk cərəyanı

  • Mart 01, 2026

    Müşk ördəyi

  • Fevral 21, 2026

    Qana

  • Fevral 27, 2026

    Apata

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst